. Love.az

Incesu Cay - Wikipedia - Love.az

Ana Səhifə - Incesu Cay
Bu adın digər istifadə formaları üçün bax: İncəsu.

İncəsu — Azərbaycan Respublikasının Qazax rayonunun İncə dərəsində və Qərbi Azərbaycanın Barana rayonunda (Noyemberyan) çay, Kürün sağ qolu.[1]

İncəsu
Ölkə Azərbaycan Azərbaycan
Rayon
  • Qazax rayonu, Barana rayonu (Noyemberyan)
Mənbəyi Qərbi Azərbaycanın, Barana rayonu (Noyemberyan)
 • Yüksəkliyi 1 400 m
Mənsəbi Qazax rayonu, Kür
Uzunluğu 44 km
Hövzəsinin sahəsi 245 km²

Uzunluğu 44 km, hövzəsinin sahəsi 245 km.kvadratdır. İki dövlətin, Azərbaycan və Ermənistanın ərazisindən axır. Sahəsinin çox böyük hissəsi Qazax ərazisindən keçir və qərbdən şərqə doğru axır. İncəsu öz başlanğıcını Qərbi Azərbaycanın Barana rayonundan (Noyemberyan) götürür, Azərbaycan Respublikasının Qazax rayonuna daxil olur. Burada İncəsu İncə dərəsindən (Kəmərli, Qaymaqlı, və Aslanbəyli) kəndlərindən keçərək, Birinci Şıxlı və Yuxarı Salahlı kəndlərinin yaxınlığından Kürə tökülür.[2]

Əsasən yağış suları ilə qidalanır. Aşağı axını ilin çox vaxtı quruyur. Suvarmada geniş istifadə edilir.[3]

İstinadlar

redaktə
  1. ↑ "Coğrafi mövqeyi | Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti". qazax-ih.gov.az.
  2. ↑ "Ermənilər sərhəd kəndinin su anbarına gələn çayın qarşısını kəsib – EKOLOJİ TERROR". Apa.az (az.).
  3. ↑ "Qazaxda suvarma mövsümünə ciddi hazırlıq işləri görülür VİDEO". azertag.az (az.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İncəsu_(çay)&oldid=8151844"
LOVE.AZ