Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Anti-armenia Team (AAT)[2] — Azərbaycana yönəlmiş hər cür kiber təhdidə qarşı, azərbaycanlı hakerlər tərəfindən yaradılmış və koordinasiyalı şəkildə fəaliyyət göstərən haker qrupu.
Anti-armenia Team | |
---|---|
Azerbaijan Cyber Army | |
![]() | |
![]() | |
Növü | Haker qrupu |
Fəaliyyəti | Kiber müharibə |
Yaranma tarixi | 19 oktyabr 2011 |
Rəsmi dili | Azərbaycan dili |
Qurucusu | Ferid23 |
Üzvləri | + |
anti-armenia.org |
Anti-armenia Team 19 oktyabr 2011-ci il tarixində bir qrup azərbaycanlı haker tərəfindən yaradılmışdır. İnternet hücumları, öncədən təyin olunmuş şəkildə və Azərbaycanın milli maraqlarına zidd olan və yanlış informasiyalar yayan saytların fəaliyyətlərinə, qeyri-qanuni yayımına qarşı kiber hücumlar ilə tanınır. Anti-armenia Team haker qrupunun xidməti fəaliyyətinin əsas istiqamətini internet resurslarında Azərbaycan əleyhinə aparılan işin qarşısını almaq təşkil edir. 2016-cı ildə bir çox təşkilat Anti-armenia Team haker qrupunun dövlət tərəfindən dəstəklənməsini təklif etmişlər. Qrup fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi bir sıra irimiqyaslı kiber-əməliyyatlar nəticəsində Ermənistan Respublikasına məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxararaq çox mühüm məxfi informasiyalar əldə etmişdir.[3][4]
31 Mart 2012 - 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olnumuş “31 Mart” kod adı altında aparılan kiber əməliyyatlar zamanı Ermənistana və onlarla əlaqəli bilinən 816 ədəd veb-sayt dağıdılmışdır. Dağıdılan resurslar arasında Ermənistana məxsus hökümət və qeyri-hökümət təşkilatlarına, media orqanlarına və digər strateji əhəmiyyətə malik veb-saytlar öz əksini tapır. Qrupun hakerləri dağıdılan veb-saytlarda “Dünyaya yalançı soyqırımınızı iddia etməkdənsə, törətdiyiniz soyqırımları boynunuza alma cəsarətinə sahib olun!” yazısını və soyqırımı gününə həsr edilmiş foto və videolar yerləşdirilmişdir.[5][6][7]
16 Dekabr 2013 – Həyata keçirilən kiber əməliyyat nəticəsində Ermənistanın Daxili İşlər Nazirliyinin serverlərinə kiber müdaxilə edilərək, nazirliyə məxsus 1.44 GB həcmində olan proqram məlumat bazası qrup hakerləri tərəfindən ələ keçirilmişdir.
Əməliyyatlar nəticəsində, Ermənistanın daxili strukturlarına aid olan və əhəmiyyətli məlumat bazaları yer almaqdadır. Bu bazalar arasında Ermənistanda fəaliyyət göstərən Viva Cell və Orange Cell mobil operatorlarına aid məlumat bazası, avotomobillərin qeydiyyat məlumatlarının özündə əks etdirən baza, Ermənistanın Daxili İşlər Nazirliyinə məxsus əhalinin pasport məlumatlarının saxlandığı baza və əhalinin qeydiyyat bazası öz əksini tapır.[8]
26 İyun 2014 – Anti-armenia Team qrupunun hakerləri, Azərbaycanın 26 iyun Silahlı Qüvvələri gününə həsr olunmuş kiber əməliyyatda Ermənistanın mühüm dövlət orqanları, nazirlikləri, eləcə də digər hökumət və qeyri-hökümət orqanlarına məxsus saytları dağıdıb. Ermənistan prezidentinin rəsmi səhifəsi də başda olmaqla, Ermənistan Xarici İşlər Nazirliyi və Ermənistan hökumətinin və hökumətin bölgələr üzrə olan dağıdılmış saytlarında Azərbaycanın ali baş komandanı İlham Əliyevin çıxışı ilə yanaşı Azərbaycan ordusunun qüdrətini özündə əks etdirən foto və videoçarx yerləşdirilib.[9][10][11][12][13][14][15]
8 Avqust 2014 – Anti-armenia Team haker qrupu, qondarma "Dağlıq Qarabağ Republikası”na qarşı kiber əməliyyatlar nəticəsində, qondarma rejimin bir sıra nazirliklərinin rəsmi veb-saytları sıradan çıxarılmışdır. Həmin saytlar arasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin veb-saytları da mövcuddur.
Sıradan çıxarılmış saytlarda Azərbaycan Respublikasının Dövlət Himni və haker qrupu tərəfindən hzaırlanmış xüsusi foto yerləşdirilmişdir. Fotoda cəbhə xəttində şəhid olan əsgərlərimizin adları və Ermənistan prezidenti Serj Sarkisyana ünvanlanmış müraciət yer alıb:[16][17][18][18]
“Ey Sarkisyan! Bu gün erməni diversant diz çökür qəhrəmanımın, əsgərimin önündə. Az qalıb, səndə diz çökəcəksən Ali Baş Komandanımın, əsgərimin, zabitimin, Azərbaycan xalqının önündə!”
20 Yanvar 2016 – Azərbaycanlılardan ibarət olan Anti-armenia Team haker qrupu, 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar” kod adı altında həyata keçirilən kiber əməliyyatlar nəticəsində Ermənistanın bütün səfirliklərinin rəsmi saytlarını, beynəlxalq təşkilatlarını, eləcə də Ermənistanın Xarici İşlər Nazirliyinin rəsmi saytını dağıdıb. Dağıdılan saytlardan 41- səfirliklərə, 6-sı beynəlxalq təşkilatlara aid olmaqla ümumilikdə 47 sayt sıradan çıxarılıb. Dağıdılan saytlarda 20 Yanvar faciəsi ilə bağlı video və fotolar yerləşdirilib.[19][20][21][22][23][24][24]
25 Avqust 2016 – Anti-armenia Team haker qrupunun hakerləri tərəfindən keçirilən kiber əməliyyatlar nəticəsində Ermənistan dövlət strukturlarına, hüquq-mühafizə orqanlarına məxsus böyük həcmli məxfi informasiyalar ələ keçirilmişdir. Bu keçirilən kiber hücumlar nəticəsində Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin serverlərinə giriş əldə edilmiş və həmin serverdən tam məxfi informasiyalar əldə edilmişdir.
Əldə edilmiş informasiyalar arasında Ermənistana səfər edən bütün xarici vətəndaşlar haqqında məlumatlar habelə dövlət qurumlarına göndərilən analitik hesabatlar da daxildir. Qrup üzvləri sızdırılan məlumatları öz rəsmi veb-saytında hər kəsə açıq şəkildə paylaşmışlardır. Erməni haker qrupu olan Monte Melkonian Cyber Army azərbaycanlı hakerlərin həyata keçirdiyi bu kiber əməliyyatın və paylaşılan bu məlumatların saxta olduğunu idda etsələrdə, HackRead və The Register kimi beynəlxalq səviyyədə tanınan rəsmi informasiya agentliklərinin ekspertləri tərəfindən araşdırmalar zamanı, Anti-armenia Team hakerləri tərəfindən sızdırılan məlumatların saxta olmadıqlarını, bu sənədlərin Ermənistan dövlət və hüquq-mühafizə orqanlarına aid olduqlarını təsdiq ediblər.
Anti-armenia Team haker qrupu tərəfindən həyata keçirilən bu kiber hücum, beynəlxalq səviyyədə indiyə qədər təşkil olunmuş ən iri miqyaslı kiber hücumlardan biri kimi qiymətləndirilmişdir. Bu əməliyyat, kiber təhlükəsizlik sahəsində geniş müzakirələrə səbəb olmuş və bir çox mütəxəssis tərəfindən analiz edilmişdir.[25][26][27][28][29][30][31]
26 İyun 2018 – Azərbaycan Respublikasının 26 iyun Silahlı Qüvvələri günü münasibəti ilə Anti-armenia Team hakerləri Ermənistana genişmiqyaslı kiber hücumlar həyata keçiririlmişdir. Ermənistan parlamentinin və həmçinin Ermənistanın bütün nazirliklərinə və dövlət təşkilatlarına məxsus olan elektron sənəd dövriyyəsi sistemi dağıdılmışdır. Dağıdılan saytlarda "Ali Baş Komandanım, Generalım, Zabitim, Əsgərim, Müstəqil Azərbaycanım! Müstəqil Ordum! Bayramın Mübarək! 100 İllik Şərəf Yolun, Müqəddəs Yolun Mübarək!" sözləri və Azərbaycanın 3 rəngli dövlət bayrağı yerləşdirilmişdir.[1][2][3]
18 Oktyabr 2019 – Azərbaycanlı hakerlərdən ibarət Anti-armenia Team qrupu Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi internet saytına qarşı kiberhücum həyata keçirib. Hücum nəticəsində veb-saytın xəbərlər hissəsinə "Qarabağ Azərbaycandır və nida işarəsi!" başlıqlı xəbər yerləşdirilib, məzmununda isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyada reallaşan "Valday 2019" forumundakı çıxışının video-fraqmenti əlavə olunub.[32][33][34]
13 İyun 2020 – Haker qrupunun həyata keçirdiyi kiber əməliyyatlar nəticəsində Ermənistan Səhiyyə Nazirliyinin elektron poçtu sındırılmış və “COVID-19” virusuna yoluxmuş 3500-dən çox erməninin, eləcə də onlarla əlaqəli şəxslərin şəxsi məlumatları əldə edilərək ictimaiyyətə açıqlanmışdır.
Bununla yanaşı, paralel şəkildə həyata keçirilən kiber əməliyyat çərçivəsində Ermənistana məxsus, ön cəbhədə yerləşən №33651 saylı hərbi hissəyə aid silah-sursatın tam siyahısı ələ keçirilmişdir.[35][35][36][37][38]
14 İyul 2020 – Azərbaycanlı hakerlər bir sıra erməni veb saytlarına haker hücumlar edilib. Dağıdılan saytlar arasında Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi saytı və Ermənistan hökumətinin saytı olan “gov.am” resursu da yer alır. Paşinyanın səhifəsində Azərbaycan prezidenti İlham Əliyevin çıxışı, Milli Qəhrəman Mübariz İbrahimovun fotosu və “Karabakh is Azerbaijan!” yazısı yerləşdirilib.[39][40]
27 Senytabr 2020 – İkinci Qarabağ müharibəsinin başlanğıcı ilə, Anti-armenia Team haker qrupu tərəfindən Ermənistanın strateji dövlət strukturlarına qarşı genişmiqyaslı kiber əməliyyatlar həyata keçirilmişdir. Bu əməliyyatlar nəticəsində Ermənistanın strateji dövlət strukturlarına məxsus serverlərə giriş əldə edilərək böyük həcmdə məxfi sənədlər toplusu qrup tərəfindən sızdırılmışdır. Əldə olunan bu məlumatların müəyyən hissəsi ictimaiyyətə açıqlanmışdır. Ələ keçirilən məxfi məlumatların siyahısı: Ermənistan Dövlət Təhlükəsizlik Xidməti (50 GB), Ermənistan Prezident Aparatı (50 GB), Ermənistan Xarici İşlər Nazirliyi (200 GB)
Bu əməliyyat, İkinci Qarabağ müharibəsi ərzində qrupun Ermənistan əleyhinə həyata keçirəcəyi kiber müharibənin başlanğıc nöqtəsi olaraq qiymətləndirilir. Bu kiber əməliyyatla Ermənistanın hərbi və informasiya sistemlərinə qarşı ilk ciddi zərbə endirilmiş və daha genişmiqyaslı kiber əməliyyatlar üçün zəmin hazırlanmışdır.[41]
29 Senytabr 2020 – Anti-armenia Team haker qrupu tərəfindən Ermənistan Müdafiə Nazirliyinə məxsus serverlərə qarşı genişmiqyaslı kiber əməliyyat həyata keçirilmişdir. Əməliyyat nəticəsində nazirliyə məxsus bir sıra məxfi məlumatlar, o cümlədən hərbi əməliyyatlara dair sənədlər, daxili yazışmalar və strateji xarakter daşıyan digər məlumatlar ələ keçirilmişdir. Əldə olunan bu məlumatların müəyyən hissəsi ictimaiyyətə açıqlanmışdır.
2 Oktyabr 2020 – Qrupun hakerləri tərəfindən həyata keçirilən kiber əməliyyat nəticəsində Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Hakob Arşakyanın xidməti otağında istifadə etdiyi kompüterə müdaxilə edilmiş və ona məxsus məlumatlar ələ keçirilmişdir. Əməliyyat zamanı nazirin elektron yazışmaları, şəxsi və işgüzar sənədləri, eləcə də strateji əhəmiyyət daşıyan digər məlumatlar əldə edilmişdir. Əldə edilən məlumatlar arasında Ermənistanın texnologiya sektorundakı layihələr, dövlət sifarişləri və digər məxfi sənədlər də yer almışdır.[42][43][44]
3 Oktyabr 2020 – Anti-armenia Team tərəfindən həyata keçirilən genişmiqyaslı kiber əməliyyat nəticəsində Ermənistanın bütün dövlət qurumlarına məxsus elektron sənəd dövriyyəsi sistemindən 50 TB həcmində məlumat ələ keçirilmişdir. Əldə edilən məlumatların ümumi dəyəri təxminən 1 milyon ABŞ dolları olaraq qiymətləndirilmişdir. Bu məlumat bazası, dövlət qurumlarının daxili yazışmalarını, strateji planlarını, maliyyə əməliyyatlarını və digər məxfi sənədləri əhatə etmişdir. Ələ keçirilən məlumatlar arasında ölkənin müxtəlif sahələrdə həyata keçirdiyi layihələrə dair sənədlər, maliyyə hesabatları və digər əhəmiyyətli informasiyalar yer almışdır.[45][46][47]
6 Oktyabr 2020 – Azərbaycanın Anti-armenia Team haker qrupu tərəfindən həyata keçirilən genişmiqyaslı kiber-hücum əməliyyatı nəticəsində Ermənistanın mühüm dövlət qurumlarına məxsus bir sıra veb-saytlar ələ keçirilmişdir. Əldə edilən məlumatlara görə, bu əməliyyat çərçivəsində Ermənistanın Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Prezident Administrasiyası, Ombudsman, Aviasiya Xidməti, Diaspora təşkilatı, eləcə də Qondarma Dağlıq Qarabağ Respublikasının Prezidenti, Milli Məclisi, Xarici İşlər Nazirliyi və digər bir çox nazirliklərin rəsmi saytları hədəf alınmışdır. Hücum zamanı sıradan çıxarılmış saytların hər birinin məzmununda "Karabakh is Azerbaijan" başlığı ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Valday-2020" forumundakı möhtəşəm çıxışı və Şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən posta Azərbaycan hərbçilərinin bayraq asmasını əks etdirən videogörüntü yerləşdirilmişdir.[4][5]
7 Oktyabr 2020 – Keçirilən genişmiqyaslı kiber əməliyyat nəticəsində, Azərbaycanın Anti-armenia Team haker qrupu tərəfindən Ermənistan Respublikasının Rabitə və Nəqliyyat Nazirliyinə məxsus 1TB həcmində sənədlər və vacib sxemlər ələ keçirilmişdir. Əldə edilən məlumatlar arasında nazirliyin daxili iş proseslərinə dair sənədlər, rabitə və nəqliyyat infrastrukturuna aid mühüm sxemlər, dövlət sifarişləri və digər strateji əhəmiyyət daşıyan materiallar yer almışdır.[6][7][8]
29 Oktyabr 2020 – Anti-armenia Team haker qrupu tərəfindən həyata keçirilən kiber əməliyyatlar nəticəsində Ermənistan Respublikası üzərində bir sıra mühüm dövlət qurumlarına məxsus elektron sənəd dövriyyəsi sistemlərinə daxil olunmuşdur. Əməliyyat nəticəsində, Ermənistan Parlamentinə məxsus elektron sənəd dövriyyəsi sistemindən (mul.parliament.am) 17GB həcmində sənədlər toplusu, Ermənistan Prezidentinə məxsus elektron sənəd dövriyyəsi sistemindən (mul2.president.am) 38GB həcmində sənədlər toplanmış və ələ keçirilmişdir. Əldə edilən sənədlər, Ermənistanın yüksək səviyyəli dövlət qurumlarına məxsus gizli və strateji əhəmiyyətli məlumatları ehtiva edir. Bu sənədlər arasında hökumət qərarları, daxili yazışmalar, dövlətin xarici siyasətə dair planları, iqtisadi və maliyyə məsələlərinə dair məlumatlar, habelə Ermənistan Prezidentinin və Parlamentin gündəlik fəaliyyətinə dair sənədlər yer almışdır.[9][10]
19 Sentyabr 2023 – Azərbaycan Respublikasının Qarabağda separatçı erməni dəstələrinə qarşı apardığı Anti-terror əməliyyatlarına dəstək məqsədilə Anti-armenia Team haker qrupu tərəfindən , "QARABAĞ AZƏRBAYCANDIR" kod adlı kiber əməliyyat keçirilmişdir. Kiber əməliyyatın nəticəsi olaraq, Ermənistanın müxtəlif dövlət dəstəkli qurumlarına, media orqanlarına və strateji əhəmiyyət daşıyan təşkilatlarına məxsus 180 veb-sayt dağıdılmışdır. Hakerlər tərəfindən dağıdılan veb-saytlarda "Zəfər sənindir Azərbaycan əsgəri!" və “Karabakh is Azerbaijan” mesajları yerləşdirilmişdir.[48][49][50][51]