. Love.az

Ehmediyye Cebrayilovun Ev Muzeyi - Wikipedia - Love.az

Ana Səhifə - Ehmediyye Cebrayilovun Ev Muzeyi

Əhmədiyyə Cəbrayılovun ev muzeyi — İkinci Dünya müharibəsində Fransa Müqavimət Hərəkatının üzvü, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası Əhmədiyyə Cəbrayılovun şəxsi əşyalarının və sənədlərinin mühafizə edildiyi mədəni müəssisə[1]

Əhmədiyyə Cəbrayılovun ev muzeyi
Əsası qoyulub 1995
Mövzu Hərbi
Yerləşir Şəki, Azərbaycan
Ünvan Əhmədiyyə Cəbrayılov küçəsi,1
Direktor Cavanşir Cəbrayılov

Mündəricat

  • 1 Yaranması və fəaliyyəti
  • 2 Həmçinin bax
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar

Yaranması və fəaliyyəti

redaktə

Əhmədiyyə Cəbrayılovun Şəki şəhərindəki ev-muzeyi 1995-ci ildə yaradılıb. Muzey əvvəlcə bir otaqdan ibarət olub. Hazırda 4 otağı olan muzeydə əfsanəvi partizanın həyatı və döyüş yolundan bəhs edən müxtəlif sənədlər, fotolar, haqqında məqalələr dərc edilmiş qəzet və jurnallar, kitablar nümayiş etdirilir.[2]

Ev-muzeyi yerli sakinlərin, Şəkiyə gələn yerli və əcnəbi turistlərin tez-tez ziyarət etdiyi məkanlardan biridir. Bu il məlum pandemiya səbəbindən ev-muzeyi qonaq-qaralı olmasa da, karantin rejiminin yumşaldılmasından sonra ziyarətlər bərpa edilib.[2] Muzeyin yaradıcısı, Ə. Cəbrayılovun oğlu Cavanşir Cəbrayılovdur.[3]

Həmçinin bax

redaktə
  • Bəxtiyar Vahabzadənin ev-muzeyi

Xarici keçidlər

redaktə
  • İctimai TV, "Sabahın xeyir, Azərbaycan verilişi

İstinadlar

redaktə
  1. ↑ "Şəki İrs Reyestri". 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
  2. ↑ 1 2 "Şəkidəki muzey Əhmədiyyə Cəbrayılovun xatirəsini yaşadır". 2024-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-01.
  3. ↑ Mədəniyyət.- 2020.- 25 sentyabr.- S.5.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əhmədiyyə_Cəbrayılovun_ev_muzeyi&oldid=7728698"
LOVE.AZ