"Azərbaycan animasiyası" - Azərbaycanın animasiya tarixinə həsr olunan kitabdır. Bu kitabın siqnal nüsxəsi 2017-ci ildə Praqada təqdim olunub[1][2][3][4], 2018-ci ildə isə Bakıda çapdan çıxıb. Kitabın ilk rəsmi təqdimatı I Animafilm Festivalında baş tutub.[5][6]
Azərbaycan animasiyası | |
---|---|
Azərbaycan animasiyası - Азербайджанская анимация | |
![]() | |
Müəlliflər | Rəşid Ağamalıyev və müəllif kollektivi |
Janr | Animasiya |
Orijinalın dili | Azərbaycanca, rusca |
Ölkə |
![]() |
Orijinalın nəşr ili | 2018 |
Tərtibat | Rəşid Ağamalıyev |
Nəşriyyat | Peri Film |
Cild | Qalın |
Səhifə | 400 |
Tiraj | 200 |
ISBN-13 | 978-9952-37-109-3 |
Elektron versiya |
Azərbaycan və Avropa kinoşünaslarının səyi və tədqiqatları nəticəsində oxucular Azərbaycanda incəsənətin bu növünün inkişafı barədə çox sayda yeni məlumatlar əldə ediblər. Kitabda animasiya sahəsində çalışan rejissor və rəssamların təqdim etdiyi unikal materiallar ilk dəfə çap edilib.
Bu kitab bir ildən çox davam edən kollektiv tədqiqatların nəticəsidir. 13 Azərbaycan və Avropa kinoşunası 19 məqalə hazırlamışlar.
Kitab iki dildədir: hər bir fəsli azərbaycan və rus dillərində oxumaq olur.
Kitabın yazılmasında rejissorlar və cizgi filmi rəssamlarının əvəzsiz rolu var. Onlar məqalələrin müəlliflərinə öz yaradıcılıq fəaliyyətləri və istehsalın texniki təfərrüatları barədə məlumat vermiş, həmçinin bəzilərinin ilk dəfə işıq üzü gördüyü qiymətli materiallar təqdim etmişlər.
"Azərbaycan animasiyası" kitabı tək Azərbaycanda deyil, başqa ölkələrdə də yaşayan insanların dəstəyi ilə ikiillik kraudfandinq kampaniyasının nəticəsi olaraq çap edilib. Kitabın layihəsini maddi cəhətdən 100-dən artıq insan dəstəkləyib.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Ədəbiyyat