Muğanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli rayonu (Artaşat rayonu) ərazisində kənd.
kənd | |
Muğanlı | |
---|---|
Ovtaşen | |
40°01′28″ şm. e. 44°27′00″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Gərnibasar mahalı |
Rayon | Qəmərli rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Sahəsi | 4,08 km² |
Mərkəzin hündürlüyü | 827 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 1.250 nəfər (2011) |
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Muğanlı - İrəvan quberinyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Muğamlı kimi göstərilir[1]. İ.Şopenin əsərində kəndin adı Boqamli kimi verilmişdir[2]. Rayon mərkəzindən 15 km məsafədə yerləşir.
Toponim türk mənşəli muğanlı etnonimi[3] əsasında əmələ gəlmişdir.
Etnotoponimdir. Sadə quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Muğan, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilib Ovtaşen qoyulmuşdur.
1828-ci ildən sonra kəndə İrandan köçürülən 52 erməni yerləşdirilmişdir[4]. Onlar 1831-ci ildən sonra kənddən köçüb getmişlər. Kənddə 1831-ci ildə 243 nəfər, 1873-cü ildə 388 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 392 nəfər, 1908-ci ildə 513 nəfər, 1914-cü ildə 811 nəfər, 1919-cu ildə 350 nəfər yalnız azərbaycanlı yaşamışdır[5]. 1919-cu illərdə azərbaycanlılar soyqırımına məruz qalaraq qırğınlarla deportasiya olunmuş[6] və xaricdən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Azərbaycanlılar öz doğma kəndlərinə indiki Ermənistanda sovet hökuməti qurulandan sonra dönə bilmişdir. Burada 1922-ci ildə 58 nəfər, 1926-cı ildə 64 nəfər, 1931-ci ildə 28 nəfər azərbaycanlı yaşamışdır[5]. SSRİ Nazirlər Sovetinin 1948-ci ildəki xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.