. Love.az

Cotinus - Wikipedia - Love.az

Ana Səhifə - Cotinus

Sarağan (lat. Cotinus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin anakardiumkimilər fəsiləsinə aid bitki cinsi.

Sarağan
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Malvidlər
Dəstə:
Sabunağacıçiçəklilər
Fəsilə:
Anakardiumkimilər
Yarımfəsilə:
Anacardioideae
Cins:
Sarağan
Beynəlxalq elmi adı
  • Cotinus Mill., 1754
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  28799
NCBI  263461
EOL  71148

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Mənşəyi və yayılması
  • 4 Ekoloji qrup və bitdiyi yerlər
  • 5 Kimyəvi tərkibi
  • 6 Təsiri və tətbiqi
  • 7 İstifadə olunan hissələri
  • 8 İstifadə formaları
  • 9 Digər faydalı xüsusiyyətləri və istifadəsi
  • 10 Növləri
  • 11 İstinadlar
  • 12 Həmçinin bax

Arealı

redaktə

Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır.

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqustsentyabr aylarında meyvə verir. Dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər.

Mənşəyi və yayılması

redaktə

Sarağan kserofil coğrafi tipinin Aralıdənizi sinfinin Aralıq dənizi qrupuna aiddir. Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır. Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi (dəniz səviyyəsindən 900 m qədər) bitir.

Ekoloji qrup və bitdiyi yerlər

redaktə

Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir. Əsasən quru, daşlı və qayalı yamaclarda bitir. Aran yerlərdə qırmızı ardıcla birgə seyrək meşələr əmələ gətirir.

Kimyəvi tərkibi

redaktə

Sarağanın tərkibində C vitamini, flavonoid, antosian, karotinoid, qlükozidlər, eləcə də efir yağları, steroidlər və aşı maddələri vardır.

Təsiri və tətbiqi

redaktə

Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi və xalq təbabətində, eləcə də farmakologiyada geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, qaraciyər, dəri, böyrək daşı, damar xəstəlikləri, habelə müxtəlif şişlər, stomatit, ishal, irinli yaralar, yanıqlar, revmatizm zamanı istifadə olunur. Antiseptik, antioksidant, ödqovucu, büzüşdürücü, yarasağaldıcı, iltihab proseslərinə qarşı təsirə malikdir.

İstifadə olunan hissələri

redaktə

Müalicə məqsədi ilə bitkinin yarpaqları, qabığı və budaqları istifadə edilir.

İstifadə formaları

redaktə

Cövhər, dəmləmə, məhlul və mazlar.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

redaktə

Dekorativ, balverən, boyaq və efir yağlı bitkidir (yarpaqlarından alınan efir yağı ətriyyatda istifadə olunur).

Növləri

redaktə
  • Cotinus carranzae Rzed. & Calderón
  • Cotinus chiangii (D.A.Young) Rzed. & Calderón
  • Koqqiqriya sarağanı (Cotinus coggygria Scop.)
  • Cotinus kanaka (R.N.De) D.Chandra
  • Cotinus nanus W.W.Sm.
  • Cotinus obovatus Raf.
  • Cotinus szechuanensis Pénzes

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sarağan&oldid=7981675"
LOVE.AZ