Con Bardin (23 may 1908, Madison - 30 yanvar 1991, Boston) — ABŞ fiziki, iki dəfə Fizika üzrə Nobel mükafatı laureatı (1956, 1972)
Con Bardin | |
---|---|
ing. John Bardeen | |
![]() | |
Doğum tarixi | 23 may 1908(1908-05-23)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 yanvar 1991(1991-01-30)[1][2][…] (82 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək tutması |
Elm sahəsi | fizika |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Yucin Viqner[7] |
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() ![]() ![]() |
![]() |
ABŞ-nin Viskonsin ştatının Medison şəhərində anadan olmuşdur. 1923-cü ildə Medison Sentral məktəbindənməzun olmuşdur. Viskonsin Universitetində elektrik mühəndisliyi üzrə təhsil almışdır. Riyaziyyat və fizika mövzuları üzrə çox işləmişdir. Elektrik bölümündən məzun olduqdan sonra Çikaqodakı Qərbi Elektrik Kompaniyasında işləməyə başlamışdır. 1928-ci ildə universitetindən məzun olmuşdur.
23 may 1908-ci ildə anadan olmuş amerikalı fizik, tranzistorun müəlliflərindən biri Con Bardin (John Bardeen) fizika sahəsində Nobel mükafatına layiq görülmüş ilk alimdir. O, 1956-cı ildə U.Şokli və U.Bratteynlə birgə tranzistoru kəşf etdiyinə görə və 1972-ci ildə L.Kuperlə və C.Şrifferlə birgə ifrat keçiricilik nəzəriyyəsini yaratdığına görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
1938-ci ildə Minnesota Universitetində dərs verməyə başlamışdır. 1943-cü ildə "Manhettin layihəsi"nə qatılmaq təklif olunmuş, amma təklifi qəbul etməmişdir. 1956-cı ildə Vilyam Şokli və Valter Brattayn ilə icad etdikləri yarımkeçiricilər üzərindəki təcrübələri və araşdırmalarına görə fizika sahəsində Nobel mükafatı qazanmışdır. 1972-ci ildə yenə eyni uğuru qazanmışdır. Leon Nil Kuper və Con Robert Şriffer ilə birlikdə BKŞ teoremini irəli sürərək ikinci dəfə Nobel mükafatına layiq görülmüşdür. 1991-ci ildə Boston şəhərində ürək tutmasında vəfat etmişdir.