. Love.az

Clupeonella - Wikipedia - Love.az

Ana Səhifə - Clupeonella

Kilkələr (lat. Clupeonella) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə aid dəniz balığı cinsi.

Kilkə
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Sinifüstü:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Koqorta:
Otocephala
Dəstəüstü:
Clupeomorpha
Dəstə:
Siyənəkkimilər
Yarımdəstə:
Clupeoidei
Fəsilə:
Siyənəklər
Cins:
Ehiravinae
Cins:
Kilkə
Beynəlxalq elmi adı
Clupeonella
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  161818
NCBI  501718

Cinsə daxil olan növlər 14,5 sm uzunluğa və 26 q çəkiyə sahib olurlar. Yetkinlik yaşına 1–2 illiyində çatırlar. Orta ömür müddəti 5–6 ildir. Əsasən kiçik zooplanktonlarla qidalanırlar. Xırda balıqlardır. Boğazından anal dəliyinə qədər "kil" olduğuna görə kilkə adlanır. Xəzər dənizində üç növü yaşayır. Ən çox ehtiyata malik olanı ançousabənzər kilkədir. İrigöz kilkə digər kilkələrə nisbətən az miqdarda yayılmışdır. Adi kilkə Xəzər dənizində geniş yayılmış və nisbətən çox tutulan balıqlardandır. Azərbaycanda ilk dəfə kilkə tutulmasına 1929-cu ildə başlanmışdır. İlk zamanlar kilkələri ekspatlarla, sonrakı illərdə isə elektrik işığında konus şəkilli torlarla tuturdular. Son illərdə kilkəni dənizdə, başlıca olaraq, elektrik işığında nasosla sorub gəmilərə tökürlər.

Növləri

redaktə

Cinsə 7 növ[1] daxildir:

  • Clupeonella abrau (Maliatsky, 1930) — Abraus kilkəsi
  • Clupeonella caspia Svetovidov, 1941 — Xəzər kilkəsi
  • Clupeonella cultriventris (Nordmann, 1840) — Qaradəniz kilkəsi
  • Clupeonella engrauliformis (Borodin, 1904) — Ançousabənzər kilkə
  • Clupeonella grimmi Kessler, 1877 — İrigöz kilkə
  • Clupeonella muhlisi Neu, 1934
  • Clupeonella tscharchalensis (Borodin, 1896)

İstinadlar

redaktə
  1. ↑ "Scientific Names where Genus Equals Clupeonella". FishBase. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kilkə&oldid=8049475"
LOVE.AZ