. Love.az

Eshabi Kehf Film 2000 - Wikipedia - Love.az

Ana Səhifə - Eshabi Kehf Film 2000
Bu adın digər istifadə formaları üçün bax: Əshabi-Kəhf.

Əshabi-Kəhf — Rejissorlar Xamiz Muradov və Tofiq Məmmədovun filmi.

Əshabi-Kəhf
Janr sənədli film
Rejissorlar Xamiz Muradov
Tofiq Məmmədov
Ssenari müəllifi Zaur Məhərrəmov
Operator Rəfael Salamzadə
İstehsalçı "Salnamə" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 2000
Filmin növü qısametrajlı sənədli film
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2000
Texniki məlumatlar 1 hissə
265 metr
35 mm
Rəng rəngli

Mündəricat

  • 1 Məzmun
  • 2 Filmin heyəti
    • 2.1 Film üzərində işləyənlər
  • 3 Mənbə

Məzmun

redaktə

Film bəzi mənbələrdə "Alkaf", bəzilərində "Əshabi-Kəhf", bəzilərində isə "Yeddilər" adlanan və Naxçıvanda yerləşən "Əshabi-Kəhf" mağarası haqqındadır. Filmdə bu möhtəşəm ziyarətgahın yaranma tarixi açıqlanır, eləcə də burada ziyarətgaha gələn zəvvarlar, kəsilən qurbanlar, oxunan dualar haqqında danışılır. Mağara haqqında "Qurani-Kərim"in 18-ci surəsində verilən məlumatlardan, ziyarətgahın bu günündən bəhs olunur.

Filmin heyəti

redaktə

Film üzərində işləyənlər

redaktə
Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov
Ssenari müəllifi: Zaur Məhərrəmov
Operator: Rəfael Salamzadə
Səs operatoru: Kamal Seyidov

Mənbə

redaktə
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əshabi-Kəhf_(film,_2000)&oldid=7200046"
LOVE.AZ