The Trump Organization (azərb. "Tramp Orqanizeyşn") — Donald Trampın sahib olduğu 500-ə yaxın biznesdən ibarət konqlomerat.[1] Bu bizneslərdən təxminən 250-si Trampın adından istifadə edir. Konqlomerat 1923-cü ildə Donald Trampın nənəsi Elizabet Krist Tramp və atası Fred Krist Tramp tərəfindən "E.Trump & Son" olaraq quruldu.
The Trump Organization | |
---|---|
The Trump Organization | |
![]() | |
| |
Ümumi məlumatlar | |
Tipi | məhdud məsuliyyətli cəmiyyət[d] |
Sənaye | pərakəndə |
Məhsulu | Otel |
Təsis tarixi |
1923; 97 il əvvəl (E.Trump & Son kimi) |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | 655 milyon $ (2017) |
Struktur | |
İşçi sayı | 22,450 (2015) |
Rəhbərlik | |
Təsisçilər | |
Prezident | Donald Tramp |
trump.com | |
![]() |
Konqlomerat müxtəlif təsis şirkətləri və ortaqlıqları sayəsində daşınmaz əmlakın inkişafı, sərmayə qoyuluşu, vasitəçilik, satış, marketinq və əmlak idarəçiliyində maraqlara sahib olmuşdur. Konqlomeratın subyektləri müxtəlif ölkələrdə yaşayış daşınmaz əmlakına, otellərə, kurortlara , yaşayış qüllələrinə və qolf sahələrinə sahiblik edir, sərmayə qoyur və inkişaf etdirirlər. Tramp adı altında inşaat, mehmanxana, qumarxana, əyləncə, kitab və jurnal nəşri, yayım mediası, model rəhbərliyi, pərakəndə satış, maliyyə xidmətləri, qida və içkilər, biznes təhsili, onlayn səyahət, ticarət, özəl aviasiya və gözəllik yarışmaları fəaliyyət göstərir.[2] Konqlomeratın subyektləri, həmçinin "The Apprentice" canlı televiziya proqramının françayzinqini istehsal edən Nyu-York televiziya istehsal şirkətinə də sahibdirlər.[3] Pərakəndə satış sahələrinə moda geyimləri, zərgərlik və aksesuarlar, kitablar, ev əşyaları, işıqlandırma məhsulları, vanna otağı aksesuarları, yataq dəstləri, ətir məhsulları, kiçik dəri məmulatları, araq, şərab, qab-qacaq, biftek, şokolad və qablaşdırılmış bulaq suyu daxildir.
Donald Tramp Pensilvaniya Universitetində oxuyarkən atasının şirkətində təcrübə keçdi və 1968-ci ildə rəsmi olaraq şirkətə qoşuldu.[4] 1970-ci illərin əvvəllərində Donald şirkətin prezidenti vəzifəsini icra edərkən Fred idarə heyətinin sədri idi. Donald Tramp 1971-ci ildə rəhbərlik etməyə başladı. O təxminən 1973-cü ildə bu biznesi The Trump Organization adlandırmağa başladı. Əvvəllər bəzən "Fred C.Trump Organization",[5][6] "The Fred Trump Organization"[7] və ya "The Trump Organization"[8] adlansa da, lakin heç bir rəsmi adı yox idi.
Tramp səylərini Manhettendəki böyük inkişaf layihələrinə yönəltdi. "Hyatt" ilə ortaq şəkildə Commodore Hotelin yenidənqurma işlərini apararaq Grand Hyatt New York (1980) kimi açılışını,[9] "The Equitable" ilə əməkdaşlıq edərək Trump Tower (1983) tikintisini həyata keçirtdi[10] və Trump Plazanı inkişaf etdirdi (1984).[11] O həmçinin, Nyu Cersi ştatının Atlantik Siti şəhərində üç kazino oteli açdı: Trump Plaza (1984),[12] Trump Castle (1985)[13] və Trump Taj Mahal (1990)[14]
Donald Tramp ABŞ-nin 45-ci Prezidenti seçildikdən sonra 2017-ci ildə rəhbərliyi övladlarına təhvil verdi.
2019-cu ildə Forbes jurnalının qiymətləndirməsinə əsasən Trampın sərvəti 3,1 milyard dollardır, bunun təxminən yarısı onun Nyu-York şəhərindəki daşınmaz əmlak sahələrindən, təqribən üçdə biri yerli və beynəlxalq mülklərdən (otellər və qolf sahələri də daxil olmaqla) əldə edilən gəlirdir.[15] Trampın adını mülklərində istifadə etdikləri üçün kənar sahibkarlar tərəfindən ödənilən lisenziyalaşdırma haqları da onun ümumi sərvətinə əlavə gəlir gətirir.[16]
Konqlomerat Manhettendə, Sentral parkda yerləşən, atlı karuseli olan "Central Park Carousel"ini idarə edir. Tramp 2010-cu ildə atlı karuselin idarəsini öz öhdəsinə götürdü və buranı canlandıracağına söz verdi. Karusel illik fəaliyyətdən 589 min dollar gəlir əldə edir.[28] Konqlomeratın karuseli 2021-ci ilə qədər işlətməsinə dair müqaviləsi var.[29]
Konqlomerat Sentral parkda yerləşən Uolmen və Lesker buz meydançaları idarə edir. 1986-cı ildə Tramp iqtisadi vəziyyəti pisləşən Uolmen buz meydançasını yenidən qurdu.[30] Trampa qazancı xeyriyyə qurumlarına vermək şərtiylə bir il müddətində istifadə etmək imtiyazı verildi.[31] 1987-ci ildə müqavilənin davam etdirilməsi barədə müqavilə bağlanıldı və müqavilənin bir hissəsi olaraq, konqlomerat həmçinin, Lesker buz meydançası üçün də imtiyaz əldə etdi. Onlar imtiyazları 1995-ci ilə qədər saxladılar. 2001-ci ildə meydançaların idarəetmə hüququnu qazandı. İllik fəaliyyətdən 8.7 milyon dollara yaxın gəlir əldə olunur. Müqavilə 2021-ci ilədək davam edəcək.[32]
Trump Winery Virciniyada, "Trump Vineyard Estates"də yerləşən bir şərabxanadır. Dəyəri 5–25 milyon dollar arasında qiymətləndirilir. Şərabçılıq 2011-ci ilin aprelində Tramp tərəfindən alındı və rəsmi olaraq oktyabrda açıldı. Trampın oğlu Eric satınalmada ortaq idi.[33] Mülkü aldıqdan sonra Tramp idarəçiliyi oğluna təslim etdi.
Konqlomerat ABŞ, Şotlandiya, İrlandiya və Birləşmiş Ərəb Əmirliklərində 17 qolf sahəsinin sahibi və idarəçisidir.[34] 2015-ci ildən etibarən Tramp 18 ay ərzində ən azı 176 milyon dollarlıq gəlir siyahısı hazırladı.[35]