. Love.az

Ulviyye Eli - Wikipedia - Love.az

Ana Səhifə - Ulviyye Eli

Ülviyyə Əli (tam adı: Ülviyyə Əli qızı Quliyeva; 13 oktyabr 1993, Göyçay rayonu) — azərbaycanlı müstəqil jurnalist, insan hüquqları fəalı və siyasi məhbus; 2019–2025-ci illərdə "Voice of America"nın (VoA) jurnalisti olub.[1]

Ülviyyə Əli
Ülviyyə Əli 2024-cü ildə
Ülviyyə Əli 2024-cü ildə
Doğum tarixi 13 oktyabr 1993(1993-10-13) (31 yaş)
Doğum yeri
  • Göyçay rayonu, Azərbaycan
Fəaliyyəti jurnalist, insan hüquqları fəalı, siyasi məhbus
Fəaliyyət illəri 2012-ci ildən
Tanınır "Voice of America"nın jurnalisti
Üzvlüyü NİDA Vətəndaş Hərəkatı (2012–2016)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ülviyyə Əli 2012-ci ildən Azərbaycanda baş verən bütün insan hüquqları pozuntularını özünün rəsmi X səhifəsində (əvvəl Twitter) işıqlandırıb və beynəlxalq medianın diqqətinə çatdırıb. Həmçinin, Azərbaycanla bağlı beynəlxalq mətbuatda işıqlandırılan xəbərlərdə də onun yaydığı məlumatlara istinad, həmçinin müəllifi olduğu video və fotolardan istifadə olunub.[⇨]

2025-ci ilin fevralında "Voice of America"nın müxbir akkreditasiyaları ləğv olunandan sonra Ülviyyə Əli yenə də öz jurnalist fəaliyyətini dayandırmayıb və bəyan edib ki, materiallarını yayımlayacaq müstəqil media resursu olmasa da, öz reportajlarını şəxsi platformasından paylaşacaq. Bundan sonra o, reportajlarını şəxsi Facebook səhifəsindən yayımlayıb və jurnalist fəaliyyətinə davam edib.[⇨]

Bundan üç ay sonra, 2025-ci il mayın 6-dan 7-nə ötən gecə "Meydan TV işi" ilə bağlı saxlanılıb[2], mayın 7-də Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.[3] Onun və "Meydan TV işi" üzrə həbs edilənlərin hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.[4] Özü ittihamları rədd edib, Meydan TV-nin jurnalisti olmadığını hələ həbsindən dörd ay əvvəl bildirib, ümumumi olaraq həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.[⇨]

Bir sıra yerli və beynəlxalq insan haqları təsisatları Ülviyyə Əlinin həbsini siyasi adlandıraraq pisləyib, Azərbaycan iqtidarına onu dərhal azad etməyə səsləyib.[⇨]

Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır.[5]

Mündəricat

  • 1 Həyatı və ictimai-siyasi proseslərə gəlişi
  • 2 Hüquq müdafiəçisi fəaliyyəti
  • 3 Jurnalist fəaliyyəti
  • 4 Həbs edilməsi
  • 5 Həbsinə reaksiyalar
  • 6 Filmoqrafiya
    • 6.1 Qısametrajlı filmləri
  • 7 İstinadlar
  • 8 Keçidlər

Həyatı və ictimai-siyasi proseslərə gəlişi

redaktə

Ülviyyə Əli qızı Quliyeva 1993-cü il oktyabrın 13-də Göyçay rayonunda anadan olub. Ailəsi ilə bir neçə ay Bakıda yaşadıqdan sonra Rusiyanın Tambov şəhərinə köçüblər. 8 yaşına kimi Rusiyada böyüyüb. 2001-ci ilin iyununda Azərbaycana qayıdıb.[6]

Ülviyyə Əli 17 yaşından ictimai-siyasi proseslərə qoşulub. 2012[7]–2016-cı illərdə NİDA Vətəndaş Hərəkatının üzvü olaraq fəaliyyət göstərib. Həmin illərdə 2 dəfə NİDA VH-nın Nəzarət Təftiş Komitəsinə üzv seçilib. Həmçinin, NİDA-nın həbs olunan üzvləri ilə bağlı ictimai kampaniyalarda fəal iştirak edib. "Qanunsuz olaraq həbs edilmiş Nidaçılara dəstək ol!" kampaniyasına rəhbəri olub.[6]

Dəfələrlə aksiyalarda iştirak edib və polis müqaviməti ilə üzləşib. 26 yanvar 2013-cü ildə "Silahları üstümüzdən çəkin!" aksiyası zamanı polislər tərəfindən saxlanılıb və inzibati xəbərdarlıq alaraq sərbəst buraxılıb.[6]

2015-ci ildə parlament seçimlərində 18 saylı Nərimanov-Nizami seçki dairəsindən NİDA VH-nin namizədi olmuş Ramin Hüseynovun səlahiyyətli nümayəndəsi olub. 2020-ci ildə parlament seçimlərində isə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən "Hərəkət" seçki blokunun namizəd olmuş Toğrul Vəliyevin təbliğat kampaniyasının rəhbəri olub.[6]

Hüquq müdafiəçisi fəaliyyəti

redaktə

Ülviyyə Əli 2012-ci ildən Azərbaycanda baş verən bütün insan hüquqları pozuntularını öz X səhifəsində işıqlandırıb və beynəlxalq medianın diqqətinə çatdırıb. Həmçinin, Azərbaycanla bağlı beynəlxalq mətbuatda işıqlandırılan xəbərlərdə də onun yaydığı məlumatlara istinad, həmçinin müəllifi olduğu video və fotolardan istifadə olunub.[6][8]

2013-cü ildən başlayaraq bir çox siyasi məhbusların məhkəmələrinin monitorinqini aparıb, məhkəmələrdə baş verənləri işıqlandırıb.[6]

2013, 2018 və 2024-cü illərdə prezident, 2015, 2020 və 2024-cü illərdə parlament, 2014, 2019 və 2025-ci illərdə bələdiyyə seçimlərində, həmçinin 2016-cı ildə referendumda pozuntuların monitorinqini aparıb və işıqlandırıb.[6]

2014-cü ildə hüquqşünas Namizəd Səfərovun köməkçisi olaraq fəaliyyət göstərib.[6]

2015-ci ildən "Nərgiz" mükafatının Münsiflər Komitəsinin üzvüdür.[6]

2017-ci ildə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc Hüquq Müdafiəçiləri" təlim proqramından yüksək göstəricilərlə məzun olub.[6]

"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" (SMDTM), "Benefisiar" Hüquqi Yardım Mərkəzi, "Qadın Üçün" təşəbbüs qrupu kimi bir sıra qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edib.[6]

2018-ci ildə Norveçin İnsan Hüquqları Evləri Fondunun (HRHF) yayımladığı "Krım: sükut divarının yarılması" hesabatının həmmüəlifidir.[9] O, həmin il Belarus, Ukrayna hüquq müdafiəçiləri ilə birgə Krımı ziyarət edib və oradan hesabat hazırlayıb.[6]

2019-cu ildə Birləşmiş Ştatlarda International Visitor Leadership Programında (IVLP) təcrübə keçib.[6]

2024-cü ildə Norveç İnsan Hüquqları Evi Fondunun (HRHF) "Güc portretləri" fotosərgisinin qəhrəmanlarından biri seçilən insan hüquqları üzrə ixtisaslaşmış azərbaycanlı vəkil Rövşanə Rəhimovanın fotosərgidə yayımlanan fotosunun müəllifi Ülviyyə Əli olub.

Ülviyyə Əli xüsusilə Bakıda baş tutan BMT-nin İqlim Dəyişimələri Konfransı (COP29) ərəfəsində Azərbaycanda insan haqları problemlərinə, müstəqil medianın durumuna, jurnalistlərin həbsinə diqqət çəkmək üçün xarici mediaya müsahibələr verib.

Jurnalist fəaliyyəti

redaktə

Ülviyyə Əli 2016-cı ildən media sahəsində fəaliyyətinə davam edib. Müxtəlif illərdə Azad Avropa/Azadlıq Radiosu (RFE/RL) Azərbaycan xidməti, "Toplum TV", "Fakt Yoxla", "Mikroskop Media", "Voice of America" (VoA), "OC Media" və "JAMnews" ilə əməkdaşlıq edib.

Fəaliyyəti boyu Azərbaycan dilində feminizm məzmunda maarifləndirici materiallar yaratmağı və feminist ideyaları yaymağı hədəfləyən "Fem-Utopia" platforması və LGBTQ-feminist mövzulu xəbərlər dərc edən "Qıy vaar!" platformaları üçün də materiallar hazırlayıb. Jurnalist fəaliyyəti boyu insan hüquqları, sosial hüquqlar, LGBTIQ+ və qadın hüquqları, sülh mövzusu ilə bağlı bir çox materiallar hazırlayıb. 2021-ci il üzrə Azərbaycanda LGBTİQ+ ətrafında baş vermiş hadisələrin mətbuatda işiqlandırılmasında aktiv rol oynadığı üçün QueeRadar mükafatı ilə təltif edilib. "LGBTİQ+ vətəndaşlarla bağlı xəbərlər necə işıqlandırılmalıdır?" mövzusunda da təlimlər keçib.

2019–2025-ci illərdə "Voice of America" (VoA) radiosunun Azərbaycan xidmətinin çalışıb. Fəaliyyəti ərzində VoA-da dərc olunmuş və yayınlanmış 500-dən çox xəbər və reportajın müəllifidir. Azərbaycanda baş verən siyasi məhkəmə işlərini, insan hüquqları pozuntusu ilə bağlı hadisələri, həmçinin mitinqləri, aksiyaları, yürüşləri, piketləri işıqlandırıb. Peşə fəaliyyəti ərzində bir neçə dəfə saxlanmalarla, polis müqaviməti və pis rəftarla üzləşib.

11 fevral 2020-ci ildə Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasının qarşısında deputatlığa namizədlərin etiraz mitinqini işıqlandıran zaman həmkarları Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Aygün Rəşidlə birgə polislər tərəfindən saxlanılıblar. Polislərin zor tətbiq etməsi nəticəsində Ülviyyə Əli yüngül bədən xəsarəti almışdı.[10] Sərhədsiz Reportyorlar baş verən hadisəni sərt qınamış və Azərbaycan iqtidarının plüralizmi məhv etdiyini bildirmişdir.[11]

14 sentyabr 2020-ci ildə "Gənclik" metrostansiyasında keçirilən "Tofiq Yaqubluya azadlıq!" aksiyasını işıqlandıran zaman həmkarı Aysel Umudova ilə birgə qeydə aldıqları materialları silmələri üçün saxlanılıblar. Lakin jurnalistlər materialları silməkdən imtina ediblər, daha sonra sərbəst buraxılıblar.

13 oktyabr 2020-ci il tarixdə Baş Prokurorluğa çağırılan Qiyas İbrahimovla bağlı müsahibə alan zaman Ülviyyə Əli və həmkarı Nərgiz Absalamova Qiyas İbrahimovla birgə saxlanılıb. Onlar bir saatdan çox Yasamal RPİ-nin 26-cı polis bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

4 avqust 2021-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin inzibati binasının qarşısında feministlətin S. Məhərrəmovanın qətl edilməsinə qarşı etiraz aksiyasında peşə fəaliyyətini yerinə yetirən zaman həmkarları Elnarə Qasımova və Nərgiz Absalamova ilə birgə saxlanılıb.[12] Saxlanılma zamanı ona qarşı pis rəftar göstərilib, binanın içində isə təhqir edilib, həmçinin çəkiliş etdiyi kameraya xəsarət yetirilib.[12] Bununla bağlı aidiyyəti qurumlara şikayət edilsə də, şikayətləri nəticəsiz qalıb.

Ülviyyə Əli 2023-cü ilin fevralında Media haqqında Qanunun, xüsusilə onun vahid reyestrin yaradılması ilə bağlı müddəalarının media, ifadə azadlığını məhdudlaşdırmağa geniş şərait yaratdığını bildirmiş və Azərbaycanın müstəqil jurnalistləri və media mütəxəssisləri tərəfindən hazırlanan mövqe sənədinə imza atan 40 jurnalistdən biri olmuşdu.[13] Həmin qanundan sonra Ülviyyə Əli "Reyestrsiz Media" platformasını təsis edib və qanunla bağlı jurnalistlərin etirazlarını işıqlandırıb.

2025-ci ilin fevralında "Amerikanın Səsi"nin müxbir akkreditasiyaları ləğv olunandan sonra Ülviyyə Əli yenə də öz fəaliyyətini dayandırmayıb və bəyan edib ki, materiallarını yayımlayacaq müstəqil media olmasa da, öz reportajlarını şəxsi platformasından paylaşacaq. Bundan sonra o, reportajlarını şəxsi Facebook səhifəsindən yayımlayıb və jurnalist fəaliyyətinə davam edib.

Həbs edilməsi

redaktə
 
Ülviyyə Əli Xətai Rayon Məhkəməsinə gətirilən zaman (7 may 2025)

Ülviyyə Əli 2025-ci il yanvarın 15-də Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiqi Samir İsmayılov tərəfindən yanvarın 16-da şahid qismində ifadə verməyə çağırıldı.[14] İfadədən dərhal sonra müsahibəsində Ülviyyə Əli bunları bildirdi: "“Meydan TV işi” üzrə təxminən iki saat dindiriblər, bundan sonra heç bir izahat verilmədən Azərbaycandan çıxışıma qadağa qoyulub".[14] O, həmçinin bildirib ki, Meydan TV-nin jurnalisti deyil, Voice of America-nın müxbiridir[15] və əgər o, doğrudan da Meydan TV-də çalışsaydı belə, bu cinayət sayılmazdı.[14]

Qadın Jurnalistlər Koalisiyası (WPF) Azərbaycan iqtidarının Ülviyyə Əliyə ölkədən çıxışına qadağa qoyması qərarını pisləyib.[16] Yanvar ayında Ülviyyə Əli bu qadağa ilə bağlı məhkəməyə müraciət edib.[17] Onun şikayətinə baxılmasına 18 martda Xətai Rayon Məhkəməsində başlanılıb, amma hakim Sülhanə Hacıyeva polis müstəntiqinin prosesdə iştirakının vacibliyini əsas gətirərək iclası aprelin ayına təxirə salıb.[17] Ülviyyə Əli bildirib ki, Azərbaycan Miqrasiya Məcəlləsinə əsasən, şahidlərə ölkədən çıxışa qadağa qoyula bilməz; belə bir məhdudiyyət yalnız təqsirləndirilən şəxslərə şamil oluna bilər.[17] O, qadağanın əsasız olduğunu bir daha bildirib, həmçinin bu barədə yalnız şifahi formada məlumat verildiyini vurğulayıb.[17] Ülviyyə Əlinin sözlərinə görə, o, polis idarəsinə üç dəfə rəsmi müraciət ünvanlayaraq qadağa qərarının rəsmi surətini tələb etsə də, müraciətləri cavabsız qalıb.[17] Aprelin 11-də Xətai Rayon Məhkəməsi Ülviyyə Əlinin şikayətini təmin etməyib. Onun bildirdiyinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Fərid Şükürlü istintaqın digər şəxslərin törətdiyi cinayət əməlləri ilə bağlı "vacib məlumatlara" sahib olduğunu əsas gətirərək bildirib ki, həmin şəxslər hələ şahid statusunda olduqlarından ölkədən çıxışlarına qadağa qoyulub. Ülviyyə Əli isə məhkəməyə bildirib ki, o, şahid qismində ifadə verib və artıq üç ay ötüb. Onun sözlərinə görə, əgər o, fəaliyyəti araşdırılan media orqanı ilə əməkdaşlıq etməyibsə, istintaqla əlaqəsi olan “vacib məlumatlara” da sahib ola bilməz.[17]

2025-ci il mayın 6-dan 7-nə ötən gecə, saat 04:00 radələrində sosial mediada Ülviyyə Əlinin "Meydan TV işi" (rəsmi adı ilə Aynur Qənbərova və digərləri barədə açılmış cinayət işi) ilə bağlı saxlanılması, ardınca isə yaşadığı mənzildə axtarış aparılması ilə bağlı məlumatlar yayıldı. Anası İlhamə Quliyevanın sözlərinə görə qızı pis rəftara məruz qalmış, axtarış zamanı isə mənzil dağıdılmışdır – "qızımın başında adenoma var və polis məmuru qızımın başına vurdu. Qızımın başına vurdular, mən onları heç vaxt bağışlamayacağam. Evinə basqın edildi, mənzil tamamilə dağıdıldı. Polis onun şəxsi əşyalarını müsadirə etdi və 6000 avrodan (6820 dollar) çox pul tapdı."[18]

Mayın 7-də Ülviyyə Əli barəsində Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 (aaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürüldü. Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın qərarı ilə onun barəsində 1 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçildi. Ülviyyə Əlinin hüqüqlarını müdafiə edən vəkili Elvin Ələmovun sözlərinə görə, onun evində axtarış azamanı 6 min avro tapıldığı iddia edilib. Ülviyyə Əli pulun ona aid olmadığını və evə axtarışa gələn polislər tərəfindən yerləşdirdiyini bildirdi. Ülviyyə Əli saxlanılam zaman pis rəftara məruz qaldığını da bildirib. "Polis bölməsində ondan telefonun parolunu istəyiblər, bundan imtina edəndə isə başından bir neçə dəfə zərbə endiriblər", — deyə Ələmlov bildirib. DOXA üçün şərhində qadın hüquqları müdafiəçisi Gülnarə Mehtiyeva bildirdi ki, saxlanıldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Ülviyyə Əlini bir neçə saat döyüblər. “Başına çoxsaylı zərbələr endirilib, iki polis qadın onun saçından tutaraq dartıb, bir kişi isə ‘Mən sənin qadınlığını məhv edəcəyəm’ deyib — bu isə cinsi zorakılıq təhdidi kimi qiymətləndirilə bilər,” — deyə Mehtiyeva bildirib.

Ülviyyə Əli həbs olunmazdan əvvəl ictimaiyyətə müraciət ünvanlayıb və həbs oluna biləcəyini vurğulayıb:[19]

“Əgər siz bu yazını oxuyursunuzsa, deməli, mən şərlənərək, hüquqazidd şəkildə jurnalist fəaliyyətimə görə həbs olunmuşam. Qeyd edim ki, digər jurnalist yoldaşlarım kimi mən də heç bir cinayət törətməmişəm - nə ölkəyə onların adlandırdığı “qanunsuz maliyyə” gətirmişəm, nə də başqa əməl törətmişəm. Həmçinin, “Meydan TV” ilə heç bir işgüzar bağlılığım yoxdur. Hətta belə bağlılığım olsa belə, “Meydan TV” ilə əməkdaşlıq cinayət deyil. Onu da qeyd edim ki, uzun müddətdir “Amerikanın Səsi” ilə əməkdaşlıq edirəm.

Hamınıza məlumdur ki, Azərbaycan dövlətinin müstəqil mediaya qarşı heç bir dözümü qalmayıb. Bu dözümsüzlük nəticəsində artıq 20-dən çox jurnalist həbsdədir və mən də onlardan biri oldum. 2016-cı ildən bu yana göstərdiyim fəaliyyət nəticəsində hər zaman peşə etikasına sadiq qalmağa çalışmışam və dini, etnik, siyasi kimliyindən, gender və oriyentasiya mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq haqsızlığa məruz qalan hər kəsin problemlərini işıqlandırmaq üçün əlimdən gələni etmişəm. İndi də həbsdəki yoldaşlarım kimi bu fəaliyyətimi davam etdirəcəm.

Azərbaycanı sükuta qərq etmək istəyən siyasi iradənin qarşısında bizim səsimiz hər zaman onların qulağındakı səssizliyi pozacaq. Bu, mənim azadlıqda yazdığım son yazı ola bilər. Amma inanıram ki, haqlı səs heç vaxt sükuta qərq ola bilməz.

Jurnalistika cinayət deyil! Cinayətimiz - əqidəmizdir!”

Mayın 10-da Ülviyyə Əlinin istintaq təcridxanasında səhhətinin pis vəziyyətdə olduğu barədə məlumat yayılıb.[20] BŞBPİ-də pis rəftara məruz qaldıqdan və başına çoxsaylı zərbələr endirildikdən sonra, Ülviyyə Əli Xətai Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlama yerində iki dəfə, Bakı İstintaq Təcridxanasında isə bir dəfə qusma halı yaşayıb. Ailəsinin sözlərinə görə onun, 2017-ci ildən bəri başında şiş (adenoma) olub. Ülviyyə Əli pis rəftarla bağlı Baş Prokurorluğa şikayət ünvanlayıb.[21] O, həmçinin daxili zədələrin olub-olmadığını müəyyənləşdirmək məqsədilə maqnit rezonans tomoqrafiyası (MRT) daxil olmaqla, tam tibbi müayinin aparılmasını və müvafiq tibbi avadanlıq və personal olan tibb müəssisəsinə köçürülməsini tələb edib. Ammaonun bu tələblərinin heç biri yerinə yetirilməyib.[22]

Ülviyyə Əli 7 may 2025-ci il tarixli Xətai Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Mayın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Elman Rəhimovun sədrliyi ilə baş tutan iclasda Ülviyyə Əlinin şikayəti təmin edilməyib və barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.[23] Məhkəmədə Ülviyyə Əli səhhətindəki problemləri vurğulayıb, ona qarşı irəli sürülən bütün ittihamları rədd edib və bildirib ki, onun həbsi jurnalist fəaliyyəti ilə bağlıdır.[24]

Həbsinə reaksiyalar

redaktə
 
Hüquq müdafiəçisi Emin Hüseynovun sözlərinə görə Turan İnformasiya Agentliyinin bağlanmasından sonra Ülviyyə Əli ölkədə müstəqil reportajların yeganə mənbəyinə çevrilmişdi.

Bir sıra yerli və beynəlxalq insan haqları təsisatları Ülviyyə Əlinin həbsini siyasi adlandıraraq pisləyib, Azərbaycan iqtidarına onu dərhal azad etməyə səsləyib. Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) və Avropa Jurnalistlər Federasiyası (EFJ) mayın 8-də yaydığı bəyanatında Ülviyyə Əlinin həbsini siyasi adlandıraraq pisləyib, Azərbaycan iqtidarından onu dərhal azad etməyə çağırıb.[25]

Norveçin İnsan Hüquqları Evləri Fondu (HRHF) bəyanatında Ülviyyə Əlinin saxlanmasını və pis rəftara məruz qalmasını qətiyyətlə pisləyib, onunla həmrəy olduğunu bildirib və Azərbaycan iqtidarını onu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.[26]

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) "Ülviyyə Əlinin həbsini Azərbaycan iqtidarının müstəqil reportajın istənilən izini silməyə hədəflənən addımı" olaraq vurğulayıb və "Azərbaycan iqtidarını Ülviyyə Əlini dərh azad etməli və polisin ona qarşı pis rəftarı ilə bağlı narahatedici iddiaları ən qısa müddətdə araşdırmalı" olduğunu bildirib.[27]

Beynəlxalq Söz Azadlığını Müdafiə Assosiasiyası (IFEX) Ülviyyə Əlini və Azərbaycanda həbsdə olan bütün digər jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edib. IFEX mətbuatı qorxutmaq və susdurmaq üçün alət kimi fiziki zorakılığın, qarayaxma kampaniyalarının və siyasi motivli ittihamların istifadəsini pisləyib.[28]

Avropa Şurasının Mətbuat Azadlığı və Freedom Now Ülviyyə Əlinin həbsi və Azərbaycanda müstəqil jurnalistlərin həbslərinin sayının artması ilə bağlı narahatlığını bildirib.[29][30]

Beynəlxalq Qadın Media Fondu (IWMF) isə "haqsızlıqlar haqqında xəbər verməyin cinayət olmadığını" bildirib və Ülviyyə Əlinin azad edilməsini tələb edib.[31]

“Front Line Defenders” beynəlxalq hüquq müdafiə təsisatı mayın 12-də bəyanat yayaraq, Ülviyyə Əli ilə bağlı Azərbaycan iqtidarı qarşısında 5 şərt qoyub: Ülviyyə Əlini dərhal və qeyd-şərtsiz azadlığa buraxıb onun fiziki və psixoloji təhlükəsizliyini təmin etmək, ona müstəqil tibbi yardım almaq imkanı təmin etmək, ona qarşı irəli sürülən bütün ittihamları aradan qaldırmaq, Ülviyyə Əliyə qarşı fiziki zorakılıq iddiaların araşdırılması və hadisədə təqsirli bilinənlərin beynəlxalq standartlara uyğun olaraq məsuliyyətə cəlb edilməsi və onun Azərbaycanda müstəqil və təhlükəsiz jurnalist fəaliyyətini həyata keçirə bilməsini təmin etmək.[32]

Hüquq müdafiəçisi Emin Hüseynovun sözlərinə görə repressiyaların AbzasMedia və Toplum TV nəşrlərini sürgünə göndərməsi və Turan İnformasiya Agentliyinin bağlanmasından sonra Ülviyyə Əli ölkədə müstəqil reportajların yeganə mənbəyinə çevrilmişdi.[27] Jurnalist Arzu Qeybullanın sözlərinə görə, Ülviyyə Əli peşə fəaliyyətini davam etdirən azsaylı jurnalistlərdən biri olduğu üçün hədəfə alınıb.[33] Mayın 16-da ABŞ Nümayəndələr Palatasının üzvü. Nümayəndələr Palatasının Ədliyyə məsələləri Komitəsinin rütbəli üzvü Ceymi Raskin özünün rəsmi X hesabında Ülviyyə Əli ilə həmrəy olduğunu və Ülviyyə Əli kimi avtoritar rejimlərə, diktatorlara, kleptokratlara və polis dövlətçiliyinə qarşı mübarizə aparan bütün jurnalistləri dəstəklədiyini bildirib.[34]

Filmoqrafiya

redaktə

Qısametrajlı filmləri

redaktə
  • 2019-cu ildə təqdim edilən "Yadlar" adlı qısametrajlı filminin ideya müəllifi və layihə rəhbəri olub. Film Azərbaycanda LGBT fərdlərinə qarşı təqibləri və həbsləri (2017-ci ildə baş verən) təsvir edir.[35]
  • 2021-ci ildə təqdim edilən "Müharibədən sonra həyatımız: Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra" (ingilis. “Our Lives After the War: Azerbaijan After the Second Karabaкh War“) adlı qısametrajlı filmin müəllifi olub. Film 2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş verən və yeddi mindən çox insanın həyatına son qoyan İkinci Qarabağ müharibəsi sonrasında azərbaycanlı ailələrin həyatında baş verənlərdən bəhs edir.[36]
  • 2022-ci ildə təqdim edilən "Azərbaycanda gənclər özlərini necə görürlər" (ingilis. “How young people in Azerbaijan see themselves“) adlı qısametrajlı filmin müəllifi olub. Film fərqli gənclərin patriotizm və "ənənəvi dəyərlər", müharibə və sülh baradə fərqli düşüncələrindən bəhs edir.[37]
  • 2022-ci ildə təqdim edilən "Uğura imza atıram" adlı qısametrajlı filmin müəllifi olub. Film qadınların əmək bazarına daxil olmaq yolunda maneələdən, həmçinin iqtisadi azadlığın vacibliyindən söz açır.[38]
  • 2023-cü ildə təqdim edilən ""Qul bazarı" – işsiz bir adamın hekayəsi" (ingilis. “The "slave marкet" in Baкu, one jobless man's heartbreaкing story”) adlı qısametrajlı filmin müəllifi olub. Film regionların zəif iqtisadi inkişafı, kütləvi işsizlik fonunda paytaxtın "imkanlar şəhəri" olması barədə davamlı mifin fonunda "qul bazarı"nda çalışan işsiz bir adamın hekayəsindən bəhs edir.[39]

İstinadlar

redaktə
  1. ↑ Liam Scott Aziza Goyushzade. "Journalists in Azerbaijan face trials, jailings, travel bans". The Voice of America (VoA) (ingilis). 10 may 2025. İstifadə tarixi: 10 may 2025.
  2. ↑ Cavid Ağa. "Azerbaijani journalists arrested in deepening cracкdown on independent media". bne IntelliNews (ingilis). 10 may 2025. İstifadə tarixi: 10 may 2025.
  3. ↑ Emmanuel Grynszpan. "Azerbaijan imprisons its last independent journalists". Le Monde (ingilis). 10 may 2025. İstifadə tarixi: 10 may 2025.
  4. ↑ "Журналистка Ульвия Али обвинена в контрабанде". Кавказский узел (rus). 10 мая 2025. İstifadə tarixi: 10 мая 2025.
  5. ↑ "Состояние азербайджанской журналистки Ульвии Али ухудшилось в СИЗО". DOXA (rus). 10 may 2025. İstifadə tarixi: 10 may 2025.
  6. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 NİDA Civic Movement. "NİDA-çı gənc, hüquq müdafiəçi, müstəqil jurnalist: Ülviyyə Əli". www.nidavh.org (az.). 14 мая 2025. İstifadə tarixi: 14 мая 2025.
  7. ↑ Arzu Qeybulla. "Meet N!DA, the exclamation marк that terrified the Azerbaijani authorities". OpenDemocracy (ingilis). 14 мая 2025. İstifadə tarixi: 14 мая 2025.
  8. ↑ "Azerbaidjan își închide ultimii jurnaliști independenți; Reprimarea libertății presei continuă în Azerbaidjan". www.pescurt.ro (rumın). 14 мая 2025. İstifadə tarixi: 14 мая 2025.
  9. ↑ Human Rights House Foundation (HRHF). "CRIMEA: BREAKING THE WALL OF SILENCE" (PDF). www.humanrightshouse.org (ingilis). 10 мая 2025. İstifadə tarixi: 10 мая 2025.
  10. ↑ Tapdıq Fərhadoğlu. "Jurnalistlər Baş Proкurorluğa müraciət edib". Voice of America (VoA). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  11. ↑ Tapdıq Fərhadoğlu. "Sərhədsiz Reportyorlar: Azərbaycan iqtidarı plüralizmi məhv edir". Voice of America (VoA). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  12. ↑ 1 2 Sevgi İsmayılbəyli, JAMnews. "Mətbuat Azadlığı günündə Azərbaycan mətbuatı 151-ci yerdə". www.jam-news.net. 4 may 2023. İstifadə tarixi: 22 noyabr 2024.
  13. ↑ Jurnalist Araşdırmaları Mərкəzi (JAMAZ). "Media nümayəndələri Media Reyestri ilə bağlı qanunun dəyişdirilməsi tələb edirlər". www.jamaz.info. 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  14. ↑ 1 2 3 Фаик Меджид. "Журналистке Ульвии Али запрещен выезд из Азербайджана". Кавказский узел (rus). 10 мая 2025. İstifadə tarixi: 10 мая 2025.
  15. ↑ "VOA'da çalışan Azeri gazeteci tutuкlandı". The Independent (türk). 10 мая 2025. İstifadə tarixi: 10 мая 2025.
  16. ↑ "Azerbaijan: WPF Condemns Authorities' Harassment of VOA Reporter Ulviyya Ali". Women Press Freedom (ingilis). 10 мая 2025. İstifadə tarixi: 10 мая 2025.
  17. ↑ 1 2 3 4 5 6 Фаик Меджид. "Суд счел законным запрет Ульвии Али на выезд из Азербайджана". Кавказский узел (rus). 10 мая 2025. İstifadə tarixi: 10 мая 2025.
  18. ↑ Aytən Fərhadova, OC Media. "Two more Azerbaijani journalists detained as media crackdown continues". www.oc-media.org (ingilis). 8 may 2025. İstifadə tarixi: 8 may 2025.
  19. ↑ Sitat səhvi: Yanlış <ref> teqi; :S2 adlı istinad üçün mətn göstərilməyib
  20. ↑ "Состояние Ульвии Али ухудшилось в заключении". Кавказский узел (rus). 10 мая 2025. İstifadə tarixi: 10 мая 2025.
  21. ↑ "Жалоба арестованной журналистки на насилие направлена в прокуратуру". Meydan TV (rus). 10 may 2025. İstifadə tarixi: 10 may 2025.
  22. ↑ Arzu Qeybulla. "Another Courageous Journalist Jailed in Azerbaijan / Ulviyya Ali Faces Bogus Smuggling Charges". Human Rights Watch (HRW) (ingilis). 10 may 2025. İstifadə tarixi: 10 may 2025.
  23. ↑ "Суд в Баку отказался освободить журналистку Ульвию Али". Кавказский узел (rus). 10 may 2025. İstifadə tarixi: 10 may 2025.
  24. ↑ "Ülviyyə Əli həbsdə qaldı". Meydan TV (az.). 10 may 2025. İstifadə tarixi: 10 may 2025.
  25. ↑ International and European Federations of Journalists (IFJ-EFJ). "Azerbaijan: IFJ and EFJ condemn arrest and abuse of journalists Ulviyya Ali and Ahmad Mammadli". www.ifj.org (ingilis). 8 may 2025. İstifadə tarixi: 8 may 2025.
  26. ↑ "HRHF strongly condemns the detention and alleged ill-treatment of #Azerbaijan woman #humanrights defender, journalist, and photographer Ulviyya Ali on spurious smuggling charges. #JournalismIsNotACrime". www.twitter.com ( (ing.)). 8 may 2025. İstifadə tarixi: 8 may 2025.
  27. ↑ 1 2 "Azerbaijan arrests two more journalists, increasing cracкdown tally to 25". Jurnalistləri Müdafiə Komitəsi (CPJ) (ingilis). 10 may 2025. İstifadə tarixi: 10 may 2025.
  28. ↑ Beynəlxalq Söz Azadlığını Müdafiə Assosiasiyası (IFEX). "Azerbaijan: Journalists Ulviyya Ali and Ahmad Mammadli arrested". www.ifex.org (ingilis). 8 may 2025. İstifadə tarixi: 8 may 2025.
  29. ↑ Avropa Şurasının Mətbuat Azadlığı. "Two Independent Journalists Ulviyya Ali and Ahmad Mammadli Arrested in Azerbaijan". www.go.coe.int (ingilis). 8 may 2025. İstifadə tarixi: 8 may 2025.
  30. ↑ Freedom Now. "The list of independent journalists wrongfully imprisoned by #Azerbaijan continues to grow". www.twitter.com (ingilis). 8 may 2025. İstifadə tarixi: 8 may 2025.
  31. ↑ "The government of Azerbaijan currently has over 20 journalists in prison. Yesterday, Ulviyya Ali became one of them. Reporting on injustices is not a crime – we demand Ali and her colleagues be released so they may continue their vital worк. Read more:". www.twitter.com ( (ing.)). 8 may 2025. İstifadə tarixi: 8 may 2025.
  32. ↑ Front Line Defenders. "Woman human rights defender and journalist Ulviyya Ali arrested and denied proper medical treatment in detention". www.frontlinedefenders.org (ingilis). 8 may 2025. İstifadə tarixi: 8 may 2025.
  33. ↑ Sitat səhvi: Yanlış <ref> teqi; :W adlı istinad üçün mətn göstərilməyib
  34. ↑ Rep. Jamie Rasкin. "We stand with Ulviyya Ali and journalists all over the world, including VOA employees let go by DOGE and Trump, against the police state censorship of authoritarians, dictators and кleptocrats. Democracy dies without press freedom". www.twitter.com (ingilis). 8 мая 2025. İstifadə tarixi: 8 мая 2025.
  35. ↑   YouTube // Turкan Hüseyn. "Yadlar (Strangers)". www.youtube.com (az.). 12.05.2025. İstifadə tarixi: 12.05.2025.
  36. ↑   YouTube // JAMNews in English. "Our Lives After the War: Azerbaijan After the Second Karabaкh War". www.youtube.com (ingilis). 12.05.2025. İstifadə tarixi: 12.05.2025.
  37. ↑   YouTube // JAMNews in English. "How young people in Azerbaijan see themselves and how they see their peers in other countries". www.youtube.com (ingilis). 12.05.2025. İstifadə tarixi: 12.05.2025.
  38. ↑   YouTube // Qadın Üçün. ""Qadınlar işdə: "Uğura imza atıram!" filmi"". www.youtube.com (az.). 12.05.2025. İstifadə tarixi: 12.05.2025.
  39. ↑   YouTube // JAMNews in English. "The "slave marкet" in Baкu, one jobless man's heartbreaкing story". www.youtube.com (ingilis). 12.05.2025. İstifadə tarixi: 12.05.2025.

Keçidlər

redaktə
  • "Ulviyya Ali". Rəsmi hesabı (az.). «Voice of America» (VoA). 2025-05-11. İstifadə tarixi: 2025-05-11.
  • "Ulviyya Ali". Rəsmi hesabı (ingilis). «OC Media». 2025-05-11. İstifadə tarixi: 2025-05-11.
  • "Ulviyya Ali". Rəsmi hesabı (ingilis). «Jurnalistləri Müdafiə Komitəsi» (CPJ). 2025-05-11. İstifadə tarixi: 2025-05-11.
  • "Ulviyya Ali (Guliyeva)". Rəsmi hesabı (ingilis). «Front Line Defenders». 2025-05-11. İstifadə tarixi: 2025-05-11.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ülviyyə_Əli&oldid=8157872"
LOVE.AZ