Nikolaos Skufas (yun. Νικόλαος Σκουφάς; 1779 – 31 iyul 1818, İstanbul) — Yunan tacir və siyasətçi. Osmanlı imperiyasının işğalına qarşı Yunanıstanın müstəqilliyi ideyasını müdafiə edən Filiki Eteriya təşkilatının yaradıcılarından biridir.[1][2]
Nikolaos Skufas | |
---|---|
![]() | |
Doğum tarixi | 1779 |
Vəfat tarixi | 31 iyul 1818(1818-07-31) |
Vəfat yeri | |
Fəaliyyəti | inqilabçı |
Üzvlüyü | |
![]() |
Skufas 1779-cu ildə Arta yaxınlığında yerləşən Kompoti kəndində anadan olmuşdur. Atasının soyadı Kumparos olmuşdur. O, müxtəlif vaxtlarda əczaçı, kommersiya katibi və papaqçı (Skufas soyadını da buradan götürmüşdür) kimi fəaliyyət göstərmişdir. Skufas biznes məqsədləri üçün Rusiyaya tacir kimi getmişdir. Orada olarkən Atanasios Çakalof və Emmanuil Ksantos ilə tanış olmuşdur. Bu üç nəfər şəxs Yunanıstanın müstəqilliyinə zəmin hazırlamaq məqsədi ilə gizli bir təşkilat yaratmaq ideyası ilə çıxış etmişdirlər. Beləliklə də Filiki Eteriya 1814-cü ildə Odessada yaradılmışdır.[2] Skufas ömrünün yerdə qalan hissəsini Yunanıstanın müstəqilliyi işinə həsr etmişdir. O bu məqsədlə Moskvaya getsə də, lakin onun bu ideyaları yerli yunan icmasının narazılığı ilə qarşılaşmışdır.
1818-ci ildə üç həmkar müstəqillik ideyalarını irəli sürmək məqsədi ilə İstanbula köçürlər, lakin həmin ilin iyul ayında Skufas xəstələnərək vəfat edir.