. Love.az

Azerbaycan Zehmetkesler Teskilati - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Zehmetkesler Teskilati

Azərbaycan Zəhmətkeşlər Təşkilatı — 1942-ci ildə Təbrizdə yaradılmış təşkilat. Təşkilat üzvlərinin əsas tələbləri xalqın güzəranını yaxşılaşdırmaq, zorakılığa və istismara son qoymaq, əyalət əncümənlərini bərpa etmək, Azərbaycana mədəni muxtariyyətin verilməsi olub.

Azərbaycan Zəhmətkeşlər Təşkilatı
Yaranma tarixi yanvar 1942
Ləğvolma tarixi 1942
Rəsmi dili Azərbaycan türkcəsi
Yarandığı yer Təbriz

Mündəricat

  • 1 Haqqında
  • 2 Həmçinin bax
  • 3 Mənbə
    • 3.1 İstinadlar
    • 3.2 Ədəbiyyat

Haqqında

redaktə

1941-ci ilin avqust sentyabr aylarında Britaniya və SSRİ qoşunları İrana daxil oldular.[1][2][3] 1941-ci il sentyabrın 17-də Rza Pəhləvi taxtından imtina edərək İranı tərk etdi.[4][5][6] Bundan sonra ölkə ərazisində həbsdə olan siyasi məhbuslar azadlığa buraxıldılar və müxtəlif siyasi təşkilatlar yaranmağa başladı.[7][8] Azərbaycan Zəhmətkeşlər Təşkilatı 1942-ci ilin yanvar ayında Təbrizdə yaradılıb.[9][10] Təşkilat İsrafil Qadiri, Hüseyn Rizvan, Əhməd İslami və digərlərinin topladıqları dəstələrin birləşməsindən yaranıb.[11][12] Təşkilatın proqramında xalqın güzəranını yaxşılaşdırmaq, zorakılığa və istismara son qoymaq, əyalət əncümənlərini bərpa etmək,[11][9] Azərbaycana mədəni muxtariyyətin verilməsi və faşistpərəst qüvvələrin cilovlanması tələb olunurdu.[13] Azərbaycan Zəhmətkeşlər Təşkilatının təkcə Təbrizə təşkilatında 10.000-dən çox üzv olub.[13][12] Sadıq Padeqan, Mir Rəhim Vilayi İsrafil Qadiri, Şövkət xanım Elmdust, А. Mizani, Məmi Nünəkərani, Səlim Hacızadə təşkilatın Mərkəzi Komitəsinin üzvü olublar.[9][5] Təşkilat üzvlərinin əksəriyyəti iri torpaq sahibkarları, mülkədarlar tərəfindən haqları tapdalanan şəxslər idi.[13] Təşkilatın fəaliyyəti hökuməti narahat etdiyi üçün üzvləri daim təqiblərə məruz qalırdılar. Təbriz Jandarm İdarəsinin rəisi tərəfindən təşkilatın fəal rəhbərlərindən olan İsrafil Qadiri, Səlim Hacızadə və digərləri həbs olunublar.[14][15] Fəal üzvlərindən məhrum olan təşkilat 1942-ci ilin payızında fəaliyyətini dayandırıb.[14][12] Təşkilat dağıldıqdan sonra üzvlərinin əksəriyyəti "Azadlıq Cəbhəsi" təşkilatına üzv olublar.[14]

Həmçinin bax

redaktə
  • Demokratiya ocağı
  • Azərbaycan cəmiyyəti

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ Atabaki, 2000. səh. 64
  2. ↑ "WW2 People's War - Fact File : Persia Invaded". www.bbc.co.uk. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-10.
  3. ↑ "World War II - Pacific, Japan, Allies | Britannica". www.britannica.com (ingilis). 2025-03-07. İstifadə tarixi: 2025-03-10.
  4. ↑ Ələkbərli, 2021. səh. 113
  5. ↑ 1 2 Çeşmazər, 1986. səh. 35
  6. ↑ Atabaki, 2000. səh. 65
  7. ↑ Məmmədli, 2009. səh. 99
  8. ↑ Əmirov, 2000. səh. 13
  9. ↑ 1 2 3 Atabaki, 2000. səh. 89
  10. ↑ Rəhimli, 2015. səh. 22
  11. ↑ 1 2 Çeşmazər, 1986. səh. 14
  12. ↑ 1 2 3 Ələkbərli, 2021. səh. 114
  13. ↑ 1 2 3 Rəhimli, 2015. səh. 23
  14. ↑ 1 2 3 Rəhimli, 2015. səh. 24
  15. ↑ Pişəvəri, 2005. səh. 26

Ədəbiyyat

redaktə
  • Atabaki, Touraj. Azerbaijan: Ethnicity and the Struggle for Power in Iran (ingilis). London: I.B.Tauris. 2000. səh. 288. ISBN 9781860645549.
  • Çeşmazər, Mirqasım. Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1986. səh. 121.
  • Ələkbərli, Faiq. Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər (az.). III. Bakı: Elm və təhsil nəşriyyatı. 2021. səh. 684. ISBN 9789952817607.
  • Əmirov, Sabir. Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941-1990) (az.). Bakı: Elm nəşriyyatı. 2000. səh. 257. ISBN 5806612600.
  • Məmmədli, Pərvanə. Cənubi Azərbaycan mətbuatı tarixi: XIX-XX-XXI yüzilliklər (az.). Bakı: Elm nəşriyyatı. 2009. səh. 230.
  • Pişəvəri, Seyid Cəfər. Xatirələr (1941-1945) (az.). Bakı: Azərbaycan Demokrat Firqəsinin nəşri. 2005. səh. 394.
  • Rəhimli, Əkrəm. 21 Azərə gedən yol:Güney Azərbaycanda milli-demokratik hərəkat:1941-1946-cı illər (az.). Bakı: Araz nəşriyyatı. 2015. səh. 240. ISBN 9789952828528.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Zəhmətkeşlər_Təşkilatı&oldid=8081428"
LOVE.AZ