. Love.az

Susan Voycicki - Wikipedia - Love.az

Ana Səhifə - Susan Voycicki

Susan Dayan Voycicki[a] (ing. Susan Diane Wojcicki; 5 iyul 1968[1][2], Santa-Klara, Kaliforniya – 9 avqust 2024[3][4], Palo-Alto[d], Kaliforniya, ABŞ[6]) — 2014–2023-cü illərdə YouTube-un baş icraçı direktoru (CEO) olmuş amerikalı biznesmen. Onun sərvəti 2022-ci ildə 765 milyon dollar olaraq qiymətləndirilib.[7]

Susan Voycicki
ing. Susan Wojcicki
Doğum tarixi 5 iyul 1968(1968-07-05)[1][2]
Doğum yeri
  • Santa-Klara, Santa Klara qraflığı, Kaliforniya, ABŞ
Vəfat tarixi 9 avqust 2024(2024-08-09)[3][4] (56 yaşında)
Vəfat yeri
  • Palo-Alto[d], Kaliforniya, ABŞ[6]
Vəfat səbəbi ağciyər xərçəngi
Uşağı 5[5]
Təhsili
  • Harvard Universiteti (1986–1990),
  • Harvard Kolleci
Fəaliyyəti biznes ledi, menecer
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Voycicki iyirmi ildən çox texnologiya sənayesində çalışıb.[8][9] O, 1998-ci ildə qarajını şirkətin təsisçilərinə ofis kimi icarəyə verərək Google-un yaradılmasında iştirak edib. 1999-cu ildə Google-un ilk marketinq meneceri kimi çalışıb və daha sonra şirkətin onlayn reklam biznesinə və orijinal video xidmətinə rəhbərlik edib. YouTube-un uğurunu müşahidə etdikdən sonra o, Google-un onu almasını təklif edib və 2006-cı ildə müqavilə 1,65 milyard dollara təsdiq edilib. O, 2014-cü ildə YouTube-un baş icraçı direktoru təyin edilib və 2023-cü ilin fevralında istefaya gedənə qədər bu vəzifəni icra edib.[10][11]

Mündəricat

  • 1 Erkən həyatı
  • 2 Şəxsi həyatı
  • 3 Qeydlər
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Erkən həyatı

redaktə

Susan Dayan Voycicki 5 iyul 1968-ci ildə Santa-Klara qraflığında anadan olub.[12] Anası amerikalı jurnalist Ester Voycicki, atası Stenford Universitetinin polşalı fizika professoru Stenli Voycickidir.[13] Ana tərəfdən olan nənə və babası rus yəhudi mühacirləri idi.[14] Ata nənəsi Yanina Voycicka Hoskins, Konqres Kitabxanasında kitabxanaçı idi və ABŞ-də Polşa ilə əlaqəli materialların ən böyük kolleksiyasının yaradılmasına cavabdeh idi.[15] Susanın iki bacısı var: antropologiya və epidemiologiya elmləri doktoru Canet[16] və 23andMe şirkətinin həmtəsisçisi və baş direktoru olan Enn.[17][18]

Voyçiçkinin uşaqlığı Stenford kampusunda keçib. Riyaziyyatçı alim Corc Dantziq onun qonşusu olub.[19] Kaliforniyanın Palo-Alto şəhərində Gunn High Liseyində oxuyub və məktəb qəzetində yazılar yazıb.[20] Onun ilk biznesi on bir yaşında qapı-qapı gəzərək ip satmaq olub.[21] Kollecdə humanitar fənlər üzrə ixtisaslaşıb və ilk kompüter elmləri dərsini yuxarı kursda oxuyarkən alıb. Harvard Universitetində tarix və ədəbiyyat üzrə təhsil alıb və 1990-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. O, əvvəlcə iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi almaq və akademiyada karyera qurmağı planlaşdırırdı, lakin texnologiyaya olan marağına görə planlarını dəyişib.[19] O, həmçinin 1993-cü ildə Kaliforniya Universitetində, Santa Cruz-da iqtisadiyyat üzrə magistr dərəcəsini və 1998-ci ildə UCLA Anderson İdarəetmə Məktəbində magistr dərəcəsini qazanıb.[22]

Şəxsi həyatı

redaktə

Voycicki 23 avqust 1998-ci ildə Kaliforniyanın Belmont şəhərində "Google"-un məhsul idarəçiliyi direktoru Dennis Troper ilə evlənib. Onların beş övladı var idi. Bacısı Anna Sergey Brin ilə evli olub.

9 avqust 2024-cü ildə Voycicki iki il əvvəl tutulduğu ağciyər xərçəngi səbəbiylə 56 yaşında vəfat edib.[23][24]

Qeydlər

redaktə
  1. ↑ və ya Voyçiçki

İstinadlar

redaktə
  1. ↑ 1 2 Lewis R. Susan Wojcicki // Encyclopædia Britannica (ing.).
  2. ↑ 1 2 Susan Wojcicki // Munzinger Personen (alm.).
  3. ↑ 1 2 Torre M. A. D. l. La exdirectora ejecutiva de YouTube, Susan Wojcicki, falleció a los 56 años (isp.). 2024.
  4. ↑ 1 2 Vinall F., Bisset V., Murphy B. Susan Wojcicki, former YouTube chief and Silicon Valley power, dies at 56 (ing.). 2024. ISSN 0190-8286
  5. ↑ https://www.forbes.com/profile/susan-wojcicki/.
  6. ↑ 1 2 Find a Grave (ing.). 1996.
  7. ↑ "#34 Susan Wojcicki". Forbes (ingilis). August 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 9, 2022.
  8. ↑ "YouTube's Susan Wojcicki: 'Where's the line of free speech – are you removing voices that should be heard?'". the Guardian (ingilis). August 10, 2019. January 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 16, 2021.
  9. ↑ Connley, Courtney. "YouTube CEO Susan Wojcicki: Here's what to say when men are talking over you at a meeting". CNBC (ingilis). August 20, 2019. November 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 16, 2021.
  10. ↑ Elias, Jennifer. "YouTube CEO Susan Wojcicki says she's stepping down". CNBC. February 16, 2023. May 20, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2023.
  11. ↑ "YouTube CEO Wojcicki, one of the first Google employees, steps down". Reuters. February 16, 2023. February 16, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2023.
  12. ↑ "California Births, 1905 - 1995". Familytreelegends.com. June 4, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 15, 2014.
  13. ↑ Clifford, Catherine. "How Anne and Susan Wojcicki's parents raised the founder of 23andMe and the CEO of YouTube". CNBC (ingilis). June 18, 2018. January 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 14, 2019.
  14. ↑ Tramiel, Preeva. "Esther Wojcicki: A Jewish mother of the tech revolution". January 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 1, 2017.
  15. ↑ Zalewski, Wojciech. "Janina Wójcicka Hoskins (1912–1996): Portrait of an Esteemed Librarian". Slavic & East European Information Resources. 12 (4). October 1, 2011: 224–236. doi:10.1080/15228886.2011.623117. ISSN 1522-8886.
  16. ↑ Sellers, Patricia. "Before Google, the Wojcicki girls learned from Mom". Fortune.com. February 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 16, 2014.
  17. ↑ I raised 2 successful CEOs and a doctor—here’s one of the biggest mistakes I see parents making Arxiv surəti 5 sentyabr 2019 tarixindən Wayback Machine saytında Arxivləşdirilib sentyabr 5, 2019, at the Wayback Machine, Esther Wojcicki, Published Wed, may 8, 2019, cnbc.com.
  18. ↑ Clifford, Catherine. "How Anne and Susan Wojcicki's parents raised the founder of 23andMe and the CEO of YouTube". CNBC (ingilis). June 18, 2018. January 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2019.
  19. ↑ 1 2 Laporte, Nicole. "The Woman Behind the Superlatives: Three Things You Need to Know About Susan Wojcicki". The Fast Company. August 6, 2014. August 18, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2014.
  20. ↑ Sellers, Patricia. "Before Google, the Wojcicki girls learned from Mom". Fortune Magazine. February 1, 2012. February 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2014.
  21. ↑ "Susan Wojcicki". Forbes (ingilis). October 25, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2017.
  22. ↑ Swift, Mike. "Susan Wojcicki: The most important Googler you've never heard of". San Jose Mercury News. February 7, 2011. August 17, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2014.
  23. ↑ Yoon, John; Isaac, Mike. "Susan Wojcicki, Former Chief of YouTube, Dies at 56". The New York Times. August 10, 2024. August 10, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 10, 2024.
  24. ↑ Spangler, Todd. "Susan Wojcicki, Former YouTube CEO and Influential Google Exec, Dies at 56". Variety. August 9, 2024. August 10, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 10, 2024.

Xarici keçidlər

redaktə
Digər layihələrdə
  •  Vikisitatda əlaqəli sitatlar
  •  Vikianbarda əlaqəli media-fayllar
  • C-SPAN-da göstərilənlər
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Susan_Voycicki&oldid=7789870"
LOVE.AZ