. Love.az

Muheyyiz Ayini - Wikipedia - Love.az

Ana Səhifə - Muheyyiz Ayini

Muheyyiz ayini — müsəlmanların "Cahiliyyə dövrü" adlandırdıqları İslamdan əvvəlki dövrdə ərəblərin qız uşaqları üçün keçirdikləri yetkinliyə giriş ayinidir.

Mündəricat

  • 1 Ayinin keçirildiyi məkan
  • 2 Ayinin icraçısı və iştirakçıları
  • 3 Ayin prosesi və mənası
    • 3.1 Ayinin mənası:
  • 4 Ayinin təsirləri
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Ayinin keçirildiyi məkan

redaktə

Darunnədvədə keçirilən bu ayində ilk dəfə aybaşı olan qızlar iştirak edərdi. Ayində iştirak edən qızlara öz yaşlarını hesablamaq[1] və evlənmək icazəsi verilirdi. Bu ayinə qədər isə onlara öz yaşlarını hesablamaq qadağan idi.

Ayinin icraçısı və iştirakçıları

redaktə

Ayinin içraçısı Qusayoğulları idi. Məlum olan ilk icraçı Qusayoğullarından Abdiddaradır.[2] Ayində ilk dəfə aybaşı olan qızlarla yanaşı, Qusayoğulları və yaşı 40-ı keçmiş Qureyşin başçıları iştirak edirdi.[3]

Ayin prosesi və mənası

redaktə

Yetkinlik çağına çatmış qızlara "dir" (ərəb. درع) adlanan köynək geyindirilərdi. Bu köynəyin açıq buraxılan hissəsi çırılıb qıza geyindirilirdi. Daha sonra qız evinə aparılar və evində normal şəkildə geyindirilərdi.[4][5]

Ayinin mənası:

redaktə

Bu qız artıq yetkindir və bu qızla evlənmək istəyən evlənə bilər. Bu mərasim isə hər kəsin önündə keçirildi.[6]

Ayinin təsirləri

redaktə

Aişənin yetkin olduğu halda[7][8] "6 yaşında nişanlandım, 9 yaşında evləndim" deməsi bu ayinin (İslam ənənələrinə zidd olunduğu üçün qadağan edilsə də) və adətin İslamdan sonra da təsirinin davam etdiyini, qadınların aybaşı olduqdan sonra yaşlarını hesablamağa başladıqları[9] və bunu davam etdirdiklərini sübut edir.

İstinadlar

redaktə
  1. ↑ Caruhllah, Musa Bigiyev. Xatun. 81.
  2. ↑ Əzraki, Əbu Vəlid. "Əhbaru Məkkə" (ərəbcə). 113–114.
  3. ↑ Hələbi, Əbül-Məvahib Məhəmməd ibn Məhəmməd əs-Siddiq. Sirətül-Hələbiyyə (ərəbcə).
  4. ↑ İbni, Hişam. "Sirət", cild I, (ərəbcə). 77–78.
  5. ↑ Bəlazuri, Əhməd ibn Yəhya. "Futuhul Buldan". 58.
  6. ↑ Hamidullah, Mohammad. Introduction to Islam. 42.
  7. ↑ İbni, Hişam. "Sirət", cild I, (ərəbcə). 271.
  8. ↑ İbni İshaq. "Sirə" (ərəbcə). 124.
  9. ↑ Bigiyev, Musa Carullah. Xatun. 81.

Həmçinin bax

redaktə
  • Bar və Bat Mitzvah
  • Darunnədvə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Muheyyiz_ayini&oldid=8088289"
LOVE.AZ