Derek Barton(ing. Sir Derek Harold Richard Barton; 8 avqust 1918, Qreyvsend, Kent — 16 mart 1998, Kollec-Steyşen, Texas) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1969).
Derek Barton | |
---|---|
ing. Sir Derek Harold Richard Barton | |
![]() | |
Doğum adı | Derek Harold Richard Barton |
Doğum tarixi | 8 sentyabr 1918(1918-09-08)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 16 mart 1998(1998-03-16)[1][3][…] (79 yaşında) |
Elm sahələri | üzvi kimya, Stereokimya |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() ![]() ![]() |
![]() |
İngilis kimyaçısı Derek Barton 1918-ci ilin avqustun 8-də Qreyvzenddə anadan olmuşdur. 1940-cı ildə Londonda Kral kimya kollecini bitirmişdir. Orada da işləmişdir, 1942–1945-ci illərdə hərbi idarələrdə, 1945–1946-cı illərdə və 1957-ci ildən Londonun Kral kollecində işləmişdir. 1946–1949-cu illərdə "Si-Ay" firmasının laboratoriyasında çalışır. 1950–1955-ci illərdə və 1957–1978-ci illərdə London universitetində dərs demişdir (1953-cü ildən professor). 1955–1957-ci illərdə Qlazqoda universitetdə işləmişdir.
Derek Barton 1978-ci ildən Fransada Jif-sür İvetdə təbii maddələr institutunda direktor işləmişdir. Konformasiya analizinin yaradıcılarından biridir. Həmçinin təbii birləşmələr kimyası sahəsində də çalışmışdır. 1950-ci ildə steroidləri və terpenləri tədqiq edərək eyni əhatədə olan eyni əvəzləyicilərin reaksiya qabiliyyətinin fərqli olmasını onların müxtəlif konformasiya vəziyyətində olması ilə izah etmişdir. Optiki fırlanma dispersiyasını və İQ-və NMR-spektrlərin adsorbsiya qabiliyyətlərini izah etmək üçün konformasiya analizi ideyasını istifadə etmişdir.
Derek Barton 1953-cü ildə əvəzləyicili sikloheksanonlarda reduksiya şəraitlərinin əmələ gələn spirtdə hidroksil qrupunun konfiqurasiyası və konforması ilə əlaqəsini müəyyən edən qayda təklif etmişdir (Barton qaydası). 1960-cı ildə nitritlərin nitrobirləşmələrə daha sonra oksimlərə fotokimyəvi pereqruplaşmasını kəşf etmişdir (Barton reaksiyasıdır). Bu da aldosteronun sadə sintez üsulunu yaratmağa imkan verdi.
Derek Barton 1960-cı ildə arenlərin həlqələrinin fotokimyəvi parçalanmasını müşahidə etdi. Tetrasiklinin mikroorqanizmlərlə istehsalını imitasiya edən sintez üsulunu təklif etdi. 1942–1952-ci illərdə xlorüzvi birləşmələrin pirolizini tədqiq etmişdir. 1960-cı ildə karbonionların avtooksidləşməsini öyrənmişdi. Biosintez proseslərində fermentlərin rolunu və onların biogenezi yolunu öyrənmişdir.
Derek Barton 1969-cu ildə "Konformasiya analizinin tədqiqi və onun kimyada tətbiqinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.