2024-cü ilin oktyabrında İranın İsrailə hücumu — İranın 1 oktyabr 2024-cü ildə İsrailə etdiyi raket hücumudur. Ən azı iki dalğa formasında buraxılmış raketlər[2][3] İsrail daxilində sirenləri işə salmışdır. Hücum zamanı partlayışların Təl-Əviv və Qüds üzərində olduğu bildirilmişdir.[2] İsrail Silahlı Qüvvələri İran tərəfindən 100-dən çox raketin atıldığını təsdiqləmişdir.[4]
İranın İsrailə zərbələri | |||
---|---|---|---|
![]() | |||
Tarix | 1 oktyabr 2024 | ||
Yeri | |||
Səbəbi |
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
![]() |
Hücum bir həftə əvvəl Hizbullah baş katibi Həsən Nəsrullahın öldürülməsi ilə nəticələnmiş və İsrailə aid edilən 2024-cü ildəki Hizbullah qərargahına edilən hücuma cavab olaraq həyata keçirilmişdir. Bu hadisə İranın 2024-cü ilin aprelindəki hücumundan sonra öz ərazisindən İsrailə açıq şəkildə həyata keçirdiyi ikinci hücum olmuşdur.[5]
İsrail Müdafiə Qüvvələri tərəfindən verilmiş məlumata əsasən, İran tərəfindən ən azı iki dalğa formasında 200-dən çox raket buraxılmışdır.[2][6][7] İranın raket buraxılış məntəqələri arasında Təbriz, Kaşan və Tehranın şəhər mərkəzindən kənarda olan ərazilər daxil idi.[8] Yüksək rütbəli bir İran rəsmisinin verdiyi xəbərə əsasən, İsrailə raket atmaq əmri təhlükəsiz bir yerdə olan İranın Ali Rəhbəri Əli Xamenei tərəfindən şəxsən verilmişdir.[9] İranın dövlət televiziyası hücuma görə məsuliyyəti öz üzərinə götürərək, əlavə təfərrüatlar vermədən bunun yalnız "birinci dalğa" olması haqqında xəbərdarlıq etmişdir.[10]
Hücumlar nəticəsində iki mülki İsrail vətəndaşı yaralanmış,[11] adı Sameh əl-As kimi müəyyən edilmiş bir fələstinli mülki şəxs həlak olmuş,[12]Yerixoda isə bir neçə nəfər yaralanmışdır.[13]
Raket hücumlarından dərhal sonra İsrail hava məkanını bütün uçuşlar üçün bağlamışdır. İraq da analoji qərar qəbul edərək öz hava məkanını bağladığını bildirmişdir.
İranın raket hücumlarından sonra İsrail ordusu israillilərin sığınacaqları tərk edə biləcəyini açıqlamışdır.
ABŞ Prezidenti Co Bayden ABŞ-ın İsraili və regiondakı Amerika personalını bu hücumlardan müdafiə etməyə hazır olduğunu bildirmişdir.[14]