. Love.az

Emek Ve Azadliq Ittifaqi - Wikipedia - Love.az

Ana Səhifə - Emek Ve Azadliq Ittifaqi


Əmək və Azadlıq İttifaqı (türk. Emek ve Özgürlük İttifakı; kürd. Hevkariya Ked û Azadiyê) — Türkiyədə solçu seçki ittifaqı. Bu ittifaq Xalqların Bərabərliyi və Demokratiya Partiyası (DEM Partiyası), Xalqların Demokratik Partiyası (HDP), Türkiyə Fəhlə Partiyası (TİP), Əmək Partiyası (EMEP), Əməkçi Hərəkat Partiyası (EHP), Sosial Azadlıq Partiyası (TÖP) və Sosialist Məclislər Federasiyası (SMF) tərəfindən təsis edilmişdir.[1] İttifaq 25 avqust 2022-ci ildə özünün təsis edildiyini elan etmişdir. Bəyannaməsində üzv partiyalar birgə şəkildə ittifaqın Türkiyə cəmiyyəti üçün "bərabərlik, azadlıq, qardaşlıq, sülh və demokratiya" məqsədlərini hədəflədiyini bildirmişdilər.[2]

Əmək və Azadlıq İttifaqı
Loqonun şəkli
Quruluş tarixi 25 avqust 2022
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Təsis prosesi
  • 2 İdeologiyası
  • 3 Tərkibi
  • 4 İstinadlar

Təsis prosesi

redaktə

İttifaq danışıqlarının ilkin mərhələsi ayrı-ayrı partiyaların görüşləri ilə başlamışdır.[3] 2022-ci ilin əvvəllərində HDP açıq şəkildə solçu partiyaları siyasi ittifaq qurmağa çağırmışdır. Onlar TİP, EMEP, EHP, TÖP, SMF, SOL Partiyası və TKP-ni ilkin görüş və müzakirə üçün dəvət etmişdilər. SOL Partiyası dərhal müzakirələrdə iştirak etməyəcəyini elan etmiş, qərarını vaxtlama və strategiya üzrə fikir ayrılıqları ilə əsaslandırmışdır.[4] TKP ilk görüşdən sonra geri çəkildiyini bildirmişdir.[5] Bundan əlavə, SOL Partiyası və TKP fərqli solçu partiyalar ilə birlikdə "Sosialist Qüvvələr İttifaqı" adlanan başqa bir seçki ittifaqı elan etmişdilər. Görüşlərdə iştirak etmiş olmağına baxmayaraq, "Halkevleri" yaxınlaşan seçkilərə fokuslanmaq istəmədikləri üçün ittifaqın son formalaşmasında iştirak etməmək qərarına gəlmişdir. Buna baxmayaraq, onlar ittifaqın məqsədlərini dəstəkləyəcəklərini əlavə etmişdilər.[6]

Partiyalar ittifaqın siyasi proqramının və yol xəritəsinin 24 sentyabr 2022-ci ildə İstanbulda Haliç Konqres Mərkəzində elan ediləcəyini bildirmişdilər.[7] Türkiyədən Muradxan Munqan, Zülfü Livaneli, İnci Aral və Əhməd Ümid kimi adlar daxil olmaqla səksən ədəbiyyat xadimi ittifaqın təsis olunmasını və siyasi məqsədlərini dəstəkləyən ictimai bəyannamə imzalamışdır.[8] 22 mart 2023-cü ildə partiyalar 2023-cü il Türkiyədə prezident seçkiləri üçün prezident namizədi çıxarmayacaqlarını elan etmişdilər. Onlar bunu Cümhuriyyət Xalq Partiyası (CHP) və Millət İttifaqı namizədi Kamal Qılıncdaroğlunun şansını artırmaq üçün etmişdilər.[9] İttifaq daha sonra 27 aprel 2023-cü ildə mövcud prezident Ərdoğanun seçki kampaniyasına qarşı Qılıncdaroğlunu dəstəkləmişdir.[10]

İttifaq Türkiyə mediası və cəmiyyəti tərəfindən danışıq dilində Üçüncü İttifaq (türk. Üçüncü İttifak) olaraq da bilinir, çünki bu ittifaq partiyaların sayına görə üçüncü ən böyük birləşməni təşkil edir, həmçinin Xalq və Millət İttifaqlarından sonra elan edilmişdir.[2]

İdeologiyası

redaktə

Üzv partiyalar ittifaqın rəhbər prinsiplərini və siyasi proqramını sentyabr 2022-ci ildə elan edəcəklərini bildirmişdilər. EMEP lideri Ərcümənd Akdəniz sekulyarizmin gücləndirilməsinin, ölkənin demokratikləşdirilməsinin, bərabər vətəndaşlıq hüquqlarının və iqtisadi, ictimai və ekoloji istismara son qoyulmasının əsas siyasi hədəflər olduğunu qeyd etmişdir. O, ittifaqın hazırkı üzvlərindən kənara genişlənməyi hədəfləməli olduğunu əlavə etmişdir.[11] TİP lideri Erkan Baş ittifaqın "Millət və ya Xalq İttifaqı tərəfindən düzgün təmsil olunmayan milyonlarla insan üçün etibarlı alternativ" təşkil etməli[12] və "işçilər, gənclər, fermerler, qadınlar, LGBTI cəmiyyəti, kürdlər və ələviləri" uğurla əhatə etməli olduğunu vurğulamışdır.[13]

İttifaqın siyasi bəyannaməsinə görə, partiyalar Türkiyə üçün bərabər, ekoloji, demokratik və feminist baxış təklif etmişdilər. Onlar həmçinin, Rəcəb Tayyib Ərdoğan və Ədalət və İnkişaf Partiyası (AKP) hökumətlərinin biznes tərəfdarı, qohumbaz kapitalist, neoliberal və avtoritar təcrübələrini qınamışdılar.[14]

Tərkibi

redaktə
Partiya Abbr. Lideri İdeologiyası Mövqeyi Parlamentdə yeri
Xalqların Bərabərlik və Demokratiya Partiyası
Halkların Eşitlik ve Demokrasi Partisi
DEM Party Tülay Hatimoğulları
Tuncer Bakırhan
Regionalizm
Yaşıl siyasət
Birbaşa demokratiya
Sol libertarianizmi
Sol populizmi
Mərkəz soldan sola
57 / 600
Xalqların Demokratik Partiyası
Halkların Demokratik Partisi
HDP tr[ing.]
tr[ing.]
Azlıq hüquqları
Demokratik sosializm
Sosial demokratiya
Regionalizm
Mərkəz soldan sola
0 / 600
Türkiyə Fəhlə Partiyası
Türkiye İşçi Partisi
TİP Erkan Baş Kommunizm
Marksizm–leninizm
Sol populizmi
Soldan ultrasola
3 / 600
Demokratik Bölgələr Partiyası
Demokratik Bölgeler Partisi
DBP Çiğdem Kılıçgün Uçar
tr?!
Kürd milliyyətçiliyi
Sosial demokratiya
Demokratik sosializm
Regionalizm
Sol
2 / 600
Əmək Partiyası
Emek Partisi
EMEP Seyit Aslan Kommunizm
Marksizm–leninizm
Xocaçılıq
Anti-revizionizm
Ultrasol
2 / 600
Əməkçi Hərəkat Partiyası
Emekçi Hareket Partisi
EHP Hakan Öztürk Kommunizm
Marksizm–leninizm
Far-left
0 / 600
Sosial Azadlıq Partiyası
Toplumsal Özgürlük Partisi
TÖP Şilan Sürmeli Libertarian sosializm
Ekososializm
Sosialist feminizm
LGBTQ hüquqları
Azlıq hüquqları
Soldan ultrasola
0 / 600
Sosialist Məclislər Federasiyası
Sosyalist Meclisler Federasyonu
SMF Kollektiv rəhbərlik Kommunizm
Maoçuluq
Ultrasol
N/A

İstinadlar

redaktə
  1. ↑ Gazetesi, Evrensel. "Emek ve Özgürlük İttifakı kuruluyor!". Evrensel.net (türk). 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  2. ↑ 1 2 "Üçüncü ittifak ilan edildi: Emek ve Özgürlük İttifakı - Diken". www.diken.com.tr (ingilis). 2022-08-25. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  3. ↑ "HDP'den EMEP ve TİP'e ziyaret". amp.artigercek.com (türk). İstifadə tarixi: 2022-08-27.[ölü keçid]
  4. ↑ "Sol Parti: HDP'nin çağrısıyla gerçekleşecek 'Demokrasi İttifakı' adı altında yapılacak çalışmanın parçası değiliz". Independent Türkçe (türk). 2022-01-17. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  5. ↑ "TKP'den, HDP'nin çağrısıyla gerçekleşen yeni toplantıya ilişkin karar". www.cumhuriyet.com.tr (türk). 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  6. ↑ "Halkevleri Genel Başkanı Nebiye Merttürk: "Neoliberalizme ve faşizme karşı direnişin barikatlarını örgütleyecek, direnişte birleşeceğiz"". Sendika.Org (türk). 2022-08-26. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-30.
  7. ↑ "HDP: Emeğin ve Özgürlüğün İttifakı yola çıkıyor". Dokuz8 Haber (türk). 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
  8. ↑ "Edebiyatçılardan Emek ve Özgürlük İttifakı'na destek". ilerihaber.org (ingilis). 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-23.
  9. ↑ Hacaoglu, Selcan; Kozok, Firat. "Erdogan's Path to Power Narrows as Key Party HDP Steps Out of Race". Bloomberg News. 22 March 2023. 22 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2023.
  10. ↑ "Kurdish-left alliance declares support for Kılıçdaroğlu in presidential election". Bianet. 28 April 2023. 5 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2025.
  11. ↑ Gazetesi, Evrensel. "EMEP Genel Başkanı Akdeniz, Emek ve Özgürlük İttifakı çalışmalarını anlattı". Evrensel.net (türk). 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  12. ↑ "Erkan Baş: üçüncü bir ittifaka ihtiyaç var!". www.7-24esenlerhaber.com (türk). 27 August 2022 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  13. ↑ GMBH, Artı Gerçek-ARTI MEDIA. "'Erkan Baş'tan 'üçüncü ittifak' açıklaması". Arti Gerçek (türk). 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  14. ↑ Duvar, Gazete. "Emek ve Özgürlük İttifakı deklarasyonu açıklandı". www.gazeteduvar.com.tr/emek-ve-ozgurluk-ittifaki-deklarasyonu-aciklandi-haber-1582368 (türk). 2022-09-24. 2025-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əmək_və_Azadlıq_İttifaqı&oldid=8112293"
LOVE.AZ