Rüfət Şabanov (22 iyun 1922 – 4 avqust 1998) — Azərbaycan kinorejissoru.
Rüfət Şabanov | |
---|---|
![]() | |
Doğum tarixi | |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Bakı |
Fəaliyyəti | rejissor |
IMDb | ID5883315 |
Rüfət Şabanov 22 iyun 1922-ci ildə anadan olmuşdur.[1] 1945–1951-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1951–1957-ci illərdə Rus Dram Teatrında işləyib. 1957–1967-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında işləyib. Onun çəkdiyi "Xidmət lifti" filmi[2] Tbilisidə keçirilən kino festivalında ən yaxşı rejissor işinə görə priz və diploma layiq görülüb. 1967–1977-ci illərdə "Azərbaycantelefilm"in baş rejissoru olmuşdur.