. Love.az

Atanasios Cakalof - Wikipedia - Love.az

Ana Səhifə - Atanasios Cakalof

Atanasios Çakalof (yun. Αθανάσιος Τσακάλωφ; 1790, Yanina – 1851, Moskva) — Osmanlı imperiyasının işğalına qarşı Yunanıstanın müstəqilliyi ideyasını müdafiə edən Filiki Eteriya təşkilatının yaradıcılarından biri olan yunan fəalı.[1][2]

Atanasios Çakalof
Doğum tarixi 1790
Doğum yeri
  • Yanina
Vəfat tarixi 1851
Vəfat yeri
  • Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası
Fəaliyyəti siyasətçi
Üzvlüyü
  • Filiki Eteria,
  • Ellinoglosso Xenodocheio
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çakalof 1790-cı ildə Yaninada anadan olmuşdur.[3] O, gənc yaşlarında olarkən atası ilə bərabər Yunanıstanı tərk etmişdir. O, Parisdə fizika sahəsi üzrə təhsil almış və eyni zamanda da burada müstəqil Yunanıstan dövləti ideyasını təbliğ edən gizli bir təşkilat olan Elinoglosso Ksenodoheyo adlı bir təşkilat təsis etmişdir. Daha sonra isə o, Odessaya getmiş və burada Nikolaos Skufas və Emmanuil Ksantos ilə tanış olmuşdur. Bu üç nəfər şəxs Yunanıstanın gələcəkdəki müstəqilliyinə zəmin hazırlamaq məqsədi ilə gizli bir təşkilat yaratmaq ideyası üçün birləşmişdirlər. Beləliklə də, Filiki Eteriya təşkilatı 1814-cü ildə Odessada yaradılmışdır.[2] 1818-ci ildə bu üç tərəfdaş müstəqillik ideyalarını davam etdirmək məqsədilə İstanbul şəhərinə köçürlər, lakin həmin ilin iyul ayında Skufasın xəstələnərək vəfat etməsi ilə yollarını ayırırlar. Çakalof 1821-ci ildə başlamış Yunanıstan İstiqlaliyyət müharibəsində iştirak etmişdir. Müharibə zamanı Çakalof Filiki Eteriyanın sonrakı lideri olmuş Aleksandros İpsilantisin müavini olmuşdur.

Çakalov 1851-ci ildə Moskvada vəfat etmişdir.

İstinadlar

redaktə
  1. ↑ Ioannis Michaletos. "Freemasonry in Greece: Secret History Revealed". Balkanalysis.com. 28 sentyabr 2006. 29 sentyabr 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2018.
  2. ↑ 1 2 The war of Greek independence, 1821 to 1833. London : Smith, Elder. 1897. 20, 21. (retrieved from University of California Library)
  3. ↑ Αθανάσιος Τσακάλωφ Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine. - Εγκυκλοπαίδεια Μείζονος Ελληνισμού, Εύξεινος Πόντος. Şablon:El icon

Ədəbiyyat siyahısı

redaktə
  • Ιστορία του Ελληνικού Έθνους, Εκδοτική Αθηνών Α.Ε., 1975, τόμοι ΙΑ΄ και ΙΒ΄
  • Εγκυκλοπαίδεια Πάπυρος Λαρούς, Εκδοτικός οργανισμός Πάπυρος, 1994—1996, τόμος 59
  • Μεγάλη Γενική Εγκυκλοπαίδεια Υδρία, Εταιρεία Ελληνικών Εκδόσεων Α.Ε., 1988, τόμος 48
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Atanasios_Çakalof&oldid=8261629"
LOVE.AZ