. Love.az

Sahmar Ekberzade - Wikipedia - Love.az

Ana Səhifə - Sahmar Ekberzade

Şahmar Əkbər oğlu Əkbərzadə (28 dekabr 1941, Çəmənli, Ağdam rayonu – 30 avqust 2000, Bakı) — şair, publisist, jurnalist.

Şahmar Əkbərzadə
Şahmar Əkbər oğlu Əkbərzadə
Doğum tarixi 28 dekabr 1941
Doğum yeri Ağdam rayonu, Çəmənli Azərbaycan Azərbaycan
Vəfat tarixi 30 avqust 2000 (58 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Əkbər
Təhsili M.F.Axundov adına Dillər İnstitutu
İxtisası Rus dili və ədəbiyyatı
Fəaliyyəti şair, jurnalist
Soldan: Bəxtiyar Vahabzadə, Şahmar Əkbərzadə, Əhməd Şmide və Ağəddin Mənsurzadə

Mündəricat

  • 1 Həyatı
  • 2 Şeirləri[2]
  • 3 Kitabları
    • 3.1 Haqqında yazılmış monoqrafiya
  • 4 Filmoqrafiya
  • 5 İstinadlar
  • 6 Mənbə

Həyatı

redaktə

Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur[1].

1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə texnikumu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir.

Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. "Kommunist" qəzetində müxbir və şöbə müdiri olmuşdur.

1990-cı ildə "Mədəniyyət" qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.

Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində vəfat etmişdir.

10 fevral 2014-cü ildə adını daşıyan "Şahmar Ədəbi Məclisi" (ŞƏM) təsis olunmuşdur. Ölümündən sonra "Xarı Bülbül Nəğmələri" kitabı çap olundu.

Şeirləri[2]

redaktə
  • "Qarabağsız Qarabağlı"
  • "Dayanın!"
  • "Özün özgənin"
  • "Qrimləyir"
  • "Yollar"
  • "Təzə nağara"
  • "Allah amandır!"
  • "Hanı"
  • "Laçın Şahverdi dədəyə"
  • "Üşüdü"
  • "Kirpiyimi qədəminə sərim qoy!"
  • "Bilməyim"
  • "Bitməsin"
  • "Ayırar bu dünya ən vaxtsa bizi"
  • "Əlvida"
  • "Səni"
  • "Dağdağan"
  • "Tüstümüz"
  • "Eşmə"
  • "Bu sənsən?"
  • "Tikan, gəl öpüşək"
  • "Salam de"
  • "Dayanın"
  • "Əlvida"
  • "Mərkəzi poçtxana"
  • "Göyərər"
  • "48 ölçülü qadın paltarı"
  • "Anam Azərbaycana"
  • "Laçın dağlarına məktub"

Kitabları

redaktə
  • Mil üzümçüləri. Bakı: Azərb. SSR Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatı Elmi və Təbliğatı Baş İdarəsi, 1973;
  • Anama layla. Bakı: Gənclik, 1978;
  • Sevgi borc verilməz. Bakı: Yazıçı, 1982;
  • Ona yanıram ki. Bakı Yazıçı, 1988;
  • Haqqa pəncərə. Bakı: Dünya, 1998;
  • Sev məni. Bakı: Azərbaycan, 2000.

Haqqında yazılmış monoqrafiya

redaktə
  • Fidan Abdurəhmanova. İstiqlal arzusu ilə yaşayan şair. Bakı: "Elm və təhsil" nəşriyyatı, 2022, 128 səh.

Filmoqrafiya

redaktə
  1. Qaragülün nağılı (film, 2007)

İstinadlar

redaktə
  1. ↑ ""Şahmar Ədəbi Məclisi" təsis edildi — mediaforum.az saytı". 2014-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-11.
  2. ↑ "Şahmar Əkbərzadə" (Azərbaycan). yazarlaraz.wordpress.com. 24-1-2021 tarixində arxivləşdirilib.

Mənbə

redaktə
  • https://kulis.az/xeber/media/colorredtaninmis-sairin-oglucolor-atam-olende-yaninda-hec-kim-olmayib-colorredmusahibecolor-29229
  • Siyavuş Əmirli, "Şahmar Əkbərzadə anıldı", "Laçın yurdu" jurnalı, №1 (12), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2014. səh.30-32.
  • Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şahmar_Əkbərzadə&oldid=8123088"
LOVE.AZ