2018-ci il Türkiyə prezident seçkiləri — 24 iyun 2018-ci ildə Türkiyədə keçirilən prezident seçkiləri.[1] 2018-ci ildə Türkiyədə keçirilən Parlament seçkilərlə eyni gündə keçirilib. Bu, 2017-ci il Türkiyə Konstitusiya dəyişikliyi referendumu təsdiq edildikdən sonra keçirilən ilk prezident seçkiləridir. [2]
← 2014 ![]() | |||
2018 Türkiyə prezident seçkiləri | |||
---|---|---|---|
| |||
![]() |
![]() |
![]() | |
Namizəd | Rəcəb Tayyib Ərdoğan | Məhərrəm İncə | Səlahəddin Dəmirtaş |
Partiya | AKP | Cümhuriyyət Xalq Partiyası | Xalqların Demokratik Partiyası |
![]() |
|||
Namizəd | Meral Akşenər | ||
Partiya | İYİ Partiya | ||
![]() |
Seçkilər ilkin olaraq 2019-cu ilin noyabr ayına təyin edilmişdi. Prezident Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı 2017-ci il konstitusiya dəyişikliklərinin qüvvəyə minməsini əsas ğörərək “artıq gözləməməyə” ehtiyac olmadığını söyləyiblər.[3] Bunun ardınca 2018-ci il seçkiləri ilə baş nazir vəzifəsi ləğv edildi və prezidentlik sisteminin ilk hökuməti fəaliyyətə başladı.
Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürüb. Səlahəddin Dəmirtaş ikinci dəfə namizədliyini irəli sürərkən, Məhərrəm İncə, Meral Akşenər, Temel Karamollaoğlu və Doğu Perinçek də prezidentliyə namizəd olacaqlarını açıqlayıblar. Ərdoğan seçkidə ilk turda səs çoxluğu ilə qalib gəldi.[4]
2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdindən sonra ölkədə fövqəladə vəziyyət elan edildi. 2017-ci ildə Türkiyədə keçirilən konstitusiya dəyişikliyi referendumundan sonra ölkənin idarəetmə forması prezidentlik sistemi olaraq təyin olundu. 2017-ci ilin noyabrında Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Ədalət və İnkişaf Partiyası ilə ittifaq təklifi edib və 2018-ci ilin fevralında Xalq Alyansı yaradılıb.[5] Normal şəraitdə seçkinin 3 noyabr 2019-cu ildə keçirilməsi nəzərdə tutulurdu, lakin Baxçalının növbədənkənar seçkiləri lazım bildiyini və prezident Rəcəb Tayyib Ərdoğanın 18 aprel 2018-ci ildə məsələyə müsbət yanaşdığını bildirməsindən sonra yeni seçki tarixi irəli sürüldü.[3] Elə həmin gün fövqəladə vəziyyət rejimi seçki tarixini də daxil etmək üçün daha üç ay uzadılıb.[6]
20 aprel 2018-ci ildə Türkiyə Böyük Millət Məclisində növbədənkənar seçki təklifi qəbul edildi.[7]
Türkiyə Respublikasının Konstitusiyasının 101-ci maddəsinə əsasən, prezident “40 yaşına çatmış, ali təhsili başa vurmuş, millət vəkili seçilmək hüququ olan Türkiyə vətəndaşları arasından birbaşa olaraq xalq tərəfindən seçilir”. Ən son Parlament seçkilərində "fərdi və ya kollektiv şəkildə ümumi etibarlı səslərin ən azı beş faizini və ən azı yüz min seçicini toplayan siyasi partiyalar" prezidentliyə namizəd irəli sürə bilər.[7]
Hazırkı prezident, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan namizəd ola biləcəyini bəyan edib.[8] Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı 8 yanvar 2018-ci ildə seçkilərdə namizəd olmayacağını və partiyası Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlamışdı.[9] Böyük Birlik Partiyasının sədri Mustafa Destici 19 aprel 2018-ci il tarixli açıqlamasında Ərdoğanı dəstəkləyəcəklərini bildirib.[10] Ərdoğan 27 aprel 2018-ci ildə millət vəkillərinin namizədliyi üçün tələb olunan razılıq formasını imzalayıb.[11] MHP 2 may 2018-ci ildə Ərdoğanın namizədliyi ilə bağlı qrup qərarını verdi. AK Partiya da 3 may 2018-ci ildə 316 millət vəkilinin imzaladığı qərar ilə Ərdoğanın namizədliyini irəli sürüb.[12] MHP sədri Dövlət Baxçalı və AK Partiyanın üzvü, baş nazir Binəli Yıldırım Ərdoğanın namizədlik ərizəsini 4 may 2018-ci il tarixində Yüksək Seçki Komissiyasına təqdim etdilər.[13]
Cümhuriyyət Xalq Partiyasından olan millət vəkilləri Öztürk Yılmaz və Didem Engin 20 aprel 2018-ci ildə namizədliklərini açıqladılar.[14] CHP Partiya Məclisi prezidentliyə namizədin müəyyən edilməsi səlahiyyətini başqan Kamal Kılıçdaroğluna verdi.[15] Kılıçdaroğlu namizəd olmayacağını və namizədin müəyyənləşməsi üçün çalışacağını açıqlayıb.[16] CHP 4 may 2018-ci ildə 110 millət vəkilinin imzaladığı qrup qərarı ilə Məhərrəm İncənin namizədliyini irəli sürüb.[17] Bir gün sonra İncənin namizədlik ərizəsi Ali Seçki Şurasına göndərildi.[18]
Xalqların Demokratik Partiyası Səlahəddin Dəmirtaşın namizədliyini irəli sürəcəyini açıqladı.[19] Namizədliyin rəsmi elanı 4 may 2018-ci ildə verildi. 11 may 2018-ci il tarixində Milli Müdafiə Nazirliyinin keçmiş baş katibi hazırda həbsdə olan Səlahəddin Dəmirtaşın namizədliyinin ləğvi üçün Ali Seçki Komissiyasına müraciət edib.[20] Ali Seçki Şurası ərizəni rədd etdi.[21]
İYİ Partiyasının sədri Meral Akşenər 100.000 imza toplayacağı təqdirdə prezidentliyə namizəd olacağını açıqlayıb və 2 may 2018-ci ildə namizədlik üçün rəsmi müraciət edib.[22] O, 4 may 2018-ci ildə seçicilərin namizədlər irəli sürə biləcəyi ilk gündə tələb olunan 100.000 imzaya çataraq namizəd olmaq hüququ qazanıb.[23]
Səadət Partiyası ortaq namizəd irəli sürmək üçün müxalifət partiyaları ilə danışıqlar aparıb və 11-ci prezident Abdullah Gülün namizəd kimi irəli sürülməsini təklif edib. CHP bu təklifə müsbət yanaşıb.[24] Lakin Akşenər namizədliyini geri götürməyəcəyini açıqladı.[25] Bunun üzərinə Gül 28 aprel 2018-ci ildə verdiyi açıqlamada geniş konsensus əldə olunmadığı üçün namizəd olmayacağını açıqladı.[26] Abdulla Gülün namizədliyi uğursuz olduqdan sonra Təməl Karamollaoğlu 2018-ci il mayın 1-də Səadət Partiyasından prezidentliyə namizədi oldu.[27] Karamollaoğlu rəsmi namizədlik ərizəsini 2 may 2018-ci ildə edib.[28] O, 6 may 2018-ci ildə seçicilərin namizədlər irəli sürə biləcəyi üçüncü gündə tələb olunan 100.000 imzaya çataraq namizəd olmaq hüququ qazandı.[29]
Vətən Partiyası lideri Doğu Pərinçəkin namizədliyini irəli sürəcəyini açıqladı və Pərinçəkin namizədlik ərizəsi 1 may 2018-ci ildə edildi.[30] Pərinçək, seçicilərin namizəd təklif edə biləcəyi altıncı və son gün olan 9 May 2018-ci ildə tələb olunan 100.000 imzaya çataraq namizəd olmaq hüququ qazanıb.[31][32]
Ədalət Partiyasının sədri Vecdət Öz Ana Vətən Partiyası və Doğru Yol Partiyasının dəstəyi ilə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb. 2 may 2018-ci ildə rəsmi namizədlik ərizəsini verən Vecdət Öz, 4-9 may 2018-ci il tarixləri arasında cəmi 3030 seçicinin dəstəyini qazanaraq namizəd ola bilməyib.[33][34]
Ali Seçki Şurası rəsmi namizədləri 13 may 2018-ci ildə elan edib.[35]
Prezidentliyə namizədlərin rəsmi siyahısı seçki bülletenində görünmə qaydası ilə[36] | |||||
---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | 6 |
Məhərrəm İncə | Meral Akşenər | Rəcəb Tayyib Ərdoğan | Səlahəddin Dəmirtaş | Təməl Karamollaoğlu | Doğu Pərinçək |
CHP (Cümhuriyyət Xalq Partiyası) |
İYİ Partiya | AK Parti (Ədalət və İnkişaf Partiyası) |
Xalqların Demokratik Partiyası | Səadət Partiyası | Vətən Partiyası |
Mayın 4-dən 9-na kimi seçkilər keçirilib və insanlar yerli seçki şuralarının şöbələrində seçdikləri prezidentliyə namizədləri imzalaya biliblər. Onlara yalnız bir namizədi imzalamağa icazə verilib. Rəsmi namizəd olmaq üçün tələb olunan imzaların sayı 100 min idi.
Xaricdə yaşayan vətəndaşlara dəstəklədikləri namizədlər üçün imzalanmış bəyannamələri poçt vasitəsilə Türkiyədə yerli seçki şuralarına göndərməyə icazə verilib. 17-si Akşenər, 18-i Karamollaoğlu, 35-i Pərinçək olmaqla, 72 nəfər imzalayıb.[37]
Partiya | Namizəd | Gündəlik imzalar | |||||||
---|---|---|---|---|---|---|---|---|---|
4 May[38] | 5 May[39] | 6 May[40] | 7 May[41] | 8 May[42] | 9 May[43] | ||||
İyi Partiya | Meral Akşenər | 127,850 | 173,569 | 207,142 | 232,744 | 246,684 | 255,582 | ||
Səadət Partiyası | Təməl Karamollaoğlu | 44,959 | 95,168 | 135,945}} | 150,134 | 160,680 | 167,967 | ||
Vətən Partiyası | Doğu Pərinçək | 14,555 | 26,845 | 45,026 | 65,433 | 93,919 | 118,575}} | ||
Ak Partiya | Vecdet Öz | 231 | 706 | 1,256 | 2,015 | 2,505 | 3,030 | ||
Cəmi | 187,595 | 296,288 | 389,369 | 450,426 | 503,788 | 545,154 |
Rəcəb Tayyib Ərdoğan ilk mitinqini 28 aprel 2018-ci ildə İzmirdə keçirdi.[44] Ərdoğanın seçkiyə qədər 55 vilayətdə mitinqlər keçirəcəyi açıqlanıb. O, həmçinin 2018-ci il mayın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Avropada yaşayan türklərlə görüşmək üçün mitinq keçirib.[45][46]
Ərdoğan 24 may 2018-ci ildə Ankarada partiyasının seçki manifestini açıqladı. Ərdoğanın şüarları “Türkiyə zamanı” və “Güclü demokratiya, güclü iqtisadiyyat” olub.[47][48]
Məhərrəm İncə 4 may 2018-ci ildə namizədliyi açıqlanarkən Türkiyə Böyük Millət Məclisinin birinci binası qarşısına toplaşan kütlə qarşısında çıxış edib.[49] Onun ilk mitinqi 5 may 2018-ci ildə Yalovada keçirilib.[50] O, 2018-ci il mayın 10-da aktivlərini mətbuata açıqlayıb.[51] O, prezident seçiləcəyi təqdirdə CHP üzvlüyündən çıxacağını və bitərəf olacağını, ölkənin parlament sistemi olaraq idarə formasını bərpa edəcəyini, fövqəladə vəziyyəti ləğv edəcəyini, Prezident Köşkü əvəzinə Çankaya Köşkündə yaşayacağını, sarayın tələbələrin istifadəsinə veriləcəyini açıqladı. 19 və 29 oktyabrda Türkiyə Cəza Məcəlləsində prezidenti təhqir etmə cinayətinin ləğv ediləcəyini bildirib.[52][53][54] İncənin kampaniyası üçün seçilən şüar "Türkiyəyə zəmanət, Məhərrəm İncə" idi.[55] 19 may 2018-ci ildə Samsunda seçki manifestini açıqladı.[56] Kampaniya boyu 107 mitinq keçirdi.[57]
Səlahəddin Dəmirtaş 2016-cı ilin noyabr ayından həbsdə olduğu üçün təbliğat kampaniyasını vəkilləri vasitəsilə aparırdı.[58] Kampaniya boyu “Vətəndaş, Yoldaş, Dost Dəmirtaş”, “Tu Dikari” (Sən bacararsan) və “Mırovekî Baş Demirtaş” (Yaxşı Adam Demirtaş) şüarlarından istifadə edilirdi.[59]
Meral Akşenər 100 min imza ilə prezidentliyə namizəd olduqdan sonra ilk mitinqini 5 may 2018-ci ildə Qəhrəmanmaraşda keçirdi.[60][61] O, söz verib ki, prezident seçilərsə, Türkiyə Dayanışma Fondu adlı fond yaradacaq və 4,5 milyon insanın borcunun ən azı 80%-ni siləcək.[62] Akşener seçki kampaniyasına 14 may 2018-ci ildə Ankarada keçirdiyi toplantı ilə başlayıb və "Üzünü Günəşə çevir, Türkiyə" şüarını işlədib. O, 2018-ci il mayın 30-da Ankarada seçki manifestini açıqlayıb.[63]
Təməl Karamollaoğlunun namizədliyi üçün Kızılay meydanında qurulan imzatoplama stendi 3 may 2018-ci ildə hücuma məruz qalıb.[64] Karamollaoğlu ilk mitinqini 13 may 2018-ci ildə Sivasda keçirdi.[65] Seçim şüarı isə Güzel günler için #DEĞİŞTİR oldu.[66]
Doğu Pərinçək seçki manifestini 20 may 2018-ci ildə Ankarada açıqladı.[67] O, prezident seçiləcəyi təqdirdə Türkiyəni NATO-dan çıxarıb Şanxay Əməkdaşlıq Təşkilatına üzv edəcəyinə söz vermişdir.[68]
Vikianbarda Türkiyədə prezident seçkiləri ilə əlaqəli mediafayllar var. |
"Türkiyə" portalı |