. Love.az

Xamiz Muradov - Wikipedia - Love.az

Ana Səhifə - Xamiz Muradov

Xamis Bəkir oğlu Muradov (15 sentyabr 1943, Qax rayonu) — Azərbaycan kinorejissoru, ssenarist, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988), Azərbaycan Respublikasının xalq artisti (2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2012), "Azərbaycanfilm" kinostudiyasının direktoru (2002–2011).

Xamis Muradov
Digər adları Xamiz Muradov
Xamis Muğal
Hacı Xamis Muradov
Doğum tarixi 15 sentyabr 1943 (81 yaş)
Doğum yeri Qaxmuğal, Qax rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti rejissor
Fəaliyyət illəri 1966–2012
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20052005 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20002000 Azərbaycan SSR Dövlət mükafatı — 19881988
IMDb ID2689516

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Ad və mükafatlar
  • 4 Filmoqrafiya
  • 5 İstinadlar
  • 6 Mənbə

Həyatı

redaktə

Xamis Muradov 15 sentyabr 1943-cü ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur.[1] Yeddiilik məktəbi bitirdikdən sonra 14 saylı sənət məktəbində, 14 yaşında Bakıya gələrək 72 nömrəli məktəbdə təhsil almışdır.[2] 1962–1966-cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda oxumuşdur. 1969–1971-ci illərdə Moskvada fəaliyyət göstərən ali rejissorluq və ssenarist kurslarında təhsilini davam etdirmişdir.[1]

Fəaliyyəti

redaktə

1966-cı ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlamışdır. 50-dən çox sənədli filmin rejissoru, eyni zamanda 20-yə yaxın filmin ssenari müəllifidir. 1988–2001-ci illərdə "Salnamə" studiyasına rəhbərlik etmişdir.[1] 2002-ci ilin əvvəlindən 2011-ci ilin axırlarınadək C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində işləmişdir.

Ad və mükafatlar

redaktə
  • Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 ("Əks-səda" və "Balaban" qısametrajlı filmləri üçün)
  • "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 18 dekabr 2000
  • "Qızıl Çıraq" Milli Kino Mükafatı — 2003 ("9 dəqiqə" sənədli filminə görə "Ən yaxşı sənədli film nominasiyası" üzrə)
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1 avqust 2005[3]
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 9 may 2012-ci ildən

Filmoqrafiya

redaktə

Rejissor assistenti kimi

  • Torpaq. Dəniz. Od. Səma (film, 1967) (tammetrajlı bədii film)
  • Qanun naminə (film, 1968) (tammetrajlı bədii film)

İkinci rejissor kimi

  • Şərikli çörək (film, 1969) (tammetrajlı bədii film)

Rejissor kimi

  • Nəsimi (film, 1971) (qısametrajlı sənədli film)
  • Aşıq Ələsgər (film, 1972) (qısametrajlı sənədli film)
  • Daşkəsən (film, 1973) (qısametrajlı sənədli film)
  • Həmid Sultanov (film, 1973) (qısametrajlı sənədli film)
  • Məndə sığar iki cahan... (film, 1973) (qısametrajlı sənədli film)
  • Bahar günəşi (film, 1974) (qısametrajlı sənədli film)
  • Şənlik bizə yaraşır (film, 1974)
  • Əbədi qardaşlıq (film, 1975) (qısametrajlı sənədli film)
  • Fransa qəhrəmanı (film, 1975) (qısametrajlı sənədli film)
  • Dünyaya insan gəlir (film, 1976) (qısametrajlı sənədli film)
  • Üzeyir Hacıbəyov (film, 1976) (qısametrajlı sənədli film)
  • Qazmada elektrotexnika kompleksləri (film, 1977) (qısametrajlı sənədli film)
  • Qardaşlaşmış... (film, 1978) (qısametrajlı sənədli film)
  • Ukraynada Azərbaycan mədəniyyəti günləri (film, 1978) (qısametrajlı sənədli film)
  • Bakının işıqları (film, 1979) (qısametrajlı sənədli film)
  • Yaşıl möcüzə (film, 1979) (qısametrajlı sənədli film)
  • Azərbaycanın əkilən otlaqları (film, 1980) (qısametrajlı sənədli film)
  • Xaqani (film, 1980) (qısametrajlı sənədli film)
  • Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981) (qısametrajlı sənədli film)
  • Qəhrəmanlara eşq olsun! (film, 1981) (qısametrajlı sənədli film)
  • Şəfa bulağı (film, 1981) (qısametrajlı sənədli film)
  • Natəvan (film, 1982) (qısametrajlı sənədli film)
  • Abşeron rəngləri (film, 1983) (qısametrajlı sənədli film)
  • Aşıqlar (film, 1983) (qısametrajlı sənədli film)
  • Zireh qalalar (film, 1983) (qısametrajlı sənədli film)
  • Ulu diyar (film, 1984) (qısametrajlı sənədli film)
  • Xəzər gəmiçiliyi-60 (film, 1985) (qısametrajlı sənədli film)
  • Sağ ol, müəllim (film, 1985) (qısametrajlı sənədli film)
  • Mən Bakıda yaşayıram (film, 1986) (qısametrajlı sənədli film)
  • Balaban (film, 1987) (qısametrajlı sənədli film)
  • Əks-səda (film, 1987) (qısametrajlı sənədli film)
  • Oktyabr və Azərbaycan (film, 1987) (qısametrajlı sənədli film)
  • Uçuş xətti (film, 1987) (qısametrajlı sənədli film)
  • Kreslo (film, 1988) (qısametrajlı sənədli film)
  • Sabirabad (film, 1988) (qısametrajlı sənədli film)
  • Boşluq (film, 1989) (qısametrajlı sənədli film)
  • Gözəllik ilahəsi (film, 1989) (qısametrajlı sənədli film)
  • Murtuzun tarı (film, 1989) (qısametrajlı sənədli film)
  • Şərəfli yol (film, 1989) (qısametrajlı sənədli film)
  • Azadlığa gedən yollar (film, 1990) (tammmetrajlı sənədli film)
  • Mədrəsə (film, 1990) (qısametrajlı sənədli film)
  • Şəhidlərdən şəhidlərə (film, 1990) (qısametrajlı sənədli film)
  • Həcc ziyarəti (film, 1991) (qısametrajlı sənədli film)
  • Ömür qatarı (film, 1991) (qısametrajlı sənədli film)
  • Mənim çörəkli dünyam (film, 1991) (qısametrajlı sənədli film)
  • Şəhidlər və qazilər (film, 1991) (qısametrajlı sənədli film)
  • Ziya ocağı (film, 1991) (qısametrajlı sənədli film)
  • 100 ilin astanasında (film, 1992)(I) (qısametrajlı sənədli film)
  • Azadlıq elçisi (film, 1993) (qısametrajlı sənədli film)
  • 9 dəqiqə (film, 1999) (qısametrajlı sənədli film)
  • Ana (film, 1999)
  • Əshabi-Kəhf (film, 2000) (qısametrajlı sənədli film)
  • Şəhidlik zirvəsi (film, 2001) (qısametrajlı sənədli film)
  • Haray (film, 2004) (qısametrajlı sənədli film)

Ssenari müəllifi kimi

  • Məndə sığar iki cahan... (film, 1973) (qısametrajlı sənədli film)
  • Fransa qəhrəmanı (film, 1975) (qısametrajlı sənədli film)
  • Qarabağ bülbülləri (film, 1977) (qısametrajlı sənədli film)
  • Azərbaycanın əkilən otlaqları (film, 1980) (qısametrajlı sənədli film)
  • Xəzər gəmiçiliyi-60 (film, 1985) (qısametrajlı sənədli film)
  • Yenidənqurmanın işığında... (film, 1988) (qısametrajlı sənədli film)
  • Boşluq (film, 1989) (qısametrajlı sənədli film)
  • Gözəllik ilahəsi (film, 1989) (qısametrajlı sənədli film)
  • Azadlığa gedən yollar (film, 1990)[4](tammetrajlı sənədli film)
  • Mədrəsə (film, 1990) (qısametrajlı sənədli film)
  • Ağdam nemətləri (film, 1991) (qısametrajlı sənədli film)
  • Həcc ziyarəti (film, 1991) (qısametrajlı sənədli film)
  • Xəzər köməyə çağırır (film, 1991) (qısametrajlı sənədli film)
  • Şəhidlər və qazilər (film, 1991) (qısametrajlı sənədli film)
  • İnama qayıdış (film, 1992) (qısametrajlı sənədli film)
  • Qədirin sorağında (film, 1993) (qısametrajlı sənədli film)
  • Zirvəyə gedən yol (film, 1995) (qısametrajlı sənədli film)
  • Şəhidlik zirvəsi (film, 2001) (qısametrajlı sənədli film)

Prodüser kimi

  • Ovsunçu (film, 2002) (tammetrajlı bədii film)
  • Girov (film, 2005) (tammetrajlı bədii film)
  • Yalan (film, 2005) (tammetrajlı bədii film)
  • Biz qayıdacağıq (film, 2007) (tammetrajlı bədii film)
  • Günaydın, mələyim! (film, 2008) (tammetrajlı bədii film)
  • Qala (film, 2008) (tammetrajlı bədii film)
  • Əlavə təsir (film, 2010) (tammetrajlı bədii film)
  • Buta (film, 2011) (tammetrajlı bədii film)
  • Tərsinə çevrilən dünya (film, 2011) (tammetrajlı bədii film)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Xamis Muradov" (az.). Azərbaycanfilm. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
  2. ↑ "Rüstəm İbrahimbəyovla müsahibə" (az.). Apa. 19 sentyabr 2014. 2021-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
  3. ↑ "Azərbaycan kino xadimlərinə fəxri adlar verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-05.
  4. ↑ Lider TV. "20 Yanvara həsr olunan filmlər, mahnılar, şeirlər..." (az.). Youtube.com. 20.01.2017. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-21.

Mənbə

redaktə
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 376–377.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xamis_Muradov&oldid=8057841"
LOVE.AZ