Yunan dilli hotel və ya Ellinoglosso Ksenodoheyo (yun. Ελληνόγλωσσο Ξενοδοχείο; azərb. Yunan dilli hotel) — 1814-cü ildə Osmanlı imperiyasının işğalına qarşı yunanları dəstəkləmək məqsədilə Parisdə yaradılmış gizli bir təşkilat.[1] Təşkilatın məqsədi yunanların maarifləndirilməsi və Osmanlı imperiyasının hakimiyyəti altından azad olunması naminə mübarizənin təşkili idi.
Yunandilli hotel | |
---|---|
Yaranma tarixi | 1809 |
Qurucusu |
Təşkilatın təsisçiləri Qriqoriy Zalik və Atanasios Çakalof olmuşdur. Bu təşkilat, sonradan yaranmış digər yunan gizli cəmiyyəti olan "Filiki Eteriya"nın sələfi hesab olunur.[2] "Filiki Eteriya"nın qurucularından biri də Atanasios Çakalof idi və bu təşkilat yunanları müstəqillik naminə müharibəyə qalxmağa sövq etmişdir.
Cəmiyyətin nailiyyətlərindən biri də fransız hökumətinin vəsaiti hesabına alınmış 40.000 tüfəngin Peloponnes, Epir və Makedoniya regionlarında yaşayan yunanlara çatdırılması olmuşdur.
Cəmiyyətə üzv olarkən imzalanan and ΦΕΔΑ abreviaturası ilə imzalanırdı, bu söz isə "Φιλικός Άλυτος Ελληνικός Δεσμός" — "Dostcasına Sarsılmaz Yunan Bağı" mənasını verirdi.