![]() |
Bu məqalə azərbaycanlı prodüser və aparıcı haqqındadır. Azərbaycanlı diplomat üçün Tarik Əliyev səhifəsinə baxın. |
Tarix Əliyev (tam adı ilə: Tarix Tahir oğlu Əliyev; d. 6 iyun 1979, Bakı) və ya bilinən ləqəbi ilə Tolik — Azərbaycanlı prodüser[1][2], təşkilatçı, televiziya aparıcısı.
Tolik | |
---|---|
Tarix Tahir oğlu Əliyev | |
Ləqəbi | Tolik |
Doğum tarixi | 6 iyun 1979(1979-06-06) (45 yaş) |
Doğum yeri | |
Uşağı | 1 |
Fəaliyyəti | musiqi prodüseri, prodüser, aparıcı, televiziya aparıcısı |
Fəaliyyət illəri | 2007-ci ildən |
Partiyası | |
tarixaliyev.az |
Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub.[3] Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir.[mənbə göstərilməlidir]
1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir.
İlk dəfə[3], 1998-ci ildə[4] ailəli olub[5], 1 il sonra isə boşanıb.[6] 2025-ci il təvəllüdlü Milana adlı bir qızı var.[7][8]
2002–2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporunın təşkil etdiyi tədbirlərdə iştirak edib. 2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür.[3]
Tolik ləqəbi ilə tanınan Tarix Əliyev ilk olaraq azərbaycanlı müğənni, Azərbaycanın xalq artistı Röya Ayxanla əməkdaşlıq edib.[9][10][11] Röya ilə çalışdığı müddət ərzində Röyanın Bakıda "Şəfa" stadionunda[12], Dənizkənarı Milli Park — Bulvarda, Heydər Əliyev adına Sarayda, Gəncə şəhərində və Azərbaycanın digər bölgələrində konsertlərini təşkil edib. 6 illik birgə fəaliyyətdən sonra tərəflər yollarını ayırıblar.[3] Bundan sonra azərbaycanlı tanınmış müğənni Rəqsanə İsmayılova ilə bir çox layihələr təşkil edir və məhz Rəqsanənin məşhurlaşmasında Tolikin çox böyük rolu olub.[3] Daha sonra Sevda Yəhyayeva[13][14], Sevil-Sevinc Səfərova bacıları[15], Natavan Həbibi[16][17][18], İlhamə Quliyeva[19] və başqa bir çox Azərbaycan müğənniləri ilə bir çox layihələr həyata keçirib.[20] S. Yəhyayevanın Yaşıl Teatrdakı, Elton Hüseynəliyev və S. Yəhyayevanın H. Əliyev sarayındakı konsertlərinin təşkilatçısı olub.[3] Fasilələrlə Azərbaycanın xalq artisti Aygün Kazımova ilə çalışıb. A. Kazımova ilə də bir çox layihəyə imza atıb.[21] Belə ki, xalq artistinin Tofiq Bəhramov adına Respublika Stadionundakı konsertinin təşkilatçısı olub.[22]
Hal-hazırda Elton Hüseynəliyev ilə çalışır.[3]
2010-cu ilin mayında "Maşın" realiti şousunun "Lider" telekanalında yayımlanmış "Transformer" adlandırılan 10-cu "sürəti"ndə iştirak edib.[23] 2013-cü ildə Yunanıstanın Saloniki şəhərində Avropa Gənclər Forumunun baş assambleyasının beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri "2016 — Avropa Gənclər Şəhəri" seçilib. Bu tədbirin açılış konserti ilə bədii hissənin təşkilatçısı və prodüserlik vəzifəsini icra edib.[24][25][26] 2017-ci ildə Qazaxıstanın Aktau şəhərində Azərbaycanın baş konsulunun Azərbaycan və Qazaxıstan dövlətlərarası diplomatik əlaqələr münasibətilə təşkil etdiyi konsertin təşkilatçısı olub və həmin konserti təşkilinə görə fəxri diploma layiq görülüb. 2017-ci ildə Gəncə şəhərinin Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert aparan artist kimi fəaliyyət göstərib.[24][25][26][27]
Gəncədə Heydər Əliyevin doğum günü münasibətilə baş tutmuş konsertin təşkilatçısı olub. Həmin konsertdə Türkiyənin tanınmış müğənniləri Fərhad Köçər, Mustafa Ceceli və Hadisə çıxış edib.[24][25][26] Müxtəlif vaxtlarda Gəncədə bir çox konsertlərin təşkilatçısı olub. Təşkil olunan həmin konsertlərin fəxri qonaqları tanınmış rumın müğənni Aleksandra Stan və b. olub.[24][25][26]
2017-ci ildə Lider TV-də yayımlanan "Bu bizik, Toliklə" musiqili proqramının layihə rəhbəri və aparıcısı olub.[28][29][30][31] 2018-ci ilin yanvar ayından Xəzər TV-də yayımlanan "Hər Şey Daxil" verlişinin layihə rəhbəri[32][33] və aparıcısıdır.[34][35][36][37] 6 fevral 2019-cu ildən Tarix Aliyev adlı rəsmi YouTube kanalı vasitəsilə yayımlanan “Tarix Əliyev ilə Səmimi” verilişinin[38] layihə rəhbəri və aparıcısıdır. 2020-ci ilin mart ayında canlı efirdə müğənni Mətanət Əsədova və bəstəkar-müğənni Elza Seyidcahan arasında mübahisə nəticəsində, Xəzər TV-nin rəhbəri Murad Dadaşov T. Əliyevin aparıcılıq etdiyi "Hər Şey Daxil" proqramının bağlanması əmrini verib.[39] Daha sonra 21 dekabr 2020-ci ildə Dalğa TV-də "Günə bir şou" adlı proqramında aparıcılıq etməyə başlayıb.[40] 2021-ci ildən MTV-də işləyib. 2022-ci ildən “Ümid ilə gəl”[41][42], ardınca isə “Tarixin bir günü” verilişinin aparıcısıdır.[43] 2025-ci ildən Space TV-də fəaliyyətinə davam edir.[44][45]