. Love.az

Rizvan Teymurov - Wikipedia - Love.az

Ana Səhifə - Rizvan Teymurov

Rizvan Rəhman oğlu Teymurov (16 aprel 1967, Aşağı Quşçular, DQMV və ya Yuxarı Quşçular, DQMV – 9 dekabr 1991, Kərkicahan) — Azərbaycanın Milli Qəhrəmanı. Birinci Qarabağ müharibəsi şəhidi.

Rizvan Teymurov
Rizvan Rəhman oğlu Teymurov
Şəxsi məlumatlar
Doğum tarixi 16 aprel 1967(1967-04-16)
Doğum yeri
  • Aşağı Quşçular, Şuşa rayonu, DQMV, Azərbaycan SSR, SSRİ və ya
  • Yuxarı Quşçular, Şuşa rayonu, DQMV, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 9 dekabr 1991(1991-12-09) (24 yaşında)
Vəfat yeri
  • Kərkicahan, Xankəndi
Dəfn yeri
  • Aşağı Quşçular
  • Yuxarı Quşçular
Hərbi fəaliyyəti
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Xatirəsi
  • 5 Həmçinin bax
  • 6 Mənbə
  • 7 İstinadlar

Həyatı

redaktə

Rizvan Teymurov 16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində anadan olmuşdur. 1984-cü ildə Quşçular kəndindəki orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılır, Omsk şəhərində xidmətini başa vurur və Vətənə qayıdır. Rizvan daha sonra 1987-ci ildə Arxangelsk vilayətində xidmət edir. Qeyrətli vətən oğlu 1990-cı ildə geri dönür. Şuşa rayon Daxili İşlər Şöbəsinin nəznində yaranan polis alayında fəaliyyət göstərir.

Döyüşlərdə iştirakı

redaktə

Elə ilk günlərdən də, döyüşlərə atıldı. Cəsur, qeyrətli oğullardan ibarət olan bu polis alayı Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində onlarla erməni yaraqlılarını məhv etmişdi. Rizvan Qarabağı qarış-qarış gəzmişdi, dəfələrlə qaynar döyüşlərdə erməniləri geri oturtmuşdu. 1991-ci il 9 dekabr Kərkicahan ətrafında gedən qanlı döyüşlərdə cəsur polis işçisi Teymurov Rizvan qəhrəmancasına həlak oldu. Şuşa rayonunun Quşçular kəndində dəfn edilib.

Ailəsi

redaktə

Subay idi.

Xatirəsi

redaktə

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakının Nizami rayonundakı küçələrdən biri və həmçinin Quşçular kənd orta məktəbi onun adını daşıyır.

2020-ci ildə Rizvan Teymurovun büstü hazırlanmışdır.[1]

Həmçinin bax

redaktə
  • Birinci Qarabağ müharibəsi
  • Erməni terrorizmi
  • Azərbaycanlıların Soyqırımı Günü

Mənbə

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 274.
  • 15 erməni işğalçısını öldürən Milli Qəhrəmanımız

İstinadlar

redaktə
  1. ↑ CBC TV. "Gənc heykəltəraşlar şəhidlərin büstlərini hazırlayıblar" (az.). Youtube.com. 09.12.2020. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-09.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rizvan_Teymurov&oldid=7900930"
LOVE.AZ