Əlirza Abdulla oğlu Rasizadə (28 sentyabr 1884, Naxçıvan – 30 noyabr 1923, Bakı) — Azərbaycanlı maarifçi, həcvyazan, marksist inqilabçı və Zaqafqaziyada sovetləşmə prosesinin fəallarından biri, Naxçıvan MSSR-in yaradıcılarından biri, Azərbaycan SSR siyasi və dövlət xadimi. Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qardaşı.
Əlirza Rasizadə | |
---|---|
Əlirza Abdulla oğlu Rasizadə | |
![]() 1912-ci il Rusiya pasportunda şəkli | |
Naxçıvan Sovet Sosialist Respublikası xalq maarif komissarı | |
29 iyun 1920 – 25 yanvar 1923 | |
(ləqəbi: Kantor) | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | vəzifə ləğv edildi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 sentyabr 1884(1884-09-28) |
Doğum yeri | Naxçıvan şəhəri, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (39 yaşında) |
Vəfat yeri | Bakı şəhəri, Azərbaycan SSR |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Partiya |
![]() |
Təhsili | Qori müəllimlər seminariyası |
Fəaliyyəti | maarifçi, publisist, inqilabçı, Azrevkomun komissarı |
Atası | Abdulla Rasizadə (1843~1900) |
Həyat yoldaşı | Səkinə Məmmədova (1900-1985) |
Uşaqları | oğlu Şamil Rasizadə (1916-1993), qızı Cəmilə (uşaqlıqda ölüb) |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() |
Əlirza Rasizadə 1884-cü ildə Naxçıvan şəhərində din xadimi Hacı Molla Abdulla Rasizadənin (bu soyadın ilk daşıyıcısı) ailəsində anadan olub.[1] 1877-ci ildə hacı-molla Abdulla doğma kəndi Şahtaxtıdan Naxçıvan şəhərinə köçüb və orada onun üç oğlu doğulub: Məhəmməd (1878), Hüseyn (1882) və Əlirza (1884) Rasizadələr. Azərbaycan ədəbiyyatında Rasizadə qardaşları milli mədəniyyətin təkamülündə üç cərəyan ilə və həmçinin ictimai-siyasi fikrin üç istiqaməti ilə eyniləşdirilirldi, çünki Məhəmməd Tehranda fars, Hüseyn (Cavid) Istanbulda türk, Əlirza isə Qori seminariyasında rus təhsilini alıb, müvafiq (islam, türk və rus) təsirinin təbliğçisi olublar.[2] Demək olar ki, bu üç qardaş arasında mürəkkəb münasibətlər XX əsrin Azərbaycan cəmiyyətindəki üç sinfi ideologiyalara uyqun olaraq özünü müvafiq təmsil edib.[3]
Naxçıvan şəhərində Əlirzanın müəllimi (bu sözün birbaşa və məcazi mənasında) görkəmli satirik Cəlil Məmmədquluzadə idi. O, ətraf gerçəkliyin konkret misallardarında, o zamanın azərbaycan cəmiyyətində hökm sürən müsəlman ənənələrini və həyat tərzini tənqidi yolla qəbul etmək üsulunu ona öyrətmişdir. Nəticədə, Məmmədquluzadənin təsiri altında, Əlirza bütün həyatı boyu müsəlmançılığı ifşa edirdi. Məmmədquluzadənin məsləhəti ilə (o özü 1887-ci ildə oranı bitirmişdir) Əlirza 1900-cü ildə Gürcüstanın Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olub, 1905-ci ildə onu bitirdi. Orada o, 1920-ci illərin Zaqafqaziyada Bolşevik İnqilabının bir çox iştirakçısı və yerli Sovet hakimiyyətinin gələcək rəhbər kadrları ilə tanış oldu.[4]
Seminariyanı bitirdikdən sonra Əlirza doğma Naxçıvan şəhərinə qayıdır və orada rus dili və ədəbiyyatı üzrə məktəb müəllimi vəzifəsində işləyir. Oradaca o, 1915-ci ildə 15-yaşlı Səkinə Məmmədovaya evləndi və gələn il onların oğlu Şamil anadan oldu. Əlirza maarif sahəsində kifayət qədər sürətli karyera edib, İrəvan quberniyasının Naxçıvan qəzası xalq təhsili departamentinin rəisi vəzifəsinə yüksəldi.[5] Müsəlman əhalisi arasında rus dili və mədəniyyətinin yayılmasında uğurlarına görə Əlirza Rasizadə 1912-cü ildə Müqəddəs Stanislav ordeni ilə təltif edilib, 1913-cü ildə isə Romanovlar evinin 300-illik səltənəti ilə əlaqədar xatirə medalı ilə qeyd olunmuşdur.[6]
Birinci dünya müharibəsində Rusiyanın məğlubiyyətindən və Zaqafqaziyada müstəqil respublikaların təhsilindən sonra Ermənistan və Azərbaycan arasında amansız bir müharibə başlayır. 1918-ci ilin yayında Naxçıvan şəhərinin erməni generalı Andranik tərəfindən işğalı nəticəsində Əlirza ailəsi ilə Bakıya qaçmağa məcbur olur və Buynak (indi Şeyx Şamil) küçəsində məskunlaşır. Burada o, Azərbaycan parlamentinin dəftərxanasında stenoqrafist vəzifəsində çalışır.[7] 28 aprel 1920 ildə XI Qızıl Ordu Bakıya daxil oldu və bütün hakimiyyət Azrevkomun əlinə keçdi. Azrevkomun üzvləri arasında Əlirzanın Qori seminariyasındaki yoldaşlarıda var idi—onlar onu dərhal dəvət edib Sovet hakimiyyətini qurmaq üçün Naxçıvana göndərdilər.[8]
1920-ci il iyulun 28-də Naxçıvanda XI Qızıl Ordusunun Hərbi İnqilab Şurası Ermənistandan müstəqil Naxçıvan Sovet Respublikasını elan etdi və eyni zamanda Naxrevkom şəklində Naxçıvanda Sovet hakimiyyətinin ali (və yeganə) orqanını yaratdı. Tezliklə Naxrevkom Naxçıvan SSR Xalq Komissarları Şurasına çevrildi və Əlirza Rasizadə onun tərkibində xalq maarifi komissarı vəzifəsinə təyin olundu.[9] Naxçıvanın sovetləşdirməsində xidmətlərinə görə Əlirza Rasizadə 1922-ci ildə Azərbaycan SSR Əmək ordeni ilə təltif edildi.[10] O, yerli ziyalıların bir çox təmsilçilərini qırmızı terrordan xilas edib, onlara yeni Sovet hökumətində iş verdi. (Amma, 1925-ci ildə Mircəfər Bağırovun Naxçıvan reydi nəticəsində, onların hamısı repressiya edildi).[11] 1921-ci il Sovet-Türkiyə müqavilələri nəticəsində Naxçıvan Sovet Respublikası Azərbaycanın himayəsi altında muxtariyyət statusunu aldı və Əlirza Rasizadə Bakıya Azərbaycan SSR Mərkəzi İcrayyə Komitəsinin tərkibinə nümayəndə göndərildi.[12]
Mərkəzi İcrayyə Komitəsinin tərkibində Əlirza o dövrün görkəmli dövlət xadimləri Səməd ağa Ağamalıoğlu, Əliheydər Qarayev, Sergey Kirov, Qəzənfər Musabəyov, Sultanməcid Əfəndiyev, Nəriman Nərimanov, Ruhulla Axundov və başqaları ilə yanaşı işləmişdir.[13] Rusdilli ziyalı olaraq, Əlirza Azərbaycanın 30 dekabr 1922-ci ildə Sovet İttifaqına daxil olmasını hərarətlə dəstəklədi.[14] O, belə hesab edirdi ki, SSRİ-nin tərkibində və Sovet hökumətinin sənaye inkişafı nəticəsində Azərbaycan müsəlman geriliyi və cəhalətpərəstliyindən ayırıb, daha qabaqcıl Avropa mədəniyyətinə doğru gedəcəkdir, həyat səviyyəsi isə Rusiyaya qədər yüksələcək.[15] Yerlərdə yeni iqtisadi siyasətin aparılması üçün 1923-cü ilin noyabrında Əlirza kənd rayonlarına ezamiyyətə göndərilmişdir. Bir dağ çayından keçəndə, suya yıxılıb ağ ciyərinə su doldu və nəfəs ala bilmədiyindən vəfat etdi. Bakı şəhər Çəmbərəkənd qəbiristanlığında onu dəfn etdilər. Sovet hakimiyyətinə görkəmli xidmətlərinə görə Əlirza Rasizadə ölümündən sonra 1923-cü ildə Azərbaycan SSR Qırmızı bayraq ordeni ilə təltif olundu.[16]
Əlirza Rasizadənin publisistikası iki dövrə bölünür: Azərbaycanda 28 aprel 1920-ci ildə sovet hakimiyyətinin qurulmasından əvvəl və sonra. İnqilabdan əvvəlki dövrdə o, öz pamfletlərini və felyetonlarını Kantor ləqəbi ilə imzalayırdı—o zamanlar, islam cəhalətpərəstlərinin təqibindən qaçmaq üçün, müəlliflərin əksəriyyəti belə edirdilər. Bu xüsusilə Əlirzaya aid idi, çünki o, müsəlman fanatizmini amansızla istehza edirdi, milli adətləri məhvedici satiraya qoyurdu, Azərbaycan cəmiyyətinin həm aşağı, həm də yuxarı təbəqələrinin cəhalətini hər cür təhqir edirdi. Əlirza (Kantor) həmçinin qələm yoldaşları ilə xüsusi kinayə ilə polemika aparırdı. Sovet hakimiyyəti qurulduqdan sonra (və hökumət üzvü olaraq) Əlirza eyni şeyləri artıq öz adı altında yazırdı, çünki onun sosialist ideologiyası hakim mövqe qazanmışdır.[17]
Əlirzanın satirasında ən şiddətli üsul Redyard Kiplinqin məşhur "ağ adamın yükü" ifadəsini müsəlmançılığın əleyhinə istifadə edilməsi idi. Bu isə ona qarşı çox sayda sarsıntılara və fiziki təhdidlərə səbəb olurdu, halbuki həmin dövrün böyük azərbaycan satirikləri Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir eyni fikirləri söyləyirdilər: "Çöldə canavar görəndə qorxmuram, harda müsəlman görürəm qorxuram".[18] Məsələn, Əlirzanın pamfletlərindən birində deyilir: "Nədənsə şəriət qanunlarından zövq almaq əvəzinə, müsəlmanlar öz zalımlarından ağ adamın himayəsinə qaçırlar".[19] İndiki zəmanədə bu fikir çox aktual səslənir. Digər felyetonda Əlirza kinayə ilə şaxsey-vaxsey özünə işgəncə vermə ritual yürüşünü hər il keçirilən ekzotik bir festivala çevirib turistlərdən pul qazanmağı təklif edirdi.[20]
İnqilabdan sonra Əlirzanın jurnalistliyi daha müsbət hala gəlir. İndi o, yalnız müsəlmançılığın qalıqlarını deyil, eləcə də yeni sovet nomenklaturasının dəhşətli instinktlərini ifşa edirdi. Onun məqalələrinin ardından hakimiyyət orqanları korrupsiya, qanunsuzluq, nepotizm, zülm, inqilabçı həddlər və hökumət səlahiyyətlərindən sui-istifadə faktlarını araşdırdırlar. Misal üçün, bir sıra məqalədə Əlirza yaradıcı və texniki ziyalıların mənzillərini təzəcə vəzifə almış şəxslər tərəfindən zəbt edilməsinin bir sıra faktlarını ifşa etmişdir.[21] Əlirza Rasizadə çox erkən vəfat etmişdir ki, Azərbaycan cəmiyyətində və tarixində daha bir önəmli yer tutsun. Digər tərəfdən isə o, Bağırovun 1930-cu illərdə Azərbaycan SSR rəhbərliyinin böyük terrorla təmizlənməsinə qədər yaşamış olsaydı, şübhəsiz ki, çox qeyri-adi və düşünən bir şəxsiyyət kimi ilk sırada repressiya olmalı idi. Yalnız indi, həmin dövrün tarixini dərin araşdırma nəticəsində, Əlirza Rasizadənin sosialist inqilabında əsl rolu və vaxtından əvvəl söylənilən fikirləri unutqanlıq qaranlığından üzə çıxıb bütün əzəməti ilə parladı.