2024 UEFA Avropa Çempionatı və ya qısaca UEFA Avro 2024, (ing. UEFA Euro 2024 və ya UEFA EURO 2024) — futbol üzrə UEFA üzvü assosiasiyaların kişi milli komandaları üçün dörd ildən bir təşkil edilən 17-ci buraxılışı. 14 iyun - 14 iyul tarixlərində Almaniyanın 10 şəhərinin 10 stadionunda baş tutacaq turnirdə 24 milli yığma mübarizə aparır.
UEFA Avro 2024 | |
---|---|
![]() 2024 Avropa Futbol Çempionatının loqosu | |
Yarış məlumatları | |
Ev sahibi |
![]() |
Tarix | 14 iyun — 14 iyul (31 gün) |
Başlama tarixi | 14 iyun 2024[1] |
Bitmə tarixi | 14 iyul 2024 |
Komanda sayı | 24 milli yığma |
Stadion sayı | 10 stadion |
Yekun nəticəsi | |
Çempion |
![]() |
İkinci |
![]() |
Yarış statistikası | |
Oyun sayı | 51 |
Qol sayı | 117 |
Tamaşaçı sayı | 2,681,288 |
Mükafat sahibləri | |
Bombardir(lər) | |
Ən yaxşı oyunçu | Rodriqo Hernandez |
Ən yaxşı gənc oyunçu | Lamin Yamal |
← 2020 2028 → | |
![]() |
Turnir üçüncü dəfədir ki, Almaniya ərazisində, ikinci dəfə isə yenidən birləşdirilmiş Almaniyada keçiriləcək. Bundan əvvəl 1988-ci ildəki turnir Qərbi Almaniyada keçirilmiş, Münhen şəhəri isə bir neçə ölkədə təşkil edilən Avro 2020-nin dörd oyununa ev sahibliyi etmişdir. Leypsiq şəhərinin turnirin keçiriləcəyi şəhərlər arasında olması turnirin ilk dəfə keçmiş Şərqi Almaniyada keçirilməsini təmin edəcək. Bununla da, Avro 2024 birləşmiş Almaniyanın tək ev sahibi ölkə qismində təşkilatçılıq çıxış etdiyi ilk turnir olacaq.[2] Bu turnirdən sonra Avropa Çempionatları həmişəki dördillik rejimə qayıdacaq (bundan əvvəl turnirin 2020-ci ildə keçiriləcək versiyası COVID-19 pandemiyası səbəbilə 2021-ci ilə təxirə salınmışdı). Turnirin qalibi daha sonra 2025 CONMEBOL-UEFA Çempionları Kuboku matçında Kopa Amerika 2024 turnirinin qalibinə qarşı oynayacaq.
İngiltərəni penaltilər seriyasında məğlub edərək 2020-ci il turnirinin qalibi olan İtaliya sonuncu Avropa çempionu idi.[3] Final görüşündə İngiltərə üzərində 2-1 hesablı qələbə qazanan İspaniya millisi turnirin qalibi oldu.
8 mart 2017-ci ildə UEFA namizədlik üçün son gün olaraq müəyyən olunan 3 mart 2017-ci il tarixindən əvvəl turnirə ev sahibliyi etmək niyyətinin yalnız iki ölkə – Almaniya və Türkiyə tərəfindən açıqlandığını elan etdi.[4][5]
Ev sahibi 27 sentyabr 2018-ci ildə İsveçrənin Nyon şəhərində seçildi.[6] Almaniya daha əvvəl Avro 2020-ni təkbaşına təşkil etməyi planlaşdırsa da, 2012-ci ilin mayına qədər hər-hansı qəti maraq göstərməmişdir.[7]
Səsvermənin nəticələri
ölkə | Səslər |
---|---|
Almaniya | 12 |
Türkiyə | 4 |
Səs verməyib | 1 |
Ümumi | 17 |
Səsvermə sadə say çoxluğu sistemi ilə keçirilmiş, UEFA İcraiyyə Komitəsi ev sahibini müəyyən etmək üçün gizli səsvermə yolu ilə səs vermişdir. Səslər bərabər olduğu halda, həlledici səsi UEFA prezidenti verəcəkdi.[8] İcraiyyə Komitəsinin 20 üzvündən ikisi səs vermək hüququna malik deyildi, biri iştirak etmədi və cəmi on yeddi səsvermə hüququna malik üzv qaldı.[9]
Almaniya ev sahibi qismində turnirə avtomatik olaraq vəsiqə qazandı. Qalan 23 yer seçmə turnirlə müəyyən ediləcək. 10 təsnifat qrupunun qalibləri və ikinciləri turnirə birbaşa vəsiqə qazanacaq, qalan üç yer isə pley-off mərhələsi ilə müəyyən ediləcək.[10] Pley-off mərhələsindəki yerlər 2022/23 UEFA Millətlər Liqasında ən yaxşı çıxış edən və əsas seçmə turnir vasitəsilə vəsiqə qazanmamış komandalara [11] veriləcək.[12]
2022-ci il oktyabrın 9-da Frankfurtdakı Festhalledə UEFA Avro 2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçirildi.[13][14] Seçmə mərhələ 2023-cü ilin mart-noyabr aylarında, üç pley-off mərhələsi isə 2024-cü ilin martında keçiriləcək.[15]
Almaniya | (1972, 1976, 1980, 1984, 1988, 1992, 1996, 2000, 2004, 2008, 2012, 2016, 2020) | |||||
Belçika | (1972, 1980, 1984, 2000, 2016, 2020) | |||||
Fransa | (1960, 1984, 1992, 1996, 2000, 2004, 2008, 2012, 2016, 2020) | |||||
Portuqaliya | (1984, 1992, 1996, 2000, 2004, 2008, 2012, 2016, 2020) | |||||
İspaniya | (1964,1980, 1984, 1988, 1996, 2000, 2004,2008, 2012, 2016, 2020) | |||||
Şotlandiya | (1992,1996, 2020) | |||||
Türkiyə | (1996, 2000, 2008, 2016, 2020) | |||||
Avstriya | (2008, 2016, 2020) | |||||
İngiltərə | (1968, 1980, 1988, 1992, 1996, 2000, 2004, 2012, 2016, 2020) | |||||
Macarıstan | (1964, 1972, 2016, 2020) | |||||
Slovakiya | (2016, 2020) | |||||
Albaniya | (2016) | |||||
Danimarka | (1964, 1984, 1988, 1992, 1996, 2000, 2004, 2012, 2016, 2020) | |||||
Niderland | (1976, 1980, 1988, 1992, 1996, 2000, 2004, 2008 2012, 2020) | |||||
Rumıniya | (1984, 1996, 2000, 2008, 2016) | |||||
İsveçrə | (1996, 2004, 2008, 2016, 2020) | |||||
Serbiya | (1960, 1968, 1976, 1984, 2000) | |||||
Slovakiya | (1960, 1976, 1980, 1984, 1988, 1992, 1996, 2000, 2004, 2008, 2012, 2016, 2020) | |||||
İtaliya | (1968, 1980, 1988, 1996, 2000, 2004, 2008, 2012, 2016, 2020) | |||||
Sloveniya | (2000) | |||||
Xorvatiya | (1996, 2004, 2008, 2012, 2016, 2020) | |||||
Polşa | (2008, 2012, 2016, 2020) | |||||
Ukrayna | (2012, 2016, 2020) | |||||
Gürcüstan |
20 sentyabr 2022-ci il tarixində Xorvatiyanın Xvar şəhərində keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumu səbəbilə UEFA tərəfindən bütün Rusiya komandalarının UEFA turnirlərindən, Rusiya millisinin isə Avro 2024 turnirinin seçmə mərhələsindən kənarlaşdırılacağı təsdiqləndi.[16] Bu qərarla, Rusiya 2000-ci ildən bəri ilk dəfə Avropa çempionatının final mərhələsində iştirak etməyəcəkdi.
Almaniyanın UEFA-nın Avropa çempionatının oyunları üçün minimum 30 000 yerlik tutum tələbinə cavab verən geniş stadion seçimi var idi.
Avro 2024 üçün seçilmiş on məkandan doqquzu 2006 FIFA Dünya Kuboku üçün istifadə edilmişdi: Berlin, Dortmund, Münhen, Köln, Ştutqart, Hamburq, Leypsiq, Frankfurt və Gelzenkirxen .[17][18] 2006-cı ildə istifadə edilməyən, lakin əvvəllər 1974 FIFA Dünya Kuboku və UEFA Avro 1988 üçün istifadə edilmiş Düsseldorf onuncu məkan olacaq – əksinə, 2006-cı ildə ev sahibliyi edən Hannover, Nürnberq və Kayzerslautern şəhərləri (Hannover eyni zamanda 1974 və 1988-ci ildəki turnirlərə də ev sahibliyi etmişdi) bu dəfə istifadə edilməyəcək. Münhen eyni zamanda bir neçə ölkədə təşkil edilmiş UEFA Avro 2020 turnirinin ev sahibi idi və COVID-19 məhdudiyyətləri səbəbindən məhdud tamaşaçı önündə üçün Almaniyanın iştirakı ilə dörd oyuna ev sahibliyi edirdi.
Bremen və Mönxenqladbax daxil olmaqla müxtəlif stadionlar seçimdən kənarda qaldı.[19] Məkanlar Almaniyanın bütün əsas bölgələrini əhatə etsə də, ən çox məkanın olduğu ərazi 4 ev sahibi şəhərin (Dortmund, Düsseldorf, Gelzenkirxen və Köln) yerləşdiyi Şimali Reyn-Vestfaliya əyalətindəki Reyn-Rur metropoliten bölgəsidir. [20]
Berlin | Münhen | Dortmund | Ştutqart |
---|---|---|---|
Olimpiya stadionu
(Olimpiastadion Berlin) |
Alyans Arena
(Fußball Arena München) |
Siqnal İduna Parkı
(BVB Stadion Dortmund) |
MHPARena
(Ştutqart Arena) |
Tutum: 74,461 | Tutum: 70,076 | Tutum: 65,849 | Tutum: 54,697 |
Gelzenkirxen | Frankfurt | ||
Veltins-Arena
(Arena AufŞalke) |
Valdstadion
(Frankfurt Arena) | ||
Tutum: 54,740 | Tutum: 54,697 | ||
Hamburq | Düsseldorf | Köln | Leypsiq |
Imtech Arena
(Volksparkstadion Hamburq) |
Merkur Spiel-Arena
(Düsseldorf Arena) |
RheinEnergie Stadionu
(Köln stadionu) |
Red Bull Arena
(Leyptsiq stadionu) |
Tutum: 52,245 | Tutum: 51,031 | Tutum: 49,827 | Tutum: 49,539 |
Final turnirinin püşkatma mərasimi 2 dekabr 2023-cü il, Mərkəzi Avropa Vaxtı ilə 18:00-da Hamburqdakı Elbfilarmoniyada keçiriləcək.[21] Komandalar UEFA Avro 2024-ün seçmə mərhələsinin sıralamasına uyğun olaraq sıralanacaqlar. Ev sahibi Almaniya avtomatik olaraq 1-ci səbətə yerləşdiriləcək və A1 mövqeyinə yerləşdiriləcək. Üç pley-off mərhələsinin qalibi püşkatma zamanı məlum olmayacaq və 2024-cü ilin martında keçirilməsi planlaşdırılan pley-off mərhələsi oyunlarında iştirak edən komandalar püşkatma üçün 4-cü səbətə yerləşdiriləcək.[22]
Komanda | Vəsiqə qazanma səbəbi | Səbət |
---|---|---|
Almaniya | Ev sahibi | 1 |
Portuqaliya | J qrupunun qalibi | 1 |
Fransa | B qrupunun qalibi | 1 və ya 2 |
İngiltərə | C qrupunun qalibi | 1 və ya 2 |
Belçika | F qrupunda ilk iki yerdən biri | 1, 2 və ya 3 |
İspaniya | A qrupunda ilk iki yerdən biri | 1, 2, 3 və ya 4 |
Şotlandiya | A qrupunda ilk iki yerdən biri | 1, 2, 3 və ya 4 |
Türkiyə | D qrupunda ilk iki yerdən biri | 1, 2, 3 və ya 4 |
Avstriya | F qrupunda ilk iki yerdən biri | 1, 2, 3 və ya 4 |
Macarıstan | G qrupunda ilk iki yerdən biri | 1, 2, 3 və ya 4 |
Slovakiya | J qrupunda ilk iki yerdən biri | 3 və ya 4 |
Albaniya | E qrupunda ilk iki yerdən biri | 1, 2, 3 və ya 4 |
A pley-off mərhələsinin qalibi | A pley-off mərhələsinin qalibi | 4 |
B pley-off mərhələsinin qalibi | B pley-off mərhələsinin qalibi | 4 |
C pley-offunun qalibi | C pley-off mərhələsinin qalibi | 4 |
Turnirin ilkin cədvəli 10 may 2022-ci ildə UEFA tərəfindən açıqlanıb. Cədvələ yalnız açılış matçı, yarımfinal və finalın başlama vaxtları daxil edilib.[23][24]
Qrup qalibləri, ikincilər və üçüncü yeri tutan ən yaxşı dörd komanda 1/8 finala yüksələcək.
Bütün vaxtlar yerli olub, Mərkəzi avropa yaz saatı ( UTC+2 ) ilə tənzimlənir.
Qrup oyunlarının başa çatdırdan sonra iki və ya daha çox komandanın xalları bərabər olarsa, aşağıdakı tay-brek meyarları tətbiq edilir:[25]
Yer | Komanda | O | Q | H | M | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Almaniya (E) | 3 | 2 | 1 | 0 | 8 | 2 | +6 | 7 | Pley-off mərhələsinə vəsiqə qazanır |
2 | İsveçrə | 3 | 1 | 2 | 0 | 5 | 3 | +2 | 5 | |
3 | Macarıstan | 3 | 1 | 0 | 2 | 2 | 5 | −3 | 3 | |
4 | Şotlandiya | 3 | 0 | 1 | 2 | 2 | 7 | +5 | 1 |
Mənbə: UEFA
(E) Ev sahibi.
Almaniya | 5–1 | Şotlandiya |
---|---|---|
Hesabat |
|
Macarıstan | 1–3 | İsveçrə |
---|---|---|
|
Hesabat |
Şotlandiya | 1–1 | İsveçrə |
---|---|---|
|
Hesabat |
|
Şotlandiya | 0–1 | Macarıstan |
---|---|---|
Hesabat |
|
Yer | Komanda | O | Q | H | M | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | İspaniya | 3 | 3 | 0 | 0 | 5 | 0 | +5 | 9 | Pley-off mərhələsinə vəsiqə qazanır |
2 | İtaliya | 3 | 1 | 1 | 1 | 3 | 3 | 0 | 4 | |
3 | Xorvatiya | 3 | 0 | 2 | 1 | 3 | 6 | −3 | 2 | |
4 | Albaniya | 3 | 0 | 1 | 2 | 2 | 7 | −5 | 1 |
Mənbə: UEFA
Yer | Komanda | O | Q | H | M | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | İngiltərə | 3 | 1 | 2 | 0 | 2 | 1 | +1 | 5 | Pley-off mərhələsinə vəsiqə qazanır |
2 | Danimarka | 3 | 0 | 3 | 0 | 2 | 2 | 0 | 3 | |
3 | Sloveniya | 3 | 0 | 3 | 0 | 2 | 2 | 0 | 3 | |
4 | Serbiya | 3 | 0 | 2 | 1 | 1 | 2 | –1 | 2 |
Mənbə: UEFA
Yer | Komanda | O | Q | H | M | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Avstriya | 3 | 2 | 0 | 1 | 6 | 4 | +2 | 6 | Pley-off mərhələsinə vəsiqə qazanır |
2 | Fransa | 3 | 1 | 2 | 0 | 2 | 1 | +1 | 5 | |
3 | Niderland | 3 | 1 | 1 | 1 | 4 | 4 | 0 | 4 | |
4 | Polşa | 3 | 0 | 1 | 2 | 3 | 6 | –3 | 1 |
Mənbə: UEFA
Polşa | 1–3 | Avstriya |
---|---|---|
|
Hesabat |
|
Fransa | 1–1 | Polşa |
---|---|---|
Hesabat |
|
Yer | Komanda | O | Q | H | M | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Rumıniya | 3 | 1 | 1 | 1 | 4 | 3 | +1 | 4 | Pley-off mərhələsinə vəsiqə qazanır |
2 | Belçika | 3 | 1 | 1 | 1 | 2 | 1 | +1 | 4 | |
3 | Slovakiya | 3 | 1 | 1 | 1 | 3 | 3 | 0 | 4 | |
4 | Ukrayna | 3 | 1 | 1 | 1 | 2 | 4 | –2 | 4 |
Mənbə: UEFA
Yer | Komanda | O | Q | H | M | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Portuqaliya | 3 | 2 | 0 | 1 | 5 | 3 | +2 | 6 | Pley-off mərhələsinə vəsiqə qazanır |
2 | Türkiyə | 3 | 2 | 0 | 1 | 5 | 5 | 0 | 6 | |
3 | Gürcüstan | 3 | 1 | 1 | 1 | 4 | 4 | 0 | 4 | |
4 | Çexiya | 3 | 0 | 1 | 2 | 3 | 5 | –2 | 1 |
Mənbə: UEFA
Türkiyə | 3–1 | Gürcüstan |
---|---|---|
|
Hesabat |
|
Portuqaliya | 2–1 | Çexiya |
---|---|---|
Hesabat |
|
Gürcüstan | 2–0 | Portuqaliya |
---|---|---|
|
Hesabat |
Yer | Qrp | Komanda | O | Q | H | M | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | D | Niderland | 3 | 1 | 1 | 1 | 4 | 4 | 0 | 4 | Pley-off mərhələsinə vəsiqə qazanır |
2 | F | Gürcüstan | 3 | 1 | 1 | 1 | 4 | 4 | 0 | 4 | |
3 | E | Slovakiya | 3 | 1 | 1 | 1 | 3 | 3 | 0 | 4 | |
4 | C | Sloveniya | 3 | 0 | 3 | 0 | 2 | 2 | 0 | 3 | |
5 | A | Macarıstan | 3 | 1 | 0 | 2 | 2 | 5 | –3 | 3 | |
6 | B | Xorvatiya | 3 | 0 | 2 | 1 | 3 | 6 | –3 | 2 |
Pley-off mərhələsində normal vaxtın sonunda hesab bərabər olarsa, hər biri 15 dəqiqəlik 2 hissə olmaqla əlavə vaxt oynanılır. Əlavə vaxtdan sonra da bərabərlik davam edərsə, matç penaltilər seriyası ilə həll olunur.[62]
UEFA Avro 1984-dən etibarən hər turnirdə olduğu kimi, üçüncü yer uğrunda oyun yoxdur.
1/8 final mərhələsində qrup üçüncülərinin rəqiblərinin müəyyən olunması hansı qruplardan çıxan üçüncülərin pley-off mərhələsinə vəsiqə qazanmasından asılı olaraq müəyyənləşir: Həyata keçirilən kombinasiyalar
Üçüncü yeri tutaraq pley-off mərhələsinə çıxan komandaların aid olduğu qruplar |
1B
vs |
1C
vs |
1E
vs |
1F
vs | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
A | B | C | D | 3A | 3D | 3B | 3C | |||
A | B | C | E | 3A | 3E | 3B | 3C | |||
A | B | C | F | 3A | 3F | 3B | 3C | |||
A | B | D | E | 3D | 3E | 3A | 3B | |||
A | B | D | F | 3D | 3F | 3A | 3B | |||
A | B | E | F | 3E | 3F | 3B | 3A | |||
A | C | D | E | 3E | 3D | 3C | 3A | |||
A | C | D | F | 3F | 3D | 3C | 3A | |||
A | C | E | F | 3E | 3F | 3C | 3A | |||
A | D | E | F | 3E | 3F | 3D | 3A | |||
B | C | D | E | 3E | 3D | 3B | 3C | |||
B | C | D | F | 3F | 3D | 3C | 3B | |||
B | C | E | F | 3F | 3E | 3C | 3B | |||
B | D | E | F | 3F | 3E | 3D | 3B | |||
C | D | E | F | 3F | 3E | 3D | 3C |
1/8 final oyunları | 1/4 final oyunları | Yarım final | Final | |||||||||||
30 iyun – Köln | ||||||||||||||
İspaniya | 4 | |||||||||||||
5 iyul – Ştutqart | ||||||||||||||
Gürcüstan | 1 | |||||||||||||
İspaniya (əv.) | 2 | |||||||||||||
29 iyun – Dortmund | ||||||||||||||
Almaniya | 1 | |||||||||||||
Almaniya | 2 | |||||||||||||
9 iyul – Münxen | ||||||||||||||
Danimarka | 0 | |||||||||||||
İspaniya | 2 | |||||||||||||
1 iyul – Frankfurt | ||||||||||||||
Fransa | 1 | |||||||||||||
Portuqaliya (pen.) | 0 (3) | |||||||||||||
5 iyul – Hamburq | ||||||||||||||
Sloveniya | 0 (0) | |||||||||||||
Portuqaliya | 0 (3) | |||||||||||||
1 iyul – Düsseldorf | ||||||||||||||
Fransa (pen.) | 0 (5) | |||||||||||||
Fransa | 1 | |||||||||||||
14 iyul – Berlin | ||||||||||||||
Belçika | 0 | |||||||||||||
İspaniya | 2 | |||||||||||||
2 iyul – Münxen | ||||||||||||||
İngiltərə | 1 | |||||||||||||
Rumıniya | 0 | |||||||||||||
6 iyul – Berlin | ||||||||||||||
Niderland | 3 | |||||||||||||
Niderland | 2 | |||||||||||||
2 iyul – Leypsiq | ||||||||||||||
Türkiyə | 1 | |||||||||||||
Avstriya | 1 | |||||||||||||
10 iyul – Dortmund | ||||||||||||||
Türkiyə | 2 | |||||||||||||
Niderland | 1 | |||||||||||||
30 iyun – Gelzenkirxen | ||||||||||||||
İngiltərə | 2 | |||||||||||||
İngiltərə (əv.) | 2 | |||||||||||||
6 iyul – Düsseldorf | ||||||||||||||
Slovakiya | 1 | |||||||||||||
İngiltərə (pen.) | 1 (5) | |||||||||||||
29 iyun – Berlin | ||||||||||||||
İsveçrə | 1 (3) | |||||||||||||
İsveçrə | 2 | |||||||||||||
İtaliya | 0 | |||||||||||||
İspaniya | 4–1 | Gürcüstan |
---|---|---|
Hesabat |
|
Portuqaliya | 0–0 (ə.v.) | Sloveniya |
---|---|---|
Hesabat | ||
Penaltilər | ||
3–0 |
Portuqaliya | 0–0 (ə.v.) | Fransa |
---|---|---|
Hesabat | ||
Penaltilər | ||
3–5 |
İspaniya | 2–1 | Fransa |
---|---|---|
Hesabat |
|
Qeyd: Mötərizədə cəmi qolların neçəsinin penaltidən vurulduğu göstərilir.
50 matçda 114 qol vurulub, hər oyuna orta hesabla 2,28 qol (10 iyul 2024-cü il tarixinə kimi) vurulub. Qalın hərflərlə vurğulanan oyunçular hələ də yarışmada fəaldırlar.
Rəsmi loqo 5 oktyabr 2021-ci ildə Berlində Olimpiya Stadionunda keçirilən mərasimdə təqdim olundu. Loqoda ətrafında 24 iştirakçı ölkəni təmsil edən 24 rəngli dilimlə Anri Delone Kuboku təsvir edilib. Dilimlərin əmələ gətirdiyi ellips həm də Berlin Olimpiya Stadionunun formasını əks etdirir.[78] Bundan əlavə, ev sahibliyi edən on şəhərin hər birinin aşağıdakı görməli yerləri əks etdirən özünəməxsus loqosu var:[79]
Turnirin rəsmi şüarı “Futbolda birləşin. Avropanın ürəyində birləşin." (orj. "United by Football.Vereint im Herzen Europas."). Şüar müxtəlifliyi və inklüzivliyi təşviq edir.[80]
UEFA AVRO 2024-ün rəsmi maskotu 20 iyun 2023-cü ildə Gelzenkirxendə Almaniya və Kolumbiya milli komandaları arasında yoldaşlıq oyununda təqdim olundu.[81] Maskot şalvar geyinmiş oyuncaq ayıdır.[82] Maskotun adını seçmək üçün "Albärt", "Bärnardo", "Bärnheart" və "Herzi von Bär" variantları ilə ümumi səsvermə təşkil edildi.[83] Nəticələr iyulun 5-də açıqlandı və maskotun adı 32% səslə "Albärt" olaraq elan edildi.
Rəsmi beynəlxalq sponsorlar:
UEFA-nın aşağıdakı sponsorluq tərəfdaşları var idi:[84]
Rəsmi milli sponsorlar:
Topps turnirin rəsmi stiker və kart kolleksiyası tərəfdaşıdır. Bu əməkdaşlıq eyni zamanda Panininin UEFA ilə 1976-cı ildə başlayan əməkdaşlığına son qoymuşdur.[97]
Beynəlxalq Yayım Mərkəzi (IBC) Almaniyanın Leypsiq şəhərindəki Leypsiq Ticarət Sərgisinin salonunda yerləşəcək.[98]