İran türkləri — İran əhalisinin təxminən 1/5-ni təşkil edirlər və sayları təxminən 35 milyon nəfərdir.[1]
İrandakı türkdilli xalqları əsasən üç böyük bölgədə yaşayırlar. İranın şimalında, şimal-qərb və mərkəz və cənubunda yerləşən əyalətlər.[2][3][4] İranın şimal-qərb bölgələrində yerləşən əyalətlər tarixi Cənubi Azərbaycan ərazisində yerləşirlər. Şimal-şərq bölgəsində yerləşən əyalətlər, tarixi Xorasan ərazilərindədir. İranın mərkəzində və cənubunda olan və türkdilli xalqların yaşadığı əyalətlər, Fars əyalətinə şamil olunurlar.[2][3][4]
Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar, tarixi Azərbaycan bölgələri ərazisində, həmçinin ondan kənarda, İranın digər əyalət və bölgələrində yaşamaqdadırlar. Bunlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi, Gilan, Kürdüstan, Kirmanşah, Əlburz, Tehran və Qum bölgələridir [5][6][7][8][9].
İran azərbaycanlılarının sayı 1998-ci ildə ethnologue saytının təxmini hesablamasına görə, 13,5 milyon nəfər imiş. Bu sayı indiki dövr artımı ilə 20 milyon nəfər hesab etmək olar [10][11][12][13][14][15][16][17][18][19][20][21][22][23][24][25][26][27][28][29][30][31][32][33][34] [35] [36] [37] [38] [39] [40] [41].
Qaşqay türkdilliləri,İranın cənub və mərkəzi əyalətlərində yaşayırlar. Bura Fars, İsfahan, Kirman, Buşehr, Çahar-Mahal və Bəxtiyari və Xuzistan əyalətləri şamildir [5][42][43][44]. Onların sayı 1998-ci ildə ethnologue saytının təxmini əsasında, 500 000 nəfərimiş [5][45].
Afşar türkdillilər, İranın şimal-şərqində – Şimali Xorasan, Rəzəvi Xorasan və Simnan əyalətlərində yaşayırlar[5][42][43][44]. Onların sayı 1998-inci ildə ethnologue saytının təxmini əsasında,100 000 nəfər imiş [5][46].
Türkmənlər İranın şimal-şərqində – Gülüstan, Şimali Xorasan, Mazandaran və Simnan əyalətlərində yaşayırlar[5][42][43][44]. Onların sayı 1998-ci ildə ethnologue saytının təxmini əsasında, 2٬00٬000 nəfərimiş [5][47].
İranda yaşayan türkdilli xalqların sayı barədə müxtəlif mənbələrdə müxtəlif rəqəmlər rast gəlmək olur. İran türkdillilərinin iddialarına görə, bu rəqəm guya 37 milyona çatmaqdadır [5][48]. Ethnologue-nin verdiyi məlumata görə, 1998-ci ildə İranda 17٬400٬000 nəfər türk yaşayırmış [5][49].
İranda yaşayan türdilli xalq nümayəndələrinin sayı ilə bağlı müxtəlif rəqəmlər verilməkdədir. Onların sayı təxminən 15 milyon,،[50] 33 milyon,[51] 25 milyon,[52] və 20 milyon[53] verilərək, bir-birındən fərqli rəqəmlər alınmaqdadır.
Dünya Bankının ölkələr üzrə məlumatına görə 86٫1 milyonluq İran əhalisinin 22 faizi türkdilli xalqlar olaraq, bu say içərisində təxminən 15 milyonu azərbaycanlı olmaqdadır[54][55]. Brenda Shafferd isə İranın 64 milyon nəfər əhalisinin 10 milyon nəfərinin etnik Azərbaycanlı türk hesab edirdi[56].
İranın hər on ildən bir keçirilən əhalinin siyahıya alınması prosesində insanların milliyətinə görə hesablanması nəzərəd tutulmur. Bu səbəbdən İranda ayrı-ayrı xalqların say tərkibi barəsində rəsmi məlumat yoxdur [5]. ABŞ İranda 1956-cı ildə ( şəmsi ilə 1335 ) keçirilən əhalinin siyahıya alınmasını millətlərin sayı göstərilmədiyindən etibarlı saymır [57].
Yazılır ki, "ümumiyyətlə İranda rəsmi məlumatlarda, İranın ən böyük etnik qrupun – azərbaycanlıların sayı olduğundan az göstərilir" [58]. Bəzi qaynaqlar türkləri İran əhalisinin üçdən biri bilirlər[59][60][61][62].
Bəzi mənbələrə görə, farslar İran əhalisinin 50 faizini təşkil edirlər[63]. Ayrı qaynaqlarda farsların nüfusu yüzdə 45 dən aşağı göstərilib [64][65]. Mənbələrə görə farslardan sonra, azərbaycanlılari və digər türkdilli xalqlar İran əhalisinin 17–25, kürdlər 8, bəluçlar 3, ərəblər 3, türkəmənlər 3 faizini təşkil edirlər [66].
İranın türk xalqları | Dilləri | Dinləri və alt-etnik qrupları |
---|---|---|
İran azərbaycanlıları | Azərbaycan dili (türkcə) | Müsəlman Şiə |
Xorasan türkləri | Xorasan türk dili | Müsəlman Şiə |
İran türkmənləri | Türkməncə | Müsəlman Sünni |
Əfşarlar | Azərbaycan dili (türkcə) | Müsəlman Şiə |
Xələclər | Xələc dili | Müsəlman Şiə |
Qaşqaylar | Qaşqay dili | Müsəlman Şiə
|
İranda yaşayan Türkiyəli türklər | Türk dili | Müsəlman Sünni |