. Love.az

Rauf Muncayev - Wikipedia - Love.az

Ana Səhifə - Rauf Muncayev

Rauf Məhəmməd oğlu Munçayev (23 sentyabr 1928[1], Zaqatala, Azərbaycan SSR, SSRİ – 4 iyul 2021, Moskva) — tarixçi-alim, 2000-ci ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru, Qafqaz və Yaxın Şərqin qədim mədəniyyəti və tarixi, arxeologiyası üzrə mütəxəssis, 1991–2003-cü illərdə Arxeologiya İnstitutunun direktoru, Rusiya EA-nın müşaviri, tarix elmləri doktoru, professor.[2]

Rauf Munçayev
Rauf Məhəmməd oğlu Munçayev
Doğum tarixi 23 sentyabr 1928
Doğum yeri Zaqatala, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 6 iyul 2021 (92 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahələri tarix, arxeologiya
Elmi dərəcələri professor, fəxri doktor
Elmi adı
  • professor
İş yeri
  • REA Arxeologiya İnstitutu[d]
Təhsili
  • Dağıstan Dövlət Pedaqoji Universiteti,
  • Dağıstan Dövlət Universiteti
Elmi rəhbərləri Yevgeni Krupnov
Mükafatları "Şərəf" ordeni (Rusiya) "Dostluq" ordeni (Rusiya)
RSFSR əməkdar elm xadimi

Mündəricat

  • 1 Fəaliyyəti
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Fəaliyyəti

redaktə
  • 1928-ci il 23 sentyabr tarixində Zaqatala şəhərində anadan olub.
  • 1953–1955-ci illərdə SSRİ EA-nın Dağıstan filialının Ədəbiyyat, Dil və Tarix İnstitutunda işləyib.
  • 1960–1964-cü illərdə "Sovet Arxeologiyası" jurnalının məsul katibi olub.
  • 1968–1991-ci illərdə SSRİ EA-nın Arxeologiya İnstitutunun əməkdaşı kimi kiçik elmi işçi, böyük elmi işçi və direktor müavini vəzifələrini icra edib.
  • 1971-ci ildən tarix elmləri doktorudur.
  • 1985–1999-cu illərdə tarix elmləri üzrə AAK-nın ekspert şurasının üzvü olub.
  • 1985-ci ildən Alman Arxeoloji İnstitutunun müxbir üzvüdür.
  • 1986-cı ildə professor elmi adını almışdır.
  • 1987–1999-cu illərdə tarixə qədərki dövrün tarixçilərin beynəlxalq ittifaqının icraedici komitəsinin və daimi şurasının üzvüdür.
  • 1990-ci ildən Afrika və Şərq İtalyan İnstitutunun müxbir üzvüdür.
  • 1991–2003-cü illərdə Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra edib.
  • 1994-cü ildən İctimai və humanitar elmlər üzrə Rusiya EA-nın Koordinasiya Şurasının üzvüdür.
  • 1995–2006-cı illərdə Rusiya EA-nın Tarix Elmləri (sonralar Tarix və Filologiya elmləri) Bölməsininin Büro üzvü olub.
  • 2000-ci il 26 may tarixindən Rusiya Elmlər Akademiyasının Tarix üzrə (Ümumi Tarix) müxbir üzvüdür.
  • 2003-cü ildən Rusiya EA-nın müşaviridir.
  • Rusiya EA-nın Arxeologiya İnstitutunun Dissertasiya Şurasının sədridir.
  • 2004-cü ildən tarix, arxeologiya və etnoqrafiya üzrə Rusiya Humanitar Elmləri Fondunun ekspertlər şurasının sədridir.
  • 2009-cu ildə Qafqaz Arxeologiyasının tədqiqi üzrə qrupun rəhbəri olub.
  • 2009-cu ildən Dağıstan Dövlət Universitetinin fəxri professorudur.
  • "Arxeologiya SSSR" çoxcildliyi nəşrinin redaksiya şurasının sədri, baş redaktor müavinidir.
  • Müxtəlif vaxtlarda "Vorld Arxeoloci", "Sovetskaya Etnoqrafiya", "Rossiyskaya arxeologiya", "Vestnik drevney istoriyi", "Problemı İstoriyi, Filologiyi i kulturı" və "Obşestvennıe i qumanitarnıye nauki. Seriya. "İstoriya" jurnallarının redaktorlar kollegiyasının və şurasının tərkibinə daxil olumuşdur.
  • Rauf Munçayev Qafqazın neolit, eneolit və erkən tunc dövrlərinin, o cümlədən də dolmen mədəniyyətinin tədqiqatçısı, Əfqanıstanda, Bolqarıstanda, Stavropol diyarında və Yaxın Şərqdə kompleks arxeoloji tədqiqatların rəhbəri kimi tanınır.
  • 2015-ci il oktyabr ayının 27-də Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.[2]
  • 2021-ci il iyul ayının 6-da Rusiyanın paytaxtı Moskvada 93 yaşında dünyasını dəyişib

Həmçinin bax

redaktə
  • Quram Marxuliya
  • Rudolf İvanov
  • Seyit Sertçelik
  • Xəlil İnalcık
  • Yusuf Halaçoğlu
  • İlbər Ortaylı
  • İsmayıl Seragəldin
  • Şuxrat Salamov

İstinadlar

redaktə
  1. ↑ http://www.ras.ru/win/db/show_per.asp?P=.id-2200.ln-ru.dl-.pr-inf.uk-12.
  2. ↑ 1 2 Dünya şöhrətli alim

Xarici keçidlər

redaktə
  • Rauf Munçayev Vətəninə gəlib[ölü keçid]
  • Dünya şöhrətli alim
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rauf_Munçayev&oldid=7095596"
LOVE.AZ