. Love.az

Nikolaos Skufas - Wikipedia - Love.az

Ana Səhifə - Nikolaos Skufas

Nikolaos Skufas (yun. Νικόλαος Σκουφάς; 1779 – 31 iyul 1818, İstanbul) — Yunan tacir və siyasətçi. Osmanlı imperiyasının işğalına qarşı Yunanıstanın müstəqilliyi ideyasını müdafiə edən Filiki Eteriya təşkilatının yaradıcılarından biridir.[1][2]

Nikolaos Skufas
Doğum tarixi 1779
Vəfat tarixi 31 iyul 1818(1818-07-31)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Fəaliyyəti inqilabçı
Üzvlüyü
  • Filiki Eteria
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Skufas 1779-cu ildə Arta yaxınlığında yerləşən Kompoti kəndində anadan olmuşdur. Atasının soyadı Kumparos olmuşdur. O, müxtəlif vaxtlarda əczaçı, kommersiya katibi və papaqçı (Skufas soyadını da buradan götürmüşdür) kimi fəaliyyət göstərmişdir. Skufas biznes məqsədləri üçün Rusiyaya tacir kimi getmişdir. Orada olarkən Atanasios Çakalof və Emmanuil Ksantos ilə tanış olmuşdur. Bu üç nəfər şəxs Yunanıstanın müstəqilliyinə zəmin hazırlamaq məqsədi ilə gizli bir təşkilat yaratmaq ideyası ilə çıxış etmişdirlər. Beləliklə də Filiki Eteriya 1814-cü ildə Odessada yaradılmışdır.[2] Skufas ömrünün yerdə qalan hissəsini Yunanıstanın müstəqilliyi işinə həsr etmişdir. O bu məqsədlə Moskvaya getsə də, lakin onun bu ideyaları yerli yunan icmasının narazılığı ilə qarşılaşmışdır.

1818-ci ildə üç həmkar müstəqillik ideyalarını irəli sürmək məqsədi ilə İstanbula köçürlər, lakin həmin ilin iyul ayında Skufas xəstələnərək vəfat edir.

İstinadlar

redaktə
  1. ↑ Ioannis Michaletos. "Freemasonry in Greece: Secret History Revealed". Balkanalysis.com. 28 sentyabr 2006. 29 sentyabr 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2018.
  2. ↑ 1 2 The war of Greek independence, 1821 to 1833. London : Smith, Elder. 1897. 20, 21. (retrieved from University of California Library)

Ədəbiyyat siyahısı

redaktə
  • Αγαπητός Σ. Αγαπητός. Οι Ένδοξοι Έλληνες του 1821, ή Οι Πρωταγωνισταί της Ελλάδος. Εν Πάτραις: Τυπογραφείον Α. Σ. Αγαπητού. 1877. 184–189.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nikolaos_Skufas&oldid=8261492"
LOVE.AZ