Sərdarabad mahalı — XVIII ortalarında yaradılan İrəvan xanlığının 15 mahalından biri. Qərbi Azərbaycanda (indiki Ermənistanda) yerləşirdi.[1]
Sərdarabad mahalı | |
---|---|
İrəvan Rusiya tərəfindən işğal edildikdən sonra 1827-cı ildə xanlıq üsuli-idarəsi ləğv edilmişdir. Bununla bağlı Sərdarabad mahalı ləğv edilmişdir. Sərdarabad mahalına Şəfiabad, Yuxarı Qarxın, Aşağı Qarxın, Türkmənli, Uzunoba, Çubuxçu, İydəli, Canfıda, Quzugüdən, Qurduqulu, Kərim arx, Sərdarabad, Molla Bayazit, Keçili, Evcilər, Xatunarx, Ağcaarx kəndləri daxil idi. «Sərdarabad» adı sonradan - indiki Ermənistan ərzisində sovet hökuməti qurulandan sonra yaradılan Sərdarabad rayon adında öz əksini tapmışdır.
Sərdarabad mahalının ərazisi indiki Oktemberyan rayonunun ərazisini əhatə edirdi.
1830-cu ildə vilayətin idarəsi erməni D.O.Behbudova (1793-1867) tapşırıldı. 1833-cü ildə iyun ayının 23-də çar hökumətinin qəbul etdiyi əsasnaməyə görə, "Erməni vilayəti" adlandırdıqları İrəvan əraziləri 4 dairəyə bölünür:
1849-cu ilin 9 iyununda İrəvan quberniyası yaradıldı və quberniya 5 qəzaya bölündü: 1) İrəvan qəzası; 2) Aleksandropol qəzası; 3) Yeni Bəyazid qəzası; 4) Naxçıvan qəzası; 5) Ordubad qəzası.
Zəngibasar, Sürməli, Şərur, Sərdarabad mahalları İrəvan quberniyasına, Naxçıvan və Dərələyəz mahalı isə Naxçıvan qəzasına aid hesab edildi.