Atanasios Çakalof (yun. Αθανάσιος Τσακάλωφ; 1790, Yanina – 1851, Moskva) — Osmanlı imperiyasının işğalına qarşı Yunanıstanın müstəqilliyi ideyasını müdafiə edən Filiki Eteriya təşkilatının yaradıcılarından biri olan yunan fəalı.[1][2]
Atanasios Çakalof | |
---|---|
![]() | |
Doğum tarixi | 1790 |
Doğum yeri | |
Vəfat tarixi | 1851 |
Vəfat yeri |
|
Fəaliyyəti | siyasətçi |
Üzvlüyü | |
![]() |
Çakalof 1790-cı ildə Yaninada anadan olmuşdur.[3] O, gənc yaşlarında olarkən atası ilə bərabər Yunanıstanı tərk etmişdir. O, Parisdə fizika sahəsi üzrə təhsil almış və eyni zamanda da burada müstəqil Yunanıstan dövləti ideyasını təbliğ edən gizli bir təşkilat olan Elinoglosso Ksenodoheyo adlı bir təşkilat təsis etmişdir. Daha sonra isə o, Odessaya getmiş və burada Nikolaos Skufas və Emmanuil Ksantos ilə tanış olmuşdur. Bu üç nəfər şəxs Yunanıstanın gələcəkdəki müstəqilliyinə zəmin hazırlamaq məqsədi ilə gizli bir təşkilat yaratmaq ideyası üçün birləşmişdirlər. Beləliklə də, Filiki Eteriya təşkilatı 1814-cü ildə Odessada yaradılmışdır.[2] 1818-ci ildə bu üç tərəfdaş müstəqillik ideyalarını davam etdirmək məqsədilə İstanbul şəhərinə köçürlər, lakin həmin ilin iyul ayında Skufasın xəstələnərək vəfat etməsi ilə yollarını ayırırlar. Çakalof 1821-ci ildə başlamış Yunanıstan İstiqlaliyyət müharibəsində iştirak etmişdir. Müharibə zamanı Çakalof Filiki Eteriyanın sonrakı lideri olmuş Aleksandros İpsilantisin müavini olmuşdur.
Çakalov 1851-ci ildə Moskvada vəfat etmişdir.