Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz. |
Azad Fikir Universiteti — alternativ təhsil layihəsi. 2009-cu ilin oktyabrından fəaliyyət göstərir.
Azad Fikir Universiteti | |
---|---|
![]() | |
Yaranma tarixi | 2009 |
azadfikir.org | |
![]() |
Azad Fikir Universiteti 2009-cu ilin oktyabrında öz fəaliyyətində başlamışdır. Layihənin məqsədi gəncliyin rahat toplaşaraq bilik əldə etməsi, müasir, demokratik dəyərlərlə tanış olması, sərbəst müzakirələr apara bilməsi, bir sözlə öz tələbəlik həyatını zənginləşdirməsidir. Azad Fikir Universiteti gənclər və tələbələr üçün alternativ bir təhsil və müzakirə məkanıdır. Layihə çərçivəsində hər çərşənbə axşamı və cümə axşamı iki saat uzunluğunda interaktiv mühazirələr keçirilir.[1]
Azad Fikir Universitetinin uğuru sərbəst mühitdə keçirilən mühazirələrin mövcudluğu və həmin mühazirələrin video[2] və audio yazılarının[3] internet vasitəsilə müxtəlif sosial şəbəkələrdə yayılması ilə əlaqədardır. 2010-cu ildə Azad Fikir Universiteti İnternetdə İfadə Azadlığı üzrə ilk illik diplomatik mükafatına layiq görülüb.[4] 2011-ci ildə layihənin vebsəhifəsi Milli Net — Milli İnternet Mükafatının Elm və Təhsil kateqoriyası üzrə qalibi seçilmişdir.[5] Layihə OL! Azərbaycan Gənclər Hərəkatı tərəfindən həyata keçirilir.
AFU-nun vebsəhifəsində layihənin ideyası haqqında aşağıdakılar yazılıb:
Azərbaycan gəncləri zamanında yenilənən informasiya alma çətinliyi ilə üzləşir. Universitetlərdə zəruri akademik mühitin olmaması yenilikçi müəllim və tələbələrin fəaliyyətinin ya qarşısını alır, ya da onları məhdudlaşdırılır. Bu da ona gətirib çıxarır ki, tələbələr öz ixtisasları barəsində aşağı səviyyəli biliyə sahib olur, insan hüquqları və ifadə azadlığı kimi demokratik dəyərlər haqqında zəif təəssüratlara malik olurlar.
Tələbələrlə ünsiyyət zamanı aydın olur ki, onlara uyğun bilik və tənqidi düşüncə sahibi olan mühazirəçilər gərəkdir. Yerli universitetlərdə bu cür müəllimlərin sayca çox az olması, eləcə də akademik həyatda mühafizəkarların üstünlük təşkil etməsi gənclər üçün maraqlı təhsil imkanlarını daraldır. Bizim məqsədimiz gəncliyin rahat toplaşaraq bilik əldə edə biləcəyi alternativ məkan yaratmaqla onların tələbəlik həyatını zənginləşdirməkdir. Biz Azərbaycanda real alternativ təhsil mərkəzi yaratmağa çalışırıq.[6]
Azad Fikir Universiteti idniyədək 200-ə qədər interaktiv mühazirə təşkil etmişdir. Ümumilikdə bu dövr ərzində 2500-dən artıq gənc AFU-nun tədbirlərində iştirak etmişdir. Mühazirələr əsasən İnsan Hüquqları, İfadə Azadlığı, İqtisadiyyat, Fəlsəfə, Cəmiyyət, Mədəniyyət, Siyasət istiqamətlərində olur. Mühazirələrdən sonra tədbirin video və audio yazıları internetdə Facebook və Twitter kimi sosial şəbəkələr vasitəsilə yayılır.
Layihədə mühazirəçi kimi müxtəlif yerli və xarici ekspertlər, elm adamları və ictimai-siyasi xadimlər iştirak edirlər. Fəaliyyətə başlayandan indiyədək Azad Fikir Universitetində 50-dən çox spiker iştirak edib. Onların arasında ictimai-siyasi xadimlər Hikmət Hacızadə, Eldar Namazov, İlqar Məmmədov və Erkin Qədirli; filosoflar Rəhman Bədəlov, Ağalar Məmmədov və Niyazi Mehdi; iqtisadçılar Sabit Bağırov, Toğrul Cuvarlı və Qubad İbadoğlu; tarixçilər Altay Göyüşov və Fərda Əsədov, tanınmış jurnalistlər Qulu Məhərrəmli, Zeynal Məmmədli, Xədicə İsmayıl və Çingiz Sultansoy; o cümlədən bəstəkarlar Elmir Mirzəyev, Firudin Allahverdi və professor Rafiq Əliyev olmuşlar.[7]
Hal-hazırda Azad Fikir Universitetinin vebsəhifəsində 100-ə yaxın video mühazirə yerləşdirilmişdir. 2011-ci ilin martın 19-u ABŞ-nin Azərbaycandakı səfiri Metyu Brayzanın iştirakı ilə keçirilən tədbirin videosu Azad Fikir Universitetinin indiyədək ən çox izlənilən videosudur.[8]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |