Üçoxlar (türkm. üçok) — orta əsrlərdə mövcud olmuş oğuz-türkmən tayfalarının ittifaqı. Türk mifologiyasında “yer tayfalarını” (türk. yersel boylar) və ya yer boylarını (türk. arzi kavimler) ifadə etmək üçün üçoxlar anlayışından istifadə edilmişdir. Bunlar Oğuz xanın birinci (yerdən çıxan) arvadından olan üç oğlu və onların nəslindən olan tayfalardırlar.[1] Bunlar 24 tayfadan ibarət olan Oğuz türklərinin 12 tayfasını təşkil edirlər.
XIX əsrdə üçox tayfalarının ittifaqına türkmən tayfası olan Yomutların arasında rast gəlinmişdir.[2]
Elxanilər dövlətinin məşhur dövlət xadimi və tarixçisi olan Rəşidəddin yazdığı “Cəmi ət-Təvarix” adlı geniş tarix kitabında bu etnonimin mənşəyi ilə bağlı aşağıdakı variantı vermişdir: Oğuz xanın altı oğlu ova getmiş və burada onlar qızıl yay və üç qızıl ox taparaq atalarına gətirmişdirlər. Oğuz xan yayı üç böyük oğluna verir ki, bunu öz aralarında bölüşdürsünlər və onları "Bozox" adlandırır, oxları isə kiçik oğlanları arasında bölüşdürür və onlara "Üçox" adını verir.
Məşhur rus və sovet tarixçisi və şərqşünası olan, akademik V.V.Bartold etnonim üçün “üç oxdan olanlar” kimi oxşar bir məna vermişdir.[3]
Onlar Gümüş oxların sahibidirlər. Onlar 24 oğuz tayfasından 12 tayfanı təşkil edirlər. Onlar yerlə əlaqədar olan elementləri simvolizə edirlər. Sözün mənası üç oxu olanlar deməkdir. Ox sözü bir çox mənbələrdə tayfa (boy) mənasında istifadə edilmişdir, Onox, Bozox, Üçox. “Oğuz” və “Oğur” sözləri də oxşar mənalarda işlədilir. On Oğur, Beş Oğur, Şar Oğur, Doqquz Oğuz... Üçoxlara “Daxili Oğuz” və ya İç Oğuz da deyilmiş və onlar sol qolu təşkil etmişdirlər.
Onun simvolu Şunqardır. Oğulları:
Onun simvolu üç quşdur. Oğulları
Onun simvolu tetraçalandır. Oğulları: