Rasizadələr — Azərbaycanın tanınmış soylarından biri.
Rasizadələr ![]() | |
---|---|
Əcdadı | Molla Abdulla Rasizadə (1843–1900) |
Qohum soylar | Vəliyevlər, Məmmədovlar (Naxçıvan), Gülməmmədovlar (Tiflis), Bağırovlar (Bakı), Kızılkayalar (Istanbul) |
Mənşəyi | Naxçıvan şəhəri (Naxçıvan MSSR) |
Təbəəliyi | Naxçıvan, Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, İran, Almaniya |
Bu nəslin ən qədim məlum olan nümayəndəsi XIX əsrdə Naxçıvanın Şahtaxtı kəndində yaşamış Məşədi Qulu olub. Məşədi Qulunun dörd oğlu olub: Məşədi Ənnağı, Məşədi Tağı, Hacı Molla Abdulla və Kəblə Mirzəli.[1] Rasizadə soyadının ilk daşıyıcısı isə Şahtaxtı kəndinin din xadimi Hacı Molla Abdulla olub. Hacı Molla Abdulla Rasizadənin uşaqları: Xurşid, Fatimə, Səlimə, Şeyx Məhəmməd, Hüseyn Cavid, Əlirza, Molla Əhməd, Ələsgər.
Hacı Molla Abdulla Rasizadə ruhani ailəsində doğulmuşdur. Atası aşıq şerini və klassik şeri sevər, məclislərdə onları muğamat üstundə oxuyar, bəzən özü də bədahətən şer deyərmiş. Bu qabiliyyət irsən Abdullaya da sirayət etmişdi. O zamanlar molla Abdulla (1843-1900), güclü səsə malik və savadlı bir insan olaraq, Qurandan surələri çox gözəl oxuyardı və ona görə ətrafdaki Rusiya və İran şəhərlərində dini tədbirlərə dəvət edilirdi.[2] Buna görə də ona Rasi-zadə soyadı verilmişdir: fars dilində "rasidən" sözü uzada-uzada oxumaq deməkdir, hansı ki yəhudi soyadı Kantora uyğun olaraq, sonralar Əlirza Rasizadənin ədəbi və partiya ləqəbi olub. ("Cantor" latın dilində "kilsədə oxuyan" deməkdir). 1877-ci ildə Abdulla Rasi-zadə doğma kəndi Şahtaxtıdan Naxçıvan şəhərinə köçüb və orada onun üç oğlu doğulub: Məhəmməd (1878), Hüseyn (1882) və Əlirza (1884) Rasizadələr.
Dövrünün tanınmış ruhanisi olan Hacı Molla Abdulla 1877 ildə ailəsi ilə birlikdə Naxçıvana köçmüşdür. Şeri, musiqini yaxşı bildiyinə və məlahətli səsinə görə onu rövzəxan kimi tez-tez Bakı, Şamaxı, Gəncə, İrəvan və Nuxaya (Şəkiyə), habelə İran şəhərlərinə dəvət etmişlər. Seyid Əzim Şirvani "Hacı Molla Abdulla Şahtaxtılıya" adlı mənzum məktubunda onun rövzəxanlıq məharətini yüksək qiymətləndirmiş, "avazeyi-fəzli" nin "İraqü İsfahanı doldurduğunu" xüsusi vurğulamışdır. Hacı Molla Abdulla Hüseyn Cavidin dünyagörüşü və bədii istedadının formalaşmasına, onda şerə-sənətə meylin oyanmasına güclü təsir göstərmişdir. Şair, məhz atasının vəsiyyəti ilə Türkiyəyə gedərək, orada təhsil almışdır.[3]
Azərbaycan ədəbiyyatında Rasizadə qardaşları milli mədəniyyətin təkamülündə üç cərəyan ilə və həmçinin ictimai-siyasi fikrin üç istiqaməti ilə eyniləşdirilirldi, çünki Məhəmməd Tehranda fars, Hüseyn (Cavid) Istanbulda türk, Əlirza isə Qori seminariyasında rus təhsilini alıb, müvafiq (islam, türk və rus) təsirinin təbliğçisi olublar.[4] Demək olar ki, bu üç qardaş arasında mürəkkəb münasibətlər XX əsrin Azərbaycan cəmiyyətindəki üç sinfi ideologiyalara uyqun olaraq özünü müvafiq təmsil edib. Tarixçi professor Əli Rasizadə (Əlirzanın nəvəsi) hətta Azərbaycan tarixində bu üç qardaşın sinfi mövqelərini müqayisə edərək belə yazır: "Əgər 1920-ci ildə Əlirza Rasizadənin ideyaları qalib gəlib, 70 ildən sonra 1991-ci ildə Hüseyn Cavidin ideyaları baş tutdu, amma bu hələ tarixin son sözü deyil — hər şey ona doğru gedir ki, onların yerinə şeyx Məhəmməd Rəsizadənin ideologiyası gələ bilər".[5]
Abdulla Rasizadə | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Xurşid | Fatimə | Məhəmməd | Ələsgər | Səlimə | Əhməd | Hüseyn | Əlirza | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Gövhər | Zəhra | Şəfiqə | Nəzifə | Tahir Rasizadə | Əziz | Ərtoğrul | Turan | Şamil | Cəmilə | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Yasir | Rəna | Həmid | Artur | Tamilla | Cavid | Əlirza | Oqtay | Ülfət | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məhəmməd | Əbülfəz | Tahir | Nailə | Əziz | Cavid | Teymur | Cəmilə | Şamil | Vadim | Gabrielle | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rövşən | Rəşad | Tahir | Rəna | Aylin | Selin | Adem-Ali | Søren | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||