Darunnədvə (ərəb. دار الندوة; azərb. əsilzadələr məclisi) — Qureyş qəbiləsinin vacib məsələləri müzakirə edib, qərar qəbul etdikləri toplantı məkanının adı.
Darunnədvə | |
---|---|
دار الندوة | |
![]() Darunnədvənin qədim təsviri | |
Ümumi məlumatlar | |
Ölkə | Səudiyyə Ərəbistanı |
Şəhər | Məkkə |
Təxmini tamamlanma | 440 |
Bağlanılıb | 630 |
Sahibi | Qusayoğulları və Qureyş |
Təqribən 440-cı ildə Qusay Kəbənin şimalında, təvafə başlanılan yerin arxa tərəfinə Darunnədvə adlanan toplantı yerini inşa etdirdi və qapısını da Kəbəyə doğru açdırdı.
Darunnədvədə yetkinliyə giriş ayini, sünnət,[1] müharibə etmək və sülh bağlamaq, evlilik mərasimi kimi[1] mühüm mərasim və toplantılar keçirilirdi. Bundan əvvəl isə bütün bu mərasim və toplantılar Qusayın edində keçrilərdi.[2][3] Darunnədvədə icra olunan ayin və mərasimlərdə yalnız 40 yaşında olan kişilər iştirak edə bilərdilər. 40 yaşından kiçiklərin isə Darunnədvəyə giriş qadağan idi.[4]
Darunnədvədə müxtəlif vəzifələr vardı və (VIII əsrdə) bunlar aşağıdakı kimi bölüşdürülmüşdü:[5]
Əbu Cəhl — toplantılara başçılıq edirdi.
Əbu Süfyan — Darunnədvədə müdafiə işlərinə başçılıq edirdi.
Qubbə — müharibədə çadır qurulması və müharibə üçün maddi vəsaitin toplanması vəzifəsi idi.
Əinnə — müharibədə Qureyş süvarilərinə başçılıq edərdi. Bu vəzifəni sonradan müsəlman olmuş Xalid ibn Vəlid yerinə yetirirdi.
Sifarət — diplomatik vəzifə idi.
Əysar — bu vəzifəni yerinə yetirən şəxs, bir işə başlamazdan əvvəl oxlarla fala baxardı. Səfvan ibn Üneyyə bu işi yerinə yetirirdi.
Məşura — məsləhətçi idi. Yezid ibn Zəma bu işə baxırdı.
Hukumə — bütlərə nəzir verilmiş malların saxlanması vəzifəsi. Bu vəzifəni Haris ibn Qays yerinə yetirirdi.
Darunnədvədə qərarlar səsvermə yolu ilə qəbul edilirdi. Bütün bunlar Darunnədvənin hökümət kimi çalışdığını sübut edir.[6][7]
Bəzi təfsirçilərə görə Quranda bir neçə ayədə Darunnədvəyə eyham vurulur.
"Həm də onunla (o Kəbə ilə) təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız."
"Qoy öz yığnağını çağırsın. Biz də əzab mələklərini çağıracağıq."[8]
Bu dövrdə Darunnədvənin hansı məqsədlə istifadə olunduğu haqqında bir məlumat yoxdur.
I Muaviyə Darunnədvəni Əbdüluzzanın nəvəsi Hakimdən yaxud da İkrimədən[9] satın alaraq, Əməvi xəlifələri üçün həcc iqamətgahı etmişdir.
Harun ər-Rəşid dövründə həcc iqamətgahını "darulimarə" olaraq adlandırılan daha böyük bir binaya köçürülmüşdür.
897-ci ildə Mötəzid Billah Darunnədvəyə sütunlar əlavə edərək, buranı Məscidül Hərama birləşdirmişdir.
Bu gün isə Darunnədvə sökülmüş və Məscidül Həramda təvaf olunan əraziyə əlavə edilmişdir.