. Love.az

Asiq Huseyn Cavan - Wikipedia - Love.az

Ana Səhifə - Asiq Huseyn Cavan
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Aşıq Hüseyn.

Aşıq Hüseyn Cavan və ya Hüseyn Əliyev (1916, Uti kəndi, Şərqi Azərbaycan ostanı – 14 noyabr 1985) — şair, aşıq, 21 Azər hərəkatının iştirakçısı. Azərbaycan Demokrat Partiyasının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967).

Aşıq Hüseyn Cavan
Doğum tarixi 1916
Doğum yeri
  • Uti kəndi, Kəleybər şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 14 noyabr 1985(1985-11-14)
Dəfn yeri
  • Əzizbəyov
Fəaliyyəti şair, aşıq
Mükafatları "Şərəf nişanı" ordeni "21 Azər" medalı (Azərbaycan Milli Hökuməti)
Azərbaycan SSR əməkdar mədəniyyət işçisi
Vikimənbənin loqosu Aşıq Hüseyn Cavan Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün Azərbaycan Milli Hökuməti tərəfindən "21 Azər" medalı ilə, incəsənət sahəsində göstərdiyi fəaliyyətə görə isə SSRİ tərəfindən "Şərəf nişanı" ordeni ilə təltif olunub.

Mündəricat

  • 1 Həyatı
    • 1.1 İlk illəri
    • 1.2 AMH dağıldıqdan sonra
  • 2 Xatirəsi
  • 3 Kitabları
  • 4 Mənbə
    • 4.1 İstinadlar
    • 4.2 Ədəbiyyat
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

İlk illəri

redaktə

Əliyev Hüseyn Mikayıl oğlu 1916-cı ildə Qaradağ mahalının Uti kəndində anadan olub.[1][2][3] Atasının vəfatından sonra anası Zöhrə ilə birlikdə Şimali Azərbaycana köçüblər.[4][5] Bir müddət Ağcabədinin Şərəfxanlı kəndində, daha sonra isə Dəliməmmədli şəhərində yaşayıblar.[5]

1927-ci ildən Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olub.[6][5][7] 1938-ci ildə SSRİ-dən sürgün olunub və Təbrizdə yaşayıb.[2][5]

1934-cü ildən şeir yazsa da,[8] poetik yaradıcılığa əsasən 1941-ci ildən başlayıb.[9] Özünə "Cavan" təxəllüsü götürüb. İlk şerləri: "Gül Azərbaycan", "Oyan, vətəndaşım", "Ana vətən", "Oktyabr" və digərləri Təbrizdə nəşr olunan "Vətən yolunda" qəzetində dərc olunub.[9][5]

21 Azər hərəkatında iştirak edib. 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb.[10][11][12] Hüseyn Cavan da Azərbaycan Xalq Konqresində nümayəndə kimi iştirak edib.[13] 1945-ci il dekabrın 21-də Azərbaycan Milli Hökuməti qurulub.[14] 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub.[1][2] Eyni ayda Təbrizdə Təbriz Dövlət Filarmoniyası təşkil olunub.[15] Aşıq Hüseyn Cavan filarmoniyada direktor müavini təyin olunub.[9][16] Onun rəhbərliyi ilə filarmoniyada aşıqlar ansamblı yaradılıb.[9][17]

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırılıb.[18][19] Bundan sonra Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər etməyə başladılar.[20] Nəticədə Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[21][22] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu.[20][23][24] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[22][25] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[20][26] Lakin bu istəyi də cavabsız qaldı.[27]

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi.[28][29][30] Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[31][32] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[32] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[31][32] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[31][33] Azərbaycan Milli Hökuməti süqut etdi.[34][35] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[36][37] Bundan sonra da qırğınlar və talan davam etdi.[33][36] Minlərlə insan həbs olundu, sürgün edildi.[38] Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[39][40][41] Şah qoşunları Hüseyin Cavanı da öldürmək məqsədilə axtarırlar.[16] Özünü tapa bilmədikdə isə evini qarət edib əlyazmalarını məhv edirlər.[16] Şahın xəfiyyələri tərəfindən həyat yoldaşı Həmidə və övladları həbs olunaraq İranın cənub vilayətlərindən olan Xürrəmabada sürgün olunurlar.[16] Sürgündə ikən 2 övladı dünyasını dəyişib.[16]

AMH dağıldıqdan sonra

redaktə

Aşıq Hüseyn Cavan da Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Şimali Azərbaycana mühacirət edib. 1946-cı ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist işləyib.[5] Milli Hökumət dağıldıqdan sonra Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb.[42] Aşıq Hüseyn Cavan da bu cəmiyyətin üzvü olub.[42] 1948-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.[43] 1948-ci ildən Goranboy rayonunun Kəhrizli kəndinə köçüb.[5]

1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə Aşıqlar dəstəsinin bədii rəhbəri olub.[2][5] SSRİ tərəfindən "Şərəf nişanı" ordeni ilə təltif olunub.[2][5] 1967-ci ildə Azərbaycan SSR Əməkdar Mədəniyyət İşçisi fəxri adını alıb.[44] Müxtəlif vaxtlarda Bakıda "Azadlıq mahnıları" (1950), "Aşığın arzuları" (1950), "Şerlər" (1953), "Sədəfli saz" (1956), "Qoşmalar" (1959), "Şerlər" (1962), "Danış telli sazım" (1966), "El aşığı" (1975), "Bahar kimi" (1979) adlı kitabları nəşr olunub.[45]

1985-ci il noyabrın 14-də vəfat edib və Kəhrizli kəndində dəfn olunub.[9][5]

Xatirəsi

redaktə

1947-ci ildə rejissoru və ssenaristi Esfir Şub olan Arazın o tayında filmi çəkilib.[46] Film 1945–1946-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökuməti və ümumilikdə hökumət qurulana qədər baş vermiş proseslər haqqındadır.[46][47] Bu filmdə Aşıq Hüseyn Cavanın ifası da lentə alınıb.

2016-cı il noyabrın 22-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında Aşıq Hüseyn Cavanın 100 illik yubileyi qeyd olunub.[48]

Kitabları

redaktə
  1. Azadlıq mahnıları — Bakı: Azərnəşr, 1950, 35 səh.
  2. Aşığın arzuları — Bakı: Uşaqgəncnəşr, 1950, 94 səh.
  3. Şerlər — Bakı: Uşaqgəncnəşr, 1953, 56 səh.
  4. Sədəfli saz — Bakı: Azərnəşr, 1956, 92 səh.
  5. Qoşmalar — Bakı: Azərnəşr, 1959, 148 səh.
  6. Şerlər — Bakı: Azərnəşr, 1962, 114 səh.
  7. Danış telli sazım — Bakı: Azərnəşr, 1966, 116 səh.
  8. El aşığı — Bakı: Azərnəşr, 1975, 106 səh.
  9. Bahar kimi — Bakı: Yazıçı, 1979, 76 səh.

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 Kafkasyalı, 2002. səh. 213
  2. ↑ 1 2 3 4 5 Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası, 1988. səh. 157
  3. ↑ Bərdəli, 2012. səh. 31
  4. ↑ Cənubi Azərbaycan Ədəbiyyatı tarixi, 2013. səh. 375
  5. ↑ 1 2 3 4 5 6 7 8 9 10 Əhmədov, 2011. səh. 82
  6. ↑ "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). Bakı: “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. səh. 286. ISBN 978-9952-526-83-7. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  7. ↑ Cənubi Azərbaycan Ədəbiyyatı tarixi, 2013. səh. 377
  8. ↑ Azəroğlu,Məmmədzadə, 1961. səh. 118
  9. ↑ 1 2 3 4 5 İsmayılov, Güləddin. "Görkəmli fədai - Aşıq Hüseyn Cavan". Azərbaycan Demokrat Firqəsi. 2023-06-06. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-12.
  10. ↑ Atabaki, 2000. səh. 113
  11. ↑ Həsənli, 1998. səh. 269
  12. ↑ Həsənov, 2004. səh. 132
  13. ↑ "Təbrizdə keçirilmiş Xalq Konqresinə seçilmiş nümayəndələrin siyahısı". azerbaycan-ruznamesi.org. İstifadə tarixi: 2025-02-27.
  14. ↑ İbrahimov, 1948. səh. 32
  15. ↑ İbrahimov, 1948. səh. 34
  16. ↑ 1 2 3 4 5 Cənubi Azərbaycan Ədəbiyyatı tarixi, 2013. səh. 379
  17. ↑ Ağayeva, 2004. səh. 31
  18. ↑ Rəhmanifər, Məhəmməd. "Güney Azərbaycanda Milli Hökumətin süqutundan sonra nələr yaşandı?". Apa.az (az.). 2015-01-04. 2025-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-06.
  19. ↑ Həsənli, 2006. səh. 437
  20. ↑ 1 2 3 Həsənli, 2006. səh. 438
  21. ↑ Rəhimli, Əkrəm. Güney Azərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə. / S.C.Pişəvəri gənclik illərində (PDF) (az.). Bakı: Azərnəşr. 2010. 83. ISBN 9952310031. 2022-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-02-06.
  22. ↑ 1 2 Hasanli, 2006. səh. 366
  23. ↑ Atabaki, 2000. səh. 172
  24. ↑ Sultanlı, 2010. səh. 83
  25. ↑ Rəhimli, 2003. səh. 143
  26. ↑ Rəhimli, Əkrəm. Pişəvəri S.C. Məqalə və çıxışlarından seçmələr (Təbriz 1945-1946-cı illər) (az.). Bakı: Nurlar nəşriyyatı. 2016. 415. ISBN 9789952504444.
  27. ↑ Həsənli, 2006. səh. 441
  28. ↑ Rossow, 1956. səh. 30
  29. ↑ Rəhimli, 2003. səh. 149
  30. ↑ Hasanli, 2006. səh. 370
  31. ↑ 1 2 3 Hasanli, 2006. səh. 373
  32. ↑ 1 2 3 Balayev, 2018. səh. 36
  33. ↑ 1 2 Duqlas, Vilyam. Strange lands and friendly people (ingilis). Nyu-York: Harper & Brothers Publishers. 1951. 45.
  34. ↑ Lenczowski, George. United States' Support for Iran's Independence and Integrity, 1945–1959 (ingilis). 401. Annals of the American Academy of Political and Social Science. 1972. 49. doi:10.1177/000271627240100106. ISSN 0002-7162.
  35. ↑ Həsənli, 2006. səh. 445
  36. ↑ 1 2 Həsənli, 2006. səh. 448
  37. ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
  38. ↑ Hasanli, 2006. səh. 375
  39. ↑ Balayev, 2018. səh. 137
  40. ↑ Əmirov, 2000. səh. 51
  41. ↑ Əliqızı, 2001. səh. 24
  42. ↑ 1 2 Balayev, 2018. səh. 139
  43. ↑ Əhmədov, 2011. səh. 81
  44. ↑ Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası, 1988. səh. 158
  45. ↑ Bərdəli, 2012. səh. 34
  46. ↑ 1 2 Sultanova, Sevda. "Cənubi Azərbaycandan bəhs edən 1947-ci il filmimiz". kulis.az (az.). 2018-01-27. 2024-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-02.
  47. ↑ Fərzad, 2006. səh. 72
  48. ↑ Sarıyeva, İradə. "Həsrət aşığı Hüseyn Cavanın 100 illik yubileyi qeyd edildi". Bakı xəbər. 2016-11-24. İstifadə tarixi: 2025-02-12.

Ədəbiyyat

redaktə
  • Ağayeva, Gözəl. Təbriz ədəbi mühiti (az.). Bakı: Nurlar NPM. 2004. səh. 168. ISBN 9952403356.
  • Atabaki, Touraj. Azerbaijan: Ethnicity and the Struggle for Power in Iran (ingilis). London: I.B.Tauris. 2000. səh. 288. ISBN 9781860645549.
  • Azəroğlu, Balaş; Məmmədzadə, Həmid. Cənubi Azərbaycan yazıçılarının ədəbi məcmuəsi (South Azerbaijani). Bakı: Azərbaycan ruznaməsi. 1961. səh. 342. 2025-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-28.
  • Balayev, Xaqan. Azərbaycanın sosial-siyasi həyatında cənublu mühacirlərin iştirakı (1947-1991) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2018. səh. 198. ISBN 9789952370911.
  • Bərdəli, Bahar. Cənubi Azərbayan mühacirət poeziyası (1947-1990) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2012. səh. 116.
  • Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası (az.). III. Bakı: Sabah nəşriyyatı. 1988. səh. 554. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-27.
  • Cənubi Azərbaycan Ədəbiyyatı tarixi (az.). II. Bakı: Qanun nəşriyyatı. 2013. səh. 148.
  • Əhmədov, Teymur. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) (az.). Bakı: Nurlar NPM. 2011. səh. 1056. ISBN 9789952460063.
  • Əliqızı, Almaz. Azadlıq və istiqlal poeziyası (PDF) (az.). Bakı: Bakı Dövlət Universiteti nəşriyyatı. 2001. səh. 160. ISBN 9789952817607. 2025-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-03-07.
  • Əmirov, Sabir. Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941-1990) (az.). Bakı: Elm nəşriyyatı. 2000. səh. 257. ISBN 5806612600.
  • Fərzad, Şahruh. فرقه دموکرات آذربایجان از تخلیه‌ی تبریز تا مرگ پیشه‌وری: خاطراتی از شهود عینی به انضمام اسناد منتشر نشده / Azərbaycan Demokrat Firqəsi Təbrizin boşaldılmasından Pişəvərinin ölümünə qədər: Şahidlərin xatirələri, o cümlədən dərc olunmamış sənədlər (fars). Tehran: اوحدی. 2006. səh. 788. ISBN 9789648234404.
  • Hasanli, Jamil. At the Dawn of the Cold War: The Soviet-American Crisis over Iranian Azerbaijan, 1941–1946 (az.). Lanham: Rowman & Littlefield Publishers. 2006. səh. 416. ISBN 978-0742540552.
  • Həsənli, Cəmil. Güney Azərbaycan:Tehran - Bakı - Moskva arasında (PDF) (az.). Bakı: Diplomat nəşriyyatı. 1998. səh. 324. 2024-12-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-28.
  • Həsənli, Cəmil. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг (PDF) (rus). Moskva: Герои Отечества. 2006. səh. 560. ISBN 5910170120. 2024-12-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-28.
  • Həsənov, Həsən. Cənubi Azərbaycanda Milli Demokratik hərəkat (1941-1946-cı illər) (az.). Bakı: Elm nəşriyyatı. 2004. səh. 204.
  • Kafkasyalı, Ali. İran türk edebiyatı antolojisi (türk). V. Ərzurum: Atatürk Üniversitesi Basımevi. 2002. səh. 573. ISBN 9757698113. 2025-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-06.
  • İbrahimov, Mirzə. O демократическом движении в Южном Азербайджане (rus). Bakı: Elm nəşriyyatı. 1948. səh. 48.
  • Rəhimli, Əkrəm. Güney Azərbaycan milli-demokratik hərəkat (1941-1946) (az.). Bakı: Meqa nəşriyyatı. 2003. səh. 207. 2024-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-26.
  • Rossow, Robert. "The Battle of Azerbaijan, 1946". Middle East Journal (ingilis). X (1). 1956: 17–32. JSTOR 4322770. 4 February 2022 tarixində arxivləşdirilib.
  • Sultanlı, Vaqif. Güney Azərbaycan tarixi siyasi və kulturoloji müstəvidə (məqalələr toplusu) (az.). Bakı: Azərnəşr. 2010. səh. 172.

Xarici keçidlər

redaktə
  • Aşıq Hüseyn Cavan
  • Aşıq Hüseyn Cavan — İrəvan çuxuru aşıq havası
  • Aşıq Hüseyn Cavan — Qəhrəmani
  • Aşıq Hüseyn Cavanın 100 illik yubileyi / Mədəniyyət Tv
  • Aşıq Hüseyn Cavan — Müxəmməs
  • Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə Hüseyn Cavanın rəhbərlik etditi Aşıqlar Dəstəsinin çıxışı Moskva, 1959-cu il
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aşıq_Hüseyn_Cavan&oldid=8121485"
LOVE.AZ