Liza Najip Hələbi (ing. Lisa Najeeb Halaby[2]) və ya sonradan Nur əl-Hüseyn (ərəb. نور الحسين; 23 avqust 1951[1], Vaşinqton) — İordaniya kralı I Hüseynin dördüncü xanımı, V İordaniya kraliçası.
Nur əl-Hüseyn | |
---|---|
ərəb. نور الحسين | |
![]() | |
15 iyun 1978 – 7 fevral 1999 | |
Əvvəlki | Aliyə Bahəddin Tukan |
Sonrakı | Raniyə əl-Abdullah |
Şəxsi məlumatlar | |
Doğum adı | Lisa Najeeb Halaby |
Doğum tarixi | 23 avqust 1951(1951-08-23)[1] (73 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, avtobioqraf[d], memar, kraliça-konsort[d] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Haşimilər |
Dini | İslam |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
1951-ci ildə Vaşinqtonda dünayaya gəldi.[3] Atası xristian məzhəbli əslən suriyalı Najip Hələbi,[4] anası isə əslən isveçli Doris Karlqustdur.[5] Hələ 5 yaşında ikən valideynləri boşandı. İlk təhsilini Nyu-York və Kaliforniyada aldı.[6] Ardından Prinston Universitetinə daxil oldu və 1974-cü ildə memarlıq üzrə təhsilini tamamladı. Ardından öncə Avstraliyada, ardından İranda şəhərsalma ilə məşğul olan inşaat-memarlıq şirkətində çalışdı. Siyasi səbəblərlə şirkətin fəaliyyəti dayandığı üçün Ammana köçdü və burada İordaniya Kral Hava Yollarında idarəçi olaraq çalışdı. Bu vəzifədə ikən üçüncü xanımı Aliyə Tukanın yasını tutan kral I Hüseynlə tanış oldu. Çox keçmədən münasibətləri yaxınlaşdı və cütlük 1978-ci ildə nişanlandı.[7]
15 iyun 1978-ci ildə kral I Hüseynlə Ammanda evlənən Liza Hələbi İslamı qəbul etdi və adını Nur əl-Hüseyn olaraq dəyişdi. Kralın öncəki evliliyindən olan azyaşlı 3 uşağını da himayə edən Nur əl-Hüseynin bu nigahdan 4 övladı doğuldu.
Kral I Hüseyn 1999-cu ildə vəfat etdi və öncəki evliliklərindən doğulan oğlu II Abdullah taxta çıxdı. Nur-əl Hüseyn isə günlərini İordaniya, ABŞ və Birləşmiş krallıqda keçirir, bir çox beynəlxalq təşkilatla əlaqələrini davam etdirir.