. Love.az

Arkadi Qukasyan - Wikipedia - Love.az

Ana Səhifə - Arkadi Qukasyan

Arkadi Qukasyan (erm. Արկադի Ղուկասյան; 22 iyun 1957, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının ikinci prezidenti. 8 sentyabr 1997-ci ildə prezident seçilib və 2002-ci ildə yenidən seçilib, onun prezidentlik müddəti 7 sentyabr 2007-ci il tarixində başa çatdı.

Arkadi Qukasyan
erm. Արկադի Ղուկասյան
Qondarma Dağlıq Qarabağ Respublikasının 2-ci Prezidenti
8 sentyabr 1997 – 7 sentyabr 2007
ƏvvəlkiRobert Köçəryan
SonrakıBako Saakyan
Şəxsi məlumatlar
Doğum tarixi 22 iyun 1957(1957-06-22) (67 yaş)
Doğum yeri
  • Stepanakert, DQMV, Azərbaycan SSR, SSRİ
Təhsili
  • İrəvan Dövlət Universiteti
Fəaliyyəti siyasətçi
Dini Erməni Həvari kilsəsi
Hərbi xidmət
Mənsubiyyəti Dağlıq Qarabağ Respublikası

Təltifləri Artsax Qəhrəmanı (Dağlıq Qarabağ Respublikası) Böyük Tiqran ordeni (Ermənistan)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Arkadi Qukasyan 1957-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. 1979-cu ildə İrəvan Dövlət Universitetinin dilçilik fakültəsini bitirmişdir. İşçi karyerasına 1981-ci ildə baş redaktor müavini vəzifəsinə başladığı, "Sovet Dağlıq Qarabağ" qəzetinin müxbiri kimi başlayıb.

1991-ci ildə Qukasyan Dağlıq Qarabağ Respublikasının ilk parlamentinə seçildi. 1992-ci ilin sentyabr ayında Dövlət Müdafiə Komitəsinin sədri təyin olundu və ATƏT-in Azərbaycanla görüşləri zamanı Dağlıq Qarabağın nümayəndə heyətlərinə rəhbərlik etdi.

1993-cü ildən Dağlıq Qarabağın Təhlükəsizlik Şurasına üzv olmuşdur. 1993-cü il iyulun 23-də Dağlıq Qarabağ Respublikasının ilk xarici işlər naziri olmuşdur.

2000-ci ildə sui-qəsd cəhdindən sağ çıxdı. Yaxın vaxtlarda müdafiə naziri vəzifəsini yerinə yetirən Samvel Babayana hücum təşkil etməkdə günahlandırıldı və 14 il həbs cəzasına məhkum edildi.[1]

2023-cü il oktyabrın 3-də o, DQR-in digər keçmiş rəhbərləri ilə birlikdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya aparılıb.[2].

İstinadlar

redaktə
  1. ↑ "BBC NEWS | Europe | Country profiles | Regions and territories: Nagorno-Karabakh". 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-01.
  2. ↑ "Азербайджан задержал спикера парламента и экс-руководителей Нагорного Карабаха". ТАСС (rus). 2023-10-03. 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Arkadi_Qukasyan&oldid=7972015"
LOVE.AZ