Arxe (q.yun. ἀρχή — "başlanğıc, təməl, mənşə; birinci səbəb, prinsip") — Sokrataqədərki qədim yunan fəlsəfəsində dünyanın əsasını təşkil edən birinci prinsip, ilkin substansiya, ilkin element. Aristotel bu termindən ilk filosofların təlimlərini xarakterizə etmək üçün istifadə etmişdir.
Qədim yunan dilində "arxe" termini özünün əsas "başlanğıc" mənasında işlədilirdi; məsələn, "hər hansı bir hadisənin başladığı an" kimi bu söz İohann İncilinin əvvəlində istifadə olunur: " Əvvəlcə Söz var idi " (En arche en o Logos)[1] .