. Love.az

Araukariya - Wikipedia - Love.az

Ana Səhifə - Araukariya

Araukariya (lat. Araucaria) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin araukariyalar dəstəsinin araukariyakimilər fəsiləsinə aid bitki cinsi.

Araukariya
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
Sərvlər
Dəstə:
Araukariyalar
Fəsilə:
Araukariyakimilər
Cins:
Araukariya
Beynəlxalq elmi adı
  • Araucaria Juss., 1789[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183481
NCBI  25666
EOL  14006
FW  56175

Həmişəyaşıl, adətən ikievli, 30–60 m hündürlüyündə olan ağacdır. Çətiri piramidaşəkilli, yaxud çətirə bənzərdir; yaşlı ağacların gövdələrinin səthi halqa şəklində qalınlaşmışdır. Yarpaqları (iynələri) coddur, tikanlıdır, uzunluğu 10 sm-ədək, eni 3 sm-dir və 10–40 il yaşayır. Növlərə görə yarpaqlar da müxtəlif ölçüdə və formada olur. Toxumları iri və qanadsızdır, çoxusu yeyilir. Araukariyalar 400-500 il yaşayır. 20-ədək növü var. Cənubi Amerika, Avstraliya, Yeni Qvineya və ona yaxın adaların təmiz və qarışıq meşələrində bitir. Bir çox növlərinin qiymətli oduncağı var. Dekorativ bitki kimi mülayim, isti və subtropik iqlimli ölkələrin (o cümlədən Qafqazın Qara dəniz sahillərində) parklarında becərilir.[2]

Növləri

redaktə
  • Araucaria
  • Braziliya araukariyası (Araucaria angustifolia)
  • Çili araukariyası (Araucaria araucana)
  • Araucaria bernieri
  • Araucaria bidwillii
  • Araucaria biramulata
  • Araucaria columnaris
  • Araucaria cunninghamii
  • Araucaria heterophylla
  • Araucaria humboldtensis
  • Araucaria hunsteinii
  • Araucaria laubenfelsii
  • Araucaria luxurians
  • Araucaria montana
  • Araucaria muelleri
  • Araucaria nemorosa
  • Araucaria rulei
  • Araucaria schmidii
  • Araucaria scopulorum
  • Araucaria subulata

İstinadlar

redaktə
  1. ↑ Maarten J.M. Christenhusz, Reveal J. L., Farjon A., Gardner M. F., Mill R. R., Chase M. W. A new classification and linear sequence of extant gymnosperms (ing.). // Phytotaxa Magnolia Press, 2011. Vol. 19, Iss. 1. P. 55–70. ISSN 1179-3155; 1179-3163 doi:10.11646/PHYTOTAXA.19.1.3
  2. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 593. ISBN 978-9952-441-02-4.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Araukariya&oldid=7844980"
LOVE.AZ