. Love.az

Aliya Nazarbayeva - Wikipedia - Love.az

Ana Səhifə - Aliya Nazarbayeva

Aliya Nazarbayeva (qaz. Älïya Nursultanqızı Nazarbayeva; 3 fevral 1980, Almatı) — Qazaxıstan Respublikasının ictimai xadimi. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin kiçik qızı. Qazaxıstan Respublikasının ədəbiyyat və incəsənət sahəsində Dövlət Mükafatı laureatı (2018).

Aliya Nazarbayeva
qaz. Älïya Nazarbayeva
Doğum tarixi 3 fevral 1980(1980-02-03) (45 yaş)
Doğum yeri
  • Almatı, Almatı vilayəti, Qazaxıstan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Qazaxıstan Qazaxıstan
Atası Nursultan Nazarbayev
Anası Sara Nazarbayeva
Təhsili
  • Corc Vaşinqton Universiteti[d],
  • KazGUU Universiteti,
  • Əl-Fərabi Qazax Milli Universiteti
Fəaliyyəti biznes ledi, sahibkar
Mükafatları State Prize of the Republic of Kazakhstan (Qazaxıstan)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Bioqrafiyası
    • 1.1 Təhsil
    • 1.2 Karyerası
  • 2 Mükafatları
  • 3 Şəxsi həyatı
  • 4 İstinadlar

Bioqrafiyası

redaktə

Təhsil

redaktə

Alma-Atadakı K. Bayseitov adına Respublika Musiqi Məktəbini bitirib.

İngiltərənin Londondakı Riçmond Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsində və ABŞ-nin Corc Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsində oxuyub.

2001-ci ildə Qazaxıstan Dövlət Hüquq Akademiyasının hüquq fakültəsini hüquqşünaslıq ixtisası ilə bitirib.

2016-cı ildə Qazaxıstan Milli Universitetinin Dövlət Attestasiya Komissiyasının qərarı ilə . Əl-Farabi iqtisadiyyat magistri dərəcəsini alır.

Rus və ingilis dillərində sərbəst danışır.

Karyerası

redaktə

Qazaxıstan Prezident Administrasiyasının ümumi şöbəsinin məsləhətçisi, Caspian Industries Ltd LLP (mineral içməli su) baş direktoru, Elitstroy LLP-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. Qazaxıstan Respublikasında ilk çoxfunksiyalı "Wellness Club LUXOR" idman və istirahət kompleksinin qurucusudur.

2011-ci ildə İtalyanın Damiani zərgərlik evi ilə iş birliyində Alsara adlı zərgərlik seriyasını buraxır.[1]

Mükafatları

redaktə

2013-cü ildə zərgərlik sənətindəki milli fikirlərin canlandırılmasına görə Fashion TV Awards mükafatına layiq görülmüşdür.

2018-ci ildə qaz. "Анаға апарар жол" ("Anaya aparan yol") tammetrajlı filminin qurulmasında iştirakına görə Qazaxıstan Respublikasının ədəbiyyat və incəsənət sahəsində Dövlət Mükafatını alır. Aliya Nazarbayeva filmin prodüseridir.

Şəxsi həyatı

redaktə

1998-2001-ci illərdə Qırğızıstan Prezidenti Əsgər Akayevin böyük oğlu Aydar ilə evli olur. 2002-ci ildə bir qazax iş adamı Daniyar Xasenovla evlənir.

Hazırda Dimaş Dosanovla evlidir.

Uşaqlar: qızları - Tiara (09.16.2007), Alsara (2011), oğlu - Aldiyar (2016), qızı - Aylana (07.2018)[2]

İstinadlar

redaktə
  1. ↑ "Алия Назарбаева запустила собственную линию ювелирных украшений". Internet Portal Nur. 2011-04-22. 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-19.
  2. ↑ "Назарбаева Алия Нурсултановна (персональная справка) — ПАРАГРАФ-WWW". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-03.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aliya_Nazarbayeva&oldid=7454916"
LOVE.AZ