Üfüqü ötənlər — rejissor Şamil Nəcəfzadənin sənədli filmi.[1]
Üfüqü ötənlər | |
---|---|
![]() | |
Janr | sənədli film |
Rejissor | Şamil Nəcəfzadə |
Prodüser | Cavid İmamverdiyev |
Ssenari müəllifi | Sara Oğuz Nəzirova |
Baş rolda | Sara Oğuz Nəzirova |
Operator | Nizami Abbas |
İstehsalçı | "Yaddaş" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 14 mar 2012, Bakı |
Filmin növü | tammetrajlı bədii-sənədli film |
Müddət | 64 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 2011 |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Film Mircavad, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev kimi böyük Azərbaycan rəssamlarının yaradıcılığından bəhs edir.
Yazıçı, sənətşünas Sara Oğuz Nəzirovanın xatirələri əsasında çəkilmiş bu film, onun yaxından tanıdığı, yaradıcılıqları XX əsrin ikinci yarısına təsadüf edən 5 Azərbaycan avanqard rəssamından bəhs edən iki hissəli ekran əsəridir.
Film "Torpaqdan qaynaqlanan təməl", "Qardaşımdan yaxşısı yox idi", "Qaranlıqdan qopan çığırtı", "Əbədiyyata sıçrayış", "Mümkün olmayan axtarış" adlanan 5 bölümdən ibarətdir.
Filmdə "Bu, Mircavaddır" sənədli filminin və "Abşeron bağları" verilişinin kadrlarından və kinoxronikadan istifadə olunmuşdur.