Əbu Bəkr Əhməd ibn Hüseyn Beyhəqi (ərəb. أبوبكر البيهقي; 1 sentyabr 994[2][3][…], Xorasan – 9 aprel 1066[2][3][…], Nişapur) — mühəddis və şafei fəqihi,[4] "Sünəni əl-Beyhəqi" adlı əsərin müəllifi.
Beyhəqi | |
---|---|
ərəb. أبوبكر البيهقي | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Nişapur |
Vəfat tarixi | |
Vəfat yeri | Nişapur |
Dəfn yeri |
|
Elm sahələri | hədis, fiqh, kəlam |
Tanınmış yetirmələri | Xacə Abdullah Ənsari, Əbdülmalik ibn Abdullah əl-Cuveyni[1] |
![]() |
Məşhur hədis və fiqh alimlərindən olan Beyhəqi, Beyhəq qəsəbəsinin Hüsrəvcird kəndində 994-cü ilin sentyabr ayında[4] (hicri 384) doğulub. Adı Əhməd ibn Hüseyn plan Beyhəqi, Nişapurun Beyhəq qəsəbəsindən olduğu üçün Beyhəqi nisbəsi ilə məşhurlaşmışdır.
Kiçik yaşda elm öyrənməyə başlayan Beyhəqi zəkasının itiliyi, yaddaşının qüvvəti, öyrənmək arzusu və ixlası ilə müəllimlərinin diqqətini öz üzərinə çəkmişdir. Beyhəqi Xorasan, Bağdad, Kufə və Məkkə kimi elm mərkəzlərindəki alimlərindən dərslər almışdır. Yüzdən atıq müəllimdən hədis əzbərləmişdir. Əbul-Fəth Nasir ibn Məhəmməd Üməridən fiqh elmini, Hakimidən hədis elmini, İbni Fürəkdən kəlam elmini, Əbu Əli Rudbaridən təsəvvüfü öyrənmişdir. Böyük alim olaraq yetişən Beyhəqiyə "elmin minarəsi" deyilmişdir. Beyhəqi bir çox alim yetişdirdi. Bunlara Şeyxülislam Əbu İsmayıl əl-Ənsarini, Zahir ibn Tahiri, Əbu Abdullah əl-Fəravini, oğlu İsmayıl ibn Əhmədi misal göstərmək olar.
Kəlam elmində Əhli-sünnət etiqadına böyük xidmətlər etmişdir. Müxtəlif elmlərdə xüsusilə hədis, fiqh, kəlam elminə aid yüzlərlə əsər yazmışdır. Xorasanda hədis elmində onun icazəsi olmadan, o icazət (diplom) vermədən kimsə hədis danışa bilməzdi. Şafii fiqhi öyrətməsi üçün Nişapura çağırılmışdır. Hər nə qədər məmləkətinə qayıtmaq istəsə də 9 aprel 1066-cı il tarixində (hicri 10 Cəmazil-əvvəl 458) vəfat etmişdir. Cənazəsi yaxın olan Beyhəq qəsəbəsinə aparılmışdır.
Elm və fəzilətdə yüksək bir şeyx olan Beyhəqi mütəmadi oxuyar, araşdırar, təsnif edər, əsərlərini tələbələrinə oxudar, elmlə məşğul olar, kasıblığa səbir edər, halından heç şikayət etməzdi. Az yeyər, az içərdi. Qırx dörd yaşından sonra vəfatına qədər otuz il bayram günləri istisna olmaqla davamlı oruc tutmuşdur.
Beyhəqi əsərlərini mühəddislərə xas şəkildə hər bir hədisin sənədi zikr edərək yazmışdır. Beyhəqinin yazdığı əsərləri aşağıdakı kimi sadalamaq olar: