![]() |
Bu məqalə Dədə Qorqud filmi haqqındadır. Digər mənalar üçün Dədə Qorqud (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Dədə Qorqud — rejissor Tofiq Tağızadənin filmi.[1]
Dədə Qorqud | |
---|---|
Janr |
dram döyüş məhəbbət müharibə |
Rejissor | Tofiq Tağızadə |
Ssenari müəllifi | Anar Rzayev |
Baş rollarda |
Həsən Məmmədov — Dədə Qorqud Həşim Qadoyev — Qazan Rasim Balayev — Beyrək Givi Toxadze — Alp Aruz Hamlet Qurbanov — Qıpçaq Məlik Leyla Şıxlinskaya — Banıçiçək Şəfiqə Məmmədova — Burla xatun İnarə Quliyeva — Selcan Elçin Məmmədov — Qaraca çoban Fərhad Yusifov — Tural Dinarə Yusifova — Günel |
Operator | Rasim İsmayılov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 2 sentyabr 1976 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 125,5 dəq. |
Ölkə |
![]() |
Dil | Azərbaycan dili |
İl | 1975 |
Texniki məlumatlar |
2 seriyalı 13 hissə I seriya: 6 hissə 1697 metr II seriya: 7 hissə 1961 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
IMDb | ID1992114 |
Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır.
Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır.
Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : "Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz".
Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur.