. Love.az

Ceyson Li - Wikipedia - Love.az

Ana Səhifə - Ceyson Li

Ceyson Maykl Li (ing. Jason Michael Lee; 25 aprel 1970[1], Orinc[d], Kaliforniya) — amerikalı aktyor, filmmeyker, fotoqraf və keçmiş peşəkar skeytbordçu. O, komediya serialı "Mənim adım Erldir"dəki ifasına görə məşhurlaşıb. Bu serialdakı performansına görə o, 2005 və 2006-cı ildə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Ceyson həmçinin "Elvin və burunduklar" film seriyasında Deyv roluna görə tanınır.

Ceyson Li
Doğum tarixi 25 aprel 1970(1970-04-25)[1] (55 yaş)
Doğum yeri
  • Orinc[d], Orinc qraflığı, Kaliforniya, ABŞ
Uşağı 3 (Pilot Lee daxil olmaqla)
Fəaliyyəti televiziya aktyoru, kino aktyoru, aktyor, sahibkar, komediyaçı, səsləndirmə aktyoru[d], ssenarist, film prodüseri, iş adamı, televiziya prodüseri[d], xarakter aktyoru[d], yazıçı
Fəaliyyət illəri 1988-ci ildən
IMDb ID0005134
jasonleefilm.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keçmiş peşəkar skeytbordçu olan Ceyson Li 1992-ci ildə həmkarı skeytbordçu Chris "Dune" Pastras ilə birlikdə "Stereo Skateboards" şirkətini təsis etmişdir.[2] Şirkət yarandığı ildən bəri skeyt avadanlıqları və geyimlərinin istehsalı və paylanması ilə məşğuldur. Şirkət məhsullarına əlavə olaraq skeyt videoları da çəkir.

Mündəricat

  • 1 Həyatı
  • 2 Filmoqrafiya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Ceyson Li 25 aprel 1970-ci ildə Kaliforniya ştatının Santa-Ana şəhərində anadan olub.[3] Onun atası Qreq Li avtomobil satışı üzrə menecer, anası Kerol Li isə evdar qadın olmuşdur.[4][5] Onun 1968-ci ildə doğulmuş Ceyms adlı böyük qardaşı var. Ceyson Li Hantinqton-Biçdə böyüyüb, və bu şəhərdə yerləşən məktəbə Ocean View High School-a getmişdir.[6] Ceyson Li uşaq ikən hiperaktiv idi, anası ona skeytbord hədiyyə etdikdən sonra o, bol enerjisini sərf etmək ümidi ilə skeytbord sürməyə başladı. Ceysonun skeytborda olan sevgisi o qədər güclü idi ki, o, özünü bu idmana ürəkdən bağladı, nəticədə o, təhsildən imtina edərək peşəkar skeytbordçu kimi karyera qurmağa qərar verdi.

Filmoqrafiya

redaktə

Filmlər

  • Chasing Amy (1997)
  • Enemy of the State (1998)
  • Dogma (1999)
  • Almost Famous (2000)
  • Vanilla Sky (2001)
  • The Incredibles (2004)
  • Monster House (2006)
  • Elvin və burunduklar (2007)
  • Alvin and the Chipmunks: The Squeakquel (2009)
  • Alvin and the Chipmunks: Chipwrecked (2011)
  • Alvin and the Chipmunks: The Road Chip (2015)
  • We Bare Bears: The Movie (2020)

Seriallar

  • Mənim adım Erldir (2005–2009)
  • Memphis Beat (2010–2011)
  • Biz adi ayılarıq (Çarli, 22 epizod)

İstinadlar

redaktə
  1. ↑ 1 2 Jason Lee // GeneaStar.
  2. ↑ "Stereo". Kingpin Magazine (ingilis). 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-02.
  3. ↑ "Jason Lee Biography". biography.com. June 25, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 27, 2016.
  4. ↑ "Jason Lee Biography". tvguide.com. July 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 25, 2012.
  5. ↑ "Jason Lee Biography". Notable Biographies.com. April 20, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 20, 2016.
  6. ↑ Laura Avery. Jason Lee // Newsmakers: The People Behind Today's Headlines – 2006 Cumulation. Detroit: Thomson Gale. 2007. səh. 243. ISBN 9781414418865.

Xarici keçidlər

redaktə
  Vikianbarda Ceyson Li ilə əlaqəli mediafayllar var.
  • Ceyson Li — IMDb səhifəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ceyson_Li&oldid=7751867"
LOVE.AZ