Çiləxanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
Tarixi Azərbaycan əraziləri | |
Qəmərli | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Qərbi Azərbaycan |
Bölgə | Gərnibasar mahalı |
İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin adı erməni mənbələrində Çilixanlı, Çinaxanlı[1], "İrəvan əyalətinin icmal dəftəri"ndə Çinəxan formasında[2] qeyd edilmişdir.
Toponim muğanlı türk tayfasından ölan çilovxanlı ("çilovxanlı" nəsil adı danışıq dilinin qanunlarına uyğunlaşdınlaraq çiləxanlı formasına düşmüşdür) nəsil adı[3] əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir[4]Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Чиләханлы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с. XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında Çinəxanlu kimidir[5]
Ermənistan SSR Artaşat(Qəmərli) rayonunda Gərniçayın Araz çayına qovuşan yerində, yerləşmiş kənd.[6]
Kənddə qazaxlar türk tayfasından olan qafarlı tayfası[7] yaşamışdır[1] Kənddə 1831-ci ildə 237 nəfər, 1873-cü ildə 535 nəfər, 1886-cı ildə 569 nəfər, 1897-ci ildə 698 nəfər, 1904-cü ildə 752 nəfər, 1914-cü ildə 827 nəfər, 1916-cı ildə 866 nəfər azərbaycanlı yaşamışdır[8]. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 131 nəfər, 1926-cı ildə 220 nəfər, 1931-ci ildə 246 nəfər azərbaycanlı yaşamışdır[8]. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948–1953-cü illərdə azərbaycanlılar zorla Azərbaycana köçürülərək kənd ləğv edilmişdir. 1918-ci ildə kəndin əhalisi qovulmuşdur[9][10] 1921-ci ildən sonra bir hissəsi geri qayıtmışdır. İndi xaraba kənddir.