Meydan TV jurnalistlərinin həbsi — Azərbaycanda 2023–2024-cü illərdə vətəndaş cəmiyyətinə qarşı aparılan həbslər dalğası çərçivəsində 2024-cü il, dekabrın 6-da Meydan TV-nin baş redaktoru Aynur Elgünəş, jurnalistləri Natiq Cavadlı, Aytac Tapdıq, Aysel Umudova, Ülviyyə Əli (Quliyeva)[1] və Xəyalə Ağayeva, həmçinin müstəqil jurnalist Ramin Deko və Bakı Jurnalistika Məktəbinin (BJM) direktor müavini Ülvi Tahirov həbs edilmişdi. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü.
2024-cü il dekabrın 6-da, saat 18:25-də Meydan TV-nin redaktoru Orxan Məmməd özünün facebook sosial şəbəkə hesabında üç saatdan çoxdur ki, Meydan TV-nin jurnalistləri Aynur Elgünəş, Natiq Cavadlı, Aytac Tapdıq və Xəyalə Ağayeva, həmçinin müstəqil jurnalist Ramin Deko ilə əlaqə yaratmağın mümkün olmadığı ilə bağlı paylaşım etdi.[2] Bu məlumatdan on dəqiqə sonra Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti vətəndaş Ramin Cəbrayılzadənin (Ramin Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıdığını bildirdi. Həmçinin əlavə araşdırmaların aparıldığı, bir neçə şəxsin də araşdırma çərçivəsində saxlanıldığı qeyd olundu.[3]
S/S | Soyadı, adı, atasının adı | Təvəllüdü | Saxlanma tarixi | Qərarlar |
---|---|---|---|---|
1 | Qənbərova Aynur Telman qızı | 1975 | 06.12.2024 |
|
2 | Ağayeva Xəyalə Zakir qızı | 1997 |
| |
3 | Cavadov Natiq Sabir oğlu |
| ||
4 | Cəbrayılzadə Ramin | 1987 |
| |
5 | Əhmədova Aytac Soltan qızı | 1993 |
| |
6 | Tahirov Ülvi |
| ||
7 | Umudova Aysel Şəmsəddin qızı | 1992 |
| |
8 | Ağayev Şəmşəd | 05.02.2025 |
| |
9 | Qəhrəmanlı Nurlan Ramiz oğlu | 1997 | 20.02.2025 |
|
10 | Mövlamova Fatimə | 28.02.2025 |
| |
11 | Quliyeva Ülviyyə Əli qızı | 1993 | 07.05.2025 |
|