. Love.az

Tirmizi - Wikipedia - Love.az

Ana Səhifə - Tirmizi

Əbu İsa Məhəmməd bin İsa əl-Salami əd-Dərir əl-Buği ət-Tirmizi (ərəb. أبو عيسى محمد بن عيسى السلمي الضرير البوغي الترمذي‎; 825[1][2], Termez – 892[3][4], Termez) — fars əsilli İslam alimi və mühəddis. O, altı böyük hədis məcmuədən biri olan və "Sünəni-Tirmizi" olaraq adlanan "əl-Camius-Səhih" kitabının müəllifidir. O, həmçinin İslam Peyğəmbərinin şəxsiyyəti və xarici görüşünü ilə bağlı hədislər toplusu olan, "Şəmail ət-Tirmizi" kimi tanınan "Şəmail əl-Məhəmmədiyyə" adlı əsərin də müəllifidir.

Tirmizi
ərəb. الترمذي‎
Doğum tarixi 825[1][2]
Doğum yeri
  • Termez, Samanilər dövləti
Vəfat tarixi 892[3][4]
Vəfat yeri
  • Termez, Samanilər dövləti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Tirmizinin adı Məhəmməd, künyəsi isə "Əbu İsa" (İsanın atası) idi. Onun şəcərəsi qeyri-müəyyəndir.

Əbu İsa Məhəmməd ibn İsa ibn əd-Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və b. yerlərə səfər etmiş və İmam Buxari, Müslim ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Məhbub əl-Məhbubi əl-Mərvəzi kimi alimlər ondan hədis nəql etmişlər.

Məhəmməd ibn İsa Tirmizi Abbasi xəlifəsi Məmun dövründə anadan olub. Doğulduğu il 209-cu hicri (824/825) olaraq bildirilmişdir. Yalnız Zəhəbi Tirmizinin hicri 210-cu (825/826) ilə yaxın doğulduğunu bildirir. Buna görə də bəzi mənbələr onun doğulduğu ili hicri 210-cu il kimi göstərmişlər. Bəzi mənbələrdə onun Məkkədə doğulduğu göstərilir. Bir çoxları onun Tirmizdə İndiki Özbəkistanın cənubu (Termez) doğulduğunu bildirir. Əlbəttə daha güclü rəydə budur. Daha dəqiq desək, o, şəhərətrafı ərazilərdən birində, Buq kəndində anadan olub. Buna görə də "Tirmizi" "Əl-Buği" deyirlər.

Yaradıcılığı

redaktə
  • Sünəni-Tirmizi
  • Şəmail ət-Tirmizi

Həmçinin bax

redaktə
  • Hədis
  • Kutubi-sittə
  • Səhihi Buxari
  • Buxari
  • Səhihi Müslim
  • Müslüm ibn Həccac
  • Əbu Davud
  • Sünəni-Əbu Davud

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 Deutsche Biographie (alm.). München BSB, Historische Kommission bei der Bayerischen Akademie der Wissenschaften, 2001.
  3. ↑ 1 2 Muḥammad ibn ʿĪsā ibn Sawra al-Tirmiḏī // AlKindi.
  4. ↑ 1 2 Muḥammad ibn ʻIsá ibn Sawraẗ al- Tirmiḏī // datos.bne.es (isp.): El portal de datos bibliográficos de la Biblioteca Nacional de España. 2011.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tirmizi&oldid=8153764"
LOVE.AZ